Gürcüstanda yaşayan azərbaycanlılarla Azərbaycan Respublikası arasında ideoloji-milli bağlar qırılıb - Nə etməli?

20 may, 2023 15:51

Bəribaşdan qeyd edim ki, Gürcüstanda yaşayan azərbaycanlılarla Azərbaycan Respublikası arasında ideoloji və milli bağlılıq tamamilə qırılıb. 

Ölkəmizin Gürcüstanda yaşayan azərbaycanlılara olan münasibəti kosmetik çərçivədən çıxmalı və əsaslı şəkildə dəyişməlidir. Orada yaşayan yüz minlərlə azərbaycanlının problemləri dövlətimizin ciddi narahatlığına səbəb olmalı və bu istiqamətdə doğru-düzgün strategiya qurulmalıdır. Çünki bu, ilk növbədə Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatı üçün çox vacib amildir.

1991-ci ildə Azərbaycan müstəqil elan olunandan sonra Rusiya və İran Gürcüstanda yaşayan azərbaycanlılarla konseptual formada işləməyə başladılar. İdeoloji, milli, dini boşluqları Rusiya və İranın fərqli planları doldurmalı oldu. Gürcüstan əhalisinin təxminən 10%-ni, seçicilərinin isə 20%-ni təşkil edən azərbaycanlıların düşdüyü bu günkü tələ Azərbaycan Respublikasına böyük təhlükələr vəd edir. Biz, bundan sonra da ya susqunluq nümayiş etdirməliyik, ya da müdaxilə potensialımızı artırmalı və işə başlamalıyıq.

Yadınızdadırsa, müstəqillik dövründə Azərbaycanda həyata keçirilən ən səs-küylü terror hadisəsini (Azərbaycan Dövlət Neft Akademiyası, 2009-cu il, 30 aprel) məhz Gürcüstan vətəndaşı olan azərbaycanlının əli ilə törətmişdilər. Hazırda Gürcüstan vətəndaşı olan azərbaycanlıların əli ilə keçmiş SSRİ ölkələrində və Avropada ağır cinayətlər həyata keçirilir. Uzun illərdir ki, ölkəmizdə də müxtəlif motivli cinayətlərin bir qismi məhz Gürcüstan vətəndaşı olan azərbaycanlılar tərəfindən həyata keçirilir. Hazırda narkomaniya və cinayətkarlıq girdabında cabalayan bu soydaşlarımızdan ölkəmizə qarşı yenidən hansı məqsədlərlə istifadə edə bilərlər?!

Bir tərəfdən, Azərbaycan üçün həssas dönəmlərdə daxili sabitliyin pozulmasına yönələn ciddi cəhdlərin (xarici müdaxilələr) həyata keçirildiyini müşahidə edirik. Digər tərəfdən isə ölkədə fərqli motivli cinayətlərin sayı artmaqdadır (eləcə də, residivlik - təkrar cinayət). Məsələn, mart ayında ölkədə baş verən məlum üç səs-küylü cinayət hadisəsi yeni istiqamət kimi ortaya çıxmış oldu. Ölkədə islah prosesi olmadığına görə, bir dəfə cinayət törədib həbs həyatı yaşayan şəxs yenidən eyni cinayəti törədərək (bu dəfə daha ağır şəkildə) həbsxanaya yol alır.

Vaxtilə Gürcüstan dövləti Azərbaycan qarşı Ermənistan qədər təhlükəli addımlar ataraq ölkəmizə qarşı ərazi iddiaları irəli sürmüşdü və hətta bir neçə rayonların Tiflisə tabe edilməsi tələbini ortaya qoymuşdu.

Hazırda orada yaşayan azərbaycanlıların düşdüyü kritik durum Gürcüstan dövlətinə sərf edir. Gürcüstanda gürcülərdən sonra azərbaycanlılar çoxluq təşkil edir və onların statusunun əhəmiyyətli dərəcədə azalması, milli və siyasi instinktlərinin məhvi Gürcüstan dövlətinin milli maraqlarına tam cavab verir. Gürcüstan dövləti azərbaycanlıların gürcü dilində mükəmməl danışıqlara sahib olmasına mane olur. Gürcü dilini bilməyən əhali öz hüqualarını da müdafiə edə bilmir. Azərbaycanlıları dövlət idarəçiliyində və siyasi təsisatlarda təmsilolunma istəklərini beşiyindəcə boğulur. Gürcülər bu və digər üsullarla onların gələcəkdə Gürcüstanda mühüm mövqe sahibi olmasının qarşısını alırlar. Vaxtilə Gürcüstanda hakimiyyət uğrunda döyüşən azərbaycanlılar bu gün iradəsi məhv edilmiş hala salınıb. 

Rusiya 30 ildir ki, Gürcüstanda yaşayan azərbaycanlılar arasında seperatçılığı və cinayətkarlığı (bunun Gürcüstanın əleyhinə yönəlməməsi şərtilə) formalaşdıraraq himayə edir. 

İran isə oradakı əhalinin işsizliyindən istifadə edərək əhali üçün ucuz narkobazar formalaşdırıb. Yəni, İran təkcə cənub sərhədlərimizdən ölkəmizə narkotik daşımır, həm də Gürcüstanda  xalqımız üçün narkominalar basdırıb. 

Yuxarıda qeyd etdiyim kimi, Gürcüstanda yaşayan azərbaycanlılarla Azərbaycan Respublikası arasında ideoloji və milli bağlılıq tamamilə qırılıb. Bir nümunə də çəkə bilərik: 20 yanvar hadisələri, Xocalı faciəsi daha onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Bu istiqamətdə məktəblərdə aparılan təbliğat ya minimuma endirilib, ya da tamamilə aradan qaldırılıb. Maraqlıdır ki, Azərbaycan Respublikası ilə bağlı milli təəssübkeşlik məsələlərində 200 ildir işğal altında olan Cənubi Azərbaycan daha çox diqqət çəkir, nəinki Gürcüstanda yaşayan azərbaycanlılar. Bu, hər iki ölkədə yaşayan azərbaycanlıların sayı ilə bağlı olan məsələ deyil. 

Azərbaycanlıların düşdüyü bu kritik durum Gürcüstandan daha çox, bizə təhlükə vəd edir. Sabah robotlaşan şəxslərdən Azərbaycana qarşı istifadə imkanları da olacaq, artıq bu resursları da formalaşdırmış hesab oluna bilərlər. 

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR