Ərdoğan hakimiyyətdə qalır - bu, Türkiyə-İsrail münasibətləri üçün nə vəd edir?

31 may, 2023 15:06

"Türkiyə ilə İsrail arasında münasibətlər artıq normallaşıb, indi onların istiləşməsi və yeni məzmunun verilməsi zamanıdır..."

"Türkiyə əvvəlkitək fələstinlilərin müdafiəçisi rolunda çıxış edir..."

"Türkiyə və İsrail üçün ümumi olan İran təhlükəsi ilə bağlı uzunmüddətli perspektivdə strateji əməkdaşlıqdan danışmaq mümkündür..."

Qüds hesab edir ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması keçilmiş mərhələdir. İndi əməkdaşlığın yeni səviyyəsi barədə düşünmək lazımdır. Ankara ilə əlaqələrin möhkəmləndirilməsi İsrailə nə verə bilər?

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Rəcəb Tayyib Ərdoğanın Türkiyədə prezident seçkilərində qələbəsi türklərin əksəriyyətinin varisliyə bağlılıq və radikal dəyişikliklərdən imtina etmək niyyətini əks etdirir. İsrail analitikləri seçkilərin nəticələrini belə qiymətləndirib.

Qüds Ərdoğan və tərəfdarlarının yeni müddətdə xarici siyasət kursunda kəskin dönüşdən yan keçəcəyinə və yəhudi dövləti ilə normal münasibətlər saxlayacağına bel bağlayır.

İsraildə Türkiyə ilə münasibətlərdə "normallaşma" sözündən istifadə etməməyə çalışırlar. İsraillilərin fikrincə, münasibətlər artıq normallaşıb, dövlətlər səfir mübadiləsi edib, bir sıra vacib sazişlər imzalanıb. İndi isə münasibətlərin istiləşməsi və onlara yeni məzmun verilməsi zamanıdır.

İsrail ilə diplomatik münasibətlərin tam həcmdə bərpa edilməsinə rəğmən, Ankara Fələstin probleminə yanaşmasını dəyişməyib. Türkiyə əvvəlkitək fələstinlilərin müdafiəçisi rolunda çıxış edir.

Əgər İsrail Müdafiə Ordusunun növbəti antiterror əməliyyatı zamanı Fələstin muxtariyyətinin dinc sakinləri, xüsusilə uşaqlar həlak olarsa, türklər susmayacaq, İsraili pisləyən bəyanatla çıxış edəcək. Lakin bu, düşünülmüş və ölçülüb-biçilmiş bəyanat olacaq. 

İsrail Türkiyənin ən mühüm ticarət tərəfdaşlarındandır. İstanbulu və digər türk şəhərlərini ziyarət edən israillilərin sayı durmadan artır.

Türklər İsrail ilə işğüzar əlaqələrin genişləmdirilməsində maraqlıdır, çünki onların iqtisadiyyatının investisiyalara və yeni ixrac bazarlarına ehtiyacı var. İsrail də həmçinin Türkiyə ilə iqtisadi əməkdaşlığın möhkəmlənməsinə bel bağlayır.

Mümkündür ki, yüksək səviyyədə dövlət səfərləri münasibətlərin yeni mərhələsinə impuls verəcəkdir. Bu, Ərdoğanın İsrailə səfəri (müvafiq dəvət artıq göndərilib) və ya Netanyahunun Türkiyəyə səfəri ola bilər. 

Biz İsrail prezidenti İshaq Hersoqun Ankaraya səfərini və onun Ərdoğanla danışıqlarının ikitərəfli münasibətlərə əngəl törədən buzun əriməsinə gətirib çıxarmasını xatırlayırıq.

Mayın 29-da Hersoq Ərdoğanla telefon söhbəti zamanı onu seçkilərdə qələbə qazanması münasibətlə təbrik edib və vurğulayıb ki, İsrail ilə Türkiyə arasında dostluq  münasibətlərinin bundan sonra da möhkəmlənməsinə ümid edir.

İki ölkə lideri sabitliyin, regional sülhün qorunub saxlanılması və səmərəli əməkdaşlığın dərinləşməsi üzrə səyləri müzakirə edib və tezliklə şəxsən görüşə ümid ediblər.

Bundan öncə Ərdoğanı qələbə münasibətilə Benyamin Netanyahu da təbrik edib və Türkiyə ilə münasibətlərin bundan sonra da yaxşılaşmasına ümid etdiyini ifadə edib.

Uzunmüddətli perspektivdə Türkiyə və İsrail üçün ümumi olan İran təhlükəsi ilə bağlı strateji əməkdaşlıqdan danışmaq mümkündür. Yeni antiİran koalisiyasının yaradılması istiqamətində hərəkət artıq başlanıb. 

Mümkündür ki, Türkiyə üçün İsrail ilə Azərbaycan arasında əməkdaşlıq nümunə olacaq. Elə bu günlər İsrail prezidenti Azərbaycanda rəsmi səfərdədir.

Bununla yanaşı, ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı məsələdə tam aydınlıq yoxdur. Çox şey Türkiyənin yeni hökumətində həlledici postların kimin tutmasından asılı olacaq. 

Ərdoğanın koalisiyasında olan üç kiçik partiya İsrail üçün problemlidir. Onlardan biri, radikal Milliyyətçi Hərəkat Partiyası İsrail əleyhinə şüarlarla tanınır. Lakin bu partiya İsraillə münasibətlərin normallaşması zamanı koalisiyada olub. Onun mövqeyi Ərdoğanın davranışına təsir etməyib.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI