Avropa Məhkəməsi erməni diversantlara görə hərəkətə keçdi...

02 iyun, 2023 16:12

Vəkil: “Azərbaycanda beynəlxalq məhkəmələrdə işləyəcək vəkillərin hazırlanmasına çox ciddi ehtiyac var”

Prezident İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən və orada işgəncələrə məruz qalan 2 hərbçimizdən danışıb.

Dövlət başçısı deyib ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır: “Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb?"

Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə bunun dözülməz olduğunu bildirdiyini deyən Prezident İlham Əliyev qeyd edib: “Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz".

 Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - Aqşin Bəbirov və Hüseyn Axundov aprelin 9-da Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistan məhkəməsi tələsik Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib. Aqşin Bəbirov “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda" ittiham olunub.

Digər azərbaycanlı əsgər Hüseyn Axundovun “cinayət işi üzrə istintaq” davam edir.

Bu arada isə mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun 2 üzvü saxlanılıb. Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar. Diversantların qoyub qaçdıqları avtomobilin fotoları yayılıb.

Baş Prokurorluğun İstintaq Baş İdarəsində istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu - Harut Yuriki Hovakimyan və Karen Aşoti Qazaryan təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, Azərbaycan əsirlərinə işgəncə verilməsi barədə aşkar sübutlara baxmayaraq heç bir mövqe bildirməyən Avropa İnsan Hüquqları Məhkəməsi erməni diversantları ilə bağlı “təcili qərar çıxarıblar”. Məhkəmə Azərbaycandan iyunun 6-dək “2 erməni hərbçinin Azərbaycanda əsirlikdə və ya başqa statusda olması barədə məlumat verməsini tələb edib”.

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, qarşı tərəf bu məhkəmə instansiyası ilə daha sıx əməkdaşlıq edir: “İki Azərbaycan əsgərinə ermənilər tərəfindən işgəncə verilməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət olunmuşdu. Avropa Məhkəməsi reqlamentinin 39-cu maddəsinə əsasən Ermənistan tərəfinin əsir götürdüyü Azərbaycan əsgərlərinə qarşı zorakılığın dayandırılması tələb olundu. Lakin Avropa Məhkəməsi Azərbaycan tərəfinin bu vəsatətini qəbuledilməz hesab etmişdi. Mümkündür ki, həmin 2 əsgərlə bağlı Ermənistan tərəfi Avropa Məhkəməsi qarşısında öhdəlik götürmüşdü ki, onlarla beynəlxalq standartlara uyğun davranılacaq. Ona görə də məhkəmə Azərbaycan tərəfinin vəsatətini qəbul etməmişdi”.

Tanınmış vəkil deyir ki, Azərbaycan tərəfinin 2 əsgərlə bağlı vəsatətinin təmin edilməməsinin mümkün bir neçə səbəbini sadalayıb: “Avropa Məhkəməsinə göndərilən müraciətin məzmunundan da çox şey asılıdır. Əsgərlərlə bağlı müraciəti kim yazmışdı və necə əsaslandırmışdı məsələsi əsasdır. Ehtimal edirəm ki, ermənilər Azərbaycan tərəfinin təqdim etdiyi videosübutları təkzib ediblər. Böyük ehtimalla həmin videonun harada və kimlər tərəfindən çəkilməsini sübut edə bilməyib. Yaxşı olardı ki, belə hallarda Azərbaycan hakimiyyətinin sevmədiyi beynəlxalq təşkilatlara müraciət olunsun. Məsələn, "Amnesty International", “Human Rights Watch” kimi təşkilatlara müraciət olunsa idi, onlar təcili şəkildə öz nümayəndələrini Ermənistana göndərə bilərdilər. Hələ də bu imkanlar qalır".

Vəkil deyir ki, 1 əsgərimizlə bağlı artıq erməni tərəfi hökm çıxarıb və həmin hökmü əldə edib Avropa Məhkəməsinə şikayət vermək vacibdir: “Bu işləri beynəlxalq təşkilatlar vasitəsilə edə bilərik. 2 Azərbaycan əsgərinin azaraq Ermənistan tərəfə keçməsini ermənilərin özü də yaxşı bilir. Əsgərlərimiz azaraq düşmən tərəfə keçiblər. Yəni qrup şəklində Ermənistan tərəfə keçməyiblər ki, desinlər ki, diversiya qrupu idi. Erməni tərəfi bizim 2 əsgəri faktiki olaraq girov götürüblər ki, gələcəkdə istədikləri hərbçiləri ilə dəyişdirsinlər. Qaldı ki, 2 erməni diversantı ilə bağlı məsələyə, bu adamlar tutularkən hərbçi geyimində olublarsa, əllərində silah olubsa, statusları da bəllidir. Çox güman ki, ermənilər pis rəftarla bağlı Avropa Məhkəməsinə şikayət təqdim edəcəklər. Ermənilərin hay-küyü məhz diversantların azad edilməsinə yönəlib. Onlar buna çalışırlar”.

Tanınmış vəkil düşmən tərəfin Avropa Məhkəməsinə müraciətlərinə daha çevik, Azərbaycan tərəfin şikayətlərinə isə ləng baxılmasının səbəblərinə də toxunub: “İstənilən beynəlxalq, Qərb ölkələrinin, ABŞ-ın məhkəmələrində daha çox peşəkarlıq rol oynayır. Peşəkar vəkil, peşəkar prokuror daha çox iş udur. Bu gün Azərbaycanın Avropa Məhkəməsində işləyəcək peşəkar vəkilləri yoxdur. Avropa Məhkəməsində keçirilən bəzi proseslərdə müşahidəçi qismində iştirak etmişəm. Bu məhkəmədə dövlətlər Avropa məkanında tanınan vəkilləri dəvət edib işlər üzrə müdafiəni qururlar. Onlar elə vəkillərdir ki, onların bir adı uduş üçün bir şansdır. Mən bu məsələni Azərbaycan hökumət nümayəndələri ilə görüşlərimdə də demişəm. Demişəm ki, gəlin, Avropa məkanında tanınan peşəkar vəkilləri Avropa Məhkəməsində öz milli maraqlarımızın müdafiəsinə cəlb edək. Biz dövlətimizə bu işdə dəstək ola bilərik. Həmin vəkillərlə bu gün də əlaqələrimiz var. Hökumət nümayəndələri deyir ki, həmin vəkillər vaxtilə Azərbaycana qarşı işlərdə iştirak ediblər.  Ən böyük səhvimiz də budur ki, hüquqi müdafiə dairəmizi genişləndirə bilmirik. Azərbaycanda beynəlxalq məhkəmələrdə işləyəcək vəkillərin hazırlanmasına çox ciddi ehtiyac var. Belə vəkillər yetişdirilənə qədər beynəlxalq aləmdə tanınan vəkilləri öz mənafelərimiz naminə cəlb edə bilərik. Əks halda, Azərbaycan beynəlxalq məhkəmələrdə zəif tərəf olaraq qalacaq”(musavat.com).

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"