Azərbaycan 4 növ fəlakətin içindədir - ANALİTİKA

19 iyun, 2023 15:59

Hazırda Azərbaycan xalqı 4 növ fəlakətin içərisindədir: narkomaniya, narkotik maddələrin satışı (İran xətti), cinayətkarlığın çoxalması, krmininal qrupların aktivləşməsi (Rusiya xətti), qadın azadlığı adı altında fahişəliyin artması (Türkiyə xətti) və geylərin ciddi sosial şəkil alması (Avropa-ABŞ xətti).

Heç şübhəsiz ki, bütün bu neqtivlərin Azərbaycanda formalaşdırılması milli dövlətçilik anlayışını (modelini) sıradan çıxarmaq və xalqın genefondunu dağıtmaq məqsədi daşıyır. Müxtəlif ölkələr bu fəlakətlərin transfer olunmasında vintil rolunu oynasa da, hücum bir mərkəzdən başlanır. “Washington Post” nəşrində qeyd olunurdu ki, milli maraqlar, ailə institutları, din, milli dövlətçilik anlayışları relikt məfhumlardır və onları aradan qaldımaq lazımdır (By Jeffrey T.Kuhner The Soros empire, 28 october, 2010).

Mühüm coğrafi mövqeyi, təbii ehtiyatları, enerji təminatındakı yüksək iştirakçılıq potensialı, milli-mental dəyərləri və tarixi formulu Azərbaycanı neqtiv cərəyanların əsas hədəflərindən birinə çevirib.

Azərbaycanda cinayətkarlığın real statistikası heç də ürəkaçan deyil. Cinayətkarlığın sayı durmadan artmaqdadır. Ölkədə baş verən cinayət hadisələrinin ilk üçlüyündə narkotik maddələrin qanunsuz dövriyyəsi və istifadəsi (234-cü üzrə şamil olunan cinayətlər), oğurluq (177 və digər mülkiyyət əleyhinə olan cinayətlər) və adam öldürmə (120-ci maddə üzrə şamil olunan cinayətlər, eləcə də 126-ci maddə) faktları yer alır.

Mövcud durum və real statistika bizi dərindən düşünməyə vadar etməlidir. Ölkədə cinayətlərin sayı niyə kosmik şəkildə artır? Bərbad təhsil, sosial təminatın olmaması, vətəndaşların əmək və yaşam imkanlarının məhdud olması bu prosesin əsas bazasını təşkil edir. Əvvələr kriminal qrupların ölkədəki fəaliyyəti tamamilə bloklanmışdı, amma son vaxtlar bu qrupların fəaliyyəti də aktiv fazaya daxil olmaqdadır. Bəlkə də artıq gecdir, amma oturub düşünmək lazımdır ki, insanların cinayətlərdən uzaq olmasına necə nail olmaq olar?! Bunun konseptual əsasları, qarşılıqlı və sistemli fəaliyyət prinsipləri (dövlət qurumlarının məsuliyyəti və cəmiyyətin səfərbər edilməsi) işlənib hazırlanmasa, təbii ki, heç bir nəticə əldə edə bilməyəcək. Əgər bu istiqamətdə tədbirlər görülməsə, cəmiyyətdə daha ağır törəmə problemlər də formalaşacaq.

Təsəvvür edin, hazırda Azərbaycan cəzaçəkmə müəssisələrində təxminən 27 min məhbus cəza çəkir. Ötən illər ərzində isə bu rəqəm 23-24 mini ötmürdü. Nə qədər acınacaqlı olsa da, deməliyik ki, ölkədə qəribə “cinayət karuseli” formalaşıb.

Məsələn, kimsə narkotik maddə satır, polis orqanları da onu yüksək peşəkarlıqla saxlayır. Yəni, polis orqanları öz işinin öhdəsindən layiqincə gəlir. Ardınca məhkəmə hökm oxuyub həmin şəxsi cəzaçəkmə müəssisəsinə göndərir. Məhkəmənin də işi budur. Bəs, Penitensiar Xidmətin işi nədir? Təbii ki, cinayət törədən bu şəxsi islah etmək, reabilitasiya prosesi aparmaq... Heç kəsə sirr deyil ki, cəzaçəkmə müsəsisələrində islah prosesi yoxdur. Məhbus cəzaçəkmə müəssisələrində daha da şikəst olur, törətdiyi cinayətə görə ona peşmançılıq hissi yaşadan heç bir tədbir görülmür. Azadlığa çıxan şəxs təkrar cinayət törədir. Yenə də polis tutur, məhkəmə hökm verir, Penitensiar Xidmət isə islah etmir. Bu o deməkdir ki, Penitensiar Xidmət aidiyyatı dövlət qurumlarının, eləcə də polis orqanlarının fəaliyyətini iflic edir. Polis orqanları böyük zəhmət və zaman hesabına hansısa cinayətkarı tutursa, Penitensiar Xidmət niyə həmin şəxsi islah etmir və sonda yenidən daha “peşəkar” cinayətkar kimi cəmiyyətə ötürür? Penitensiar Xidmət bu karuselin formalaşmasında əsas təminatçı kimi çıxış edir. O da qeyd olunmalıdır ki, azadlığa çıxan şəxsi daha ağır problemlər gözləyir, işsizlik, ailə saxlamaq, borc ödəmək və s.

Movcud situasiya qarşıda ağır bir mərhələnin işartılarını göstərməkdədir. Müxtəlif institutların araşdırmaları göstərir ki, narkomaniyanın kütləvi şəkil alması gələcəkdə narkotik maddələrin satışının leqallaşdırılması üçün hazırlanan zəmindir. Çünki müəyyən bir mərhələdən sonra narkomaniyaya qarşı cəzaların sərtləşdirilməsi də heç bir işə yaramır, dövlət isə bu leqallaşmaya getmək məcburiyyətində qalır.

SSRİ dövründə, eləcə də müstəqilliyimizin ilk illərində məhkumların cəza çəkəcəyi yer İslah əmək müəssisələri adlandırdı. İslah-əmək! Daha cəzaçəkmə müəssisəsi yox! Əvvələr məhbusların islah prosesində əmək amili mühüm rol oynayırdı. İndi cəzaçəkmə müəssisələrində əmək prosesi varmı? Varsa, bu, məhbusları islah edirmi? Ümumiyyətlə, cəzaçəkmə müəssisələrindəki əmək prosesi dövlətə səmərədir, yoxsa şəxsi gəlir mənbəyinə çevrilib?

Dəhşətlisi budur ki, İran ölkəmizdəki agenturasını uzun illərdir Azərbaycanda narkotik dövriyyəsindən əldə etdiyi gəlirlər hesabına formalaşdırıb. İrandan ölkəmizə axan “narkotik seli”ndən gələn gəlirlər agentura şəbəkəsinin formalaşmasının əsas maliyyə qaynağıdır. Sərhədlərimizdən qaçaqmalçılıqla ölkəmizə daşınan narkotik maddələrin qarşısı qətiyyələ alınmalıdır, bunu hər vəchlə etmək lazımdır. Lazımdırsa, qaçaqmalçılığın həyata keçirildiyi müxtəlif sərhəd nöqtələrində betondan divar hörülməlidir. Xalqı bu fiziki və mənəvi terrordan xilas etməyin zamanı çoxdan çatıb, bəlkə də gecikmişik.

2012-ci ildə Türk İqtisadi və Sosial Tədqiqatlar Fondunun və Avrasiya Əməkdaşlıq Fondunun Gürcüstanda keçirdiyi tədbirdə müzakirə olunan mühüm məsələlərdən biri Azərbaycanla bağlı idi. Həmin tədbirdə Türkiyə seriallarının Azərbaycanda təbliği məsələsi müzakirəyə tələb kimi çıxarılmışdı. Vaxtilə hər iki təşkilat SOROS Fondunun maliyyə dəstəyi ilə yaranıb. Həqiqətən də 2012-ci ildən başlayaraq, Türkiyə seriallarının Azərbaycanda kosmik təbliğatına start verildi. Görəsən, ABŞ Türkiyə seriallarının Azərbaycanda təbliğ olunmasına və bu prosesə milyonlarla vəsaitin xərclənməsində niyə maraqlı idi? Bu serialların Azərbaycan xalqına vurduğu zərərin həcmi ölçüyə gəlməyəcək dərəcədə böyükdür. Artıq Azərbaycanda milyonlarla insan (kütlə) Türkiyə seriallarının təsiri altında evlənir, boşanır, uşaq dünyaya gətirir və hər kəs asan yolla pul qazanıb böyük şirkət sahibi olacağına inanır. Məhkəmələrdə boşanma proseslərinin və ailə münaqişələrinin təhlili göstərir ki, sayı minlərlə hesablanan, təhsilsiz, övlad sahibi olan qadınlar sevgi axtarışına baş vurur, onlar yenidən sevəcəklərinə, ərinin və övladlarının bu istiqamətdə ona mane olmayacağına inanırlar. Bütün bu əxlaqsızlıqlar isə “qadına şiddətə son”, “qadın azadlığı” adı altında sosial şəbəkələrdə qabardılır və hesabatlar hazırlanır. Azərbaycanda bu istiqamətdə böyük qrantlar hesabına işləyən xeyli sayda təşkilatlar da fəaliyyət göstərir.

Ölkədə geylərin çoxalması və onların sosial statusu da əvvəlki illərdən tamamilə fərqlənir. Əgər 15 il geylər cəmiyyət içərisində görünməkdən çəkinirdilərsə, hazırda onlar geniş azadlıq və imkanlar əldə ediblər. Bu gün geylər həm təşkilatlatblar (LGTB), həm də müxtəlif sahələrdə ciddi mənsəb sahiblərinə çevriliblər. “İstanbul konvensiyası”ndan müxtəlif ölkələrin sürətlə imtina etdiyi bir ərəfədə ölkədə geylərin sərhədsiz imkanlar qazanması ABŞ-ın ciddi uğuru kimi qiymətləndirmək olar.

Azərbaycan dövləti milli maraqlarımızın, ailə institutlarının, genefondun, insanların fiziki və mənəvi terrorla məhv edilməsinin qarşısını almalıdır.

Müəllif: Samir Feyruzov

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları