"Hökumət məzənnə riskini yumşaltsa belə..." - Manatın aqibəti necə olacaq?

24 iyun, 2023 10:46

Məlum olduğu kimi son bir ayda region valyutaları dəyər itirməkdə davam edir. Faiz göstəricilərinə əsasən Türkiyə lirəsi 18.7 % olmaqla birinci yerdədir. Bu səbəbdən hazırki situasiya ilə bağlı olaraq qardaş ölkədə inflyasiya ilə mübarizə başlıca hədəf olaraq qalır. Rusiya rublu 5.9 faiz, Gürcüstan larisi 3.1 faiz, Qazaxıstan təngəsi isə 1.2 faiz ucuzlaşıb. ABŞ pulunun qlobal bazarda güclənməsi region valyutalarından təsirsiz ötüşmür. Beynəlxalq hesablaşmalarda ABŞ dollarının payı 42,71%-ə yüksəlib ki, bu da son 2 ilin ən yüksək səviyyəsidir. Region valyutalarının ucuzlaşması fonunda istehlak bazarlarında da qiymət artımları müşahidə olunur.

Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirləri haqqında Publika.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, hazırki şərtlər daxilində Azərbaycan məzənnəsinin formalaşdırılması siyasətində qonşu ölkələrin valyutalarının dəyəri əsas faktor deyil.

“Hazırda Azərbaycan manatının sabit məzənnəsi siyasətinin davam etdirilməsi istiqamətində bir neçə ciddi simptomlar 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasında, həmçinin, dövlət büdcəsinin həmin illərdəki layihəsində manatın məcəlləsi 1.70 azn olaraq götürülür və mərkəzi bankın bu günki şərltər daxilində verdiyi mesajlar da onu göstərir ki, bu məzənnə siyasətinin davam etdirilməsinə çalışılacaq. Çünki əsas məsələ indiki situasiyada inflyasiya təzyiqlərini qismən də olsa neytrallaşdırmaqdır. Yerli hökumətin əlində olan ciddi və istifadə edə bildiyi alət də manatın məzənnəsini dollara münasibətdə sabit saxlamaqdan ibarətdir”, - o deyib.

İqtisadçı qeyd edib ki, inflyasiya təzyiqləri normanın üzərindədir və bu il bunun ikirəqəmli olması ehtimalı olduqca yüksəkdir.

“Bu səbəbdən düşünürəm ki, region ölkələri xüsusilə də Azərbaycan xarici tərəfdaşları ilə münasibətdə onların məzənnə dəyərinin itməsi mövqelərini qismən də olsa zəiflədir. Xüsusilə də ixrac, xidmətlər ixracı, həm daxili, həm də xarici bazarlarda yerli məhsulların rəqabətliliyi aspektində özünü göstərir. Amma buna baxmayaraq inflyasiya istiqamətində də yaranmış riskləri müəyyən qədər neytrallaşdırır. Xüsusilə də qeyri-neft iqtisadiyyatının zəif şaxələnməsi, inkişaf potensialının zəif olması, kimi məqamları nəzərə alaraq hökumət hazırda daha çox sosial məqamlara diqqət yetirir. Bu baxımdan da “Pros and cons”a baxanda mövcud şərtlər daxilində eyni zamanda neftin qiymətinin dəstəyi ilə hökumət bu məzənnə siyasətini davam etdirəcək”.

Azərbaycanın ixrac potensialına təsiri baxımından nəticələri

“Bizim ixracımız daha çox enerji, elekrik enerjisi, mədən sənayesi, qızıl, yaxud da şaquli diversifikasiya əsasında formalaşmış neft məhsulları, kənd təsərrüfatı məhsulları olduğundan burada valyuta məzənnəsinin ciddi təsirləri müşahidə edilmir. İxracın strukturu o qədər bəsit və sadə bazarda mövcud olan məhsullardan ibarətdir ki, ona görə də hökumət hətta məzənnəni yumuşaltsa belə, bunun hər hansı bir ciddi təsiri olmayacaq.

Lakin əgər “üzən məzənə rejimi”nə keçməyə cəhd göstərsə, bu zaman artıq tamamilə fərqli vəziyyətlə üzləşə bilərik. Neft baha olduğu üçün ölkənin tədiyə balansında və ticarət saldosunda profisit olduğuna görə, hesab edirəm ki, hətta manatın möhkəmlənməsi baş verə bilər ki, bu da olduqca riskli ssenarilərdən biridir”, - deyə R.Həsənov yekunlaşdırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR