Azərbaycan Qərbdəki ermənipərəst mövqeyə qarşı çıxmaqla bu işi həll etməlidir - İngilis politoloq

28 iyul, 2023 13:08

Qərbin bəzi dairələrinin riyakar əməlləri yenə də özünü açıq büruzə verir. Avropa İttifaqının Ermənistandakı missiyasının maşın karvanını az qala hərbi konvoy kimi müşayiət etməsi bu riyakarlığın əyani təzahürüdür. Hazırda Avropa ölkələrində tüğyan etməkdə olan islamofobiya və rasizm Avropanın çirkin iç üzünü bu məsələdə də növbəti dəfə nümayiş etdirir.

Avropa İttifaqının Quranın yandırılmasına qarşı heç bir tədbir görməməsi və bu çirkin əmələ haqq qazandırması və irqi ayrı-seçkiliyin artıq ictimai səviyyədən rəsmi strukturlar səviyyəsinə yüksəldiyini aydın göstərir. Bu gün guya Qarabağdakı ermənilərin qayğısına qalan, mövcud vəziyyətdən narahatlıq keçirən Avropa ölkələri 90-cı illərdə Ermənistanın işğalı nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün yaranmasından, humanitar fəlakətdən niyə narahatlıq keçirmirdi?

Britaniyalı politoloq və jurnalist Nil Uatson bildirib ki, Azərbaycana qarşı edilən ikitərəfli yanaşmanın fərqli səbəbləri var:

“Məncə, bu ikitərəfli yanaşmanın səbəbləri saysız-hesabsızdır. Birincisi, danılmazdır ki, sovet və rus təbliğatı çox uğurlu idi və bu hələ də davam edir. Keçmiş Sovet İttifaqı Qərb əhalisinin kütləsi, o cümlədən siyasətçilər tərəfindən zəif başa düşülür və bu, dezinformasiyanın yayılmasını asanlaşdırır.

İkincisi, Qarabağ münaqişəsinin arxasında duran səbəblər tarixə və dezinformasiyaya bürünüb. Qərbdə medianın, biznesin, siyasətin və incəsənətin bütün sahələrinə nüfuz etmiş erməni diasporu öz baxışlarını və miflərini yaymaqda davam edir.

Onlar bunu dini münaqişə və azərbaycanlılarla Osmanlı türklərinə fərq qoymadıqları üçün 1915-ci ildə iddia edilən hadisələrinin kompensasiyası kimi təqdim etməkdə son dərəcə uğurludurlar. Üçüncüsü, Qərbdə geniş yayılmış türkofobiya var. Bir çox ölkələrdə türklərə ikinci dərəcəli vətəndaş kimi yanaşılır və hər zaman, xüsusən də Rusiya tərəfindən türk birliyini boğmaq cəhdləri olub. Prezident Ərdoğanın dövründə bu durum dəyişdi.

Onun sözlərinə görə, dördüncü səbəb bütün cəmiyyətdə islamofobiyanın mövcud olmasıdır:

“Böyük Britaniyada inteqrasiya ən yüksək səviyyədədir, lakin İsveç, Avstriya və xüsusilə Fransada iki səviyyəli cəmiyyət mövcuddur. İfrat sağçılar yenidən yüksəlib və 1920-ci illərdə Almaniyada və digər Avropa ölkələrində yəhudilərlə olduğu kimi, müsəlmanlar cəmiyyətin günah keçilərinə çevriliblər. Fransada hicab qadağan edilib və sonuncu prezident seçkiləri Makronla Milli Cəbhənin qarşıdurması olub.

İqtisadi problemlərlə üzləşən Avropa siyasətçiləri üçün əhalinin bir hissəsini günahlandırmaq asandır. Qərbdə İslam sülh dini deyil, müharibə dini kimi qəbul edilir. Hesab edirəm ki, ikili standratları olan Avropada müsəlmanlar üçün öz dinlərinin həqiqətini və onun digər İbrahimi inanclarla oxşarlıqlarını əsas mediada göstərmək çox çətindir.

Eləcə də, yalnız 31 il əvvəl müstəqillik əldə etmiş Azərbaycan üçün öz perspektivlərini və Qarabağla bağlı haqlı hüquqi mövqeyini bildirmək çox çətindir. Azərbaycan müharibədə qalib gəldi; indi sülhü qazanmalıdır və Qərbdə hökm sürən ermənipərəst mövqeyə qarşı çıxmaqla sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yaranacaq”(publika.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR