Qlobal bəlalarla necə mübarizə aparırıq: terror, pandemiya, narkomaniya və insan alveri - Azərbaycan reallığı...

24 avqust, 2023 15:15

Digər ölkələr kimi Azərbaycan da qlobal bəlalardan əziyyət əkir. Qlobal bəlalar içərisində əsasən 4 istiqamət xüsusilə diqqət çəkir:

- Terrorizm

- Pandemiya

- Narkomaniya və narkotik ticarəti

- İnsan alveri (fahişəlik)

Hesab edirəm ki, ölkəmizin bu istiqamətlər üzrə apardığı mübarizənin inzibati, ideoloji və praktiki nəticələri ciddi təhlil edilməlidir.

TERRORÇULUĞA QARŞI MÜBARİZƏ - (hədəfləri: fiziki yoxetmə, qorxu yaratmaq, təzyiq və s.).

- Bu, Azərbaycan üçün həmişə əsas prioritet olub. Ölkəmiz terrorizmə qarşı mübarizə sahəsində onlarla beynəlxalq konvensiyaya qoşulub, xeyli sayda qanunvericilik aktları qəbul edilib. Real nəticə budur ki, Azərbaycan terrorizmə qarşı mübarizə sahəsində ən uğurlu ölkələr sırasında ilk yerlərdə qərarlaşıb. İnsanlar ağır və dərin problemlər məngənəsində sıxılsa da, amma heç kəs terror təhlükəsi hiss etmir. Ölkədə gözlənilən terror hadisələrinin qarşısı ən sərt üsullarla alınıb. Hətta dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanın bu sahədəki mübarizə metodologiyası daha uğurlu konteksdə təhlil oluna bilər. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın terrorizmə qarşı mübarizəsinin fəlsəfəsi də tamam fərqlidir. Məsələn, biz, təkcə hər hansı dini, hərbi və terror qruplaşmaları ilə deyil, həm də 30 ildir öz ərazilərimizdə və böyük bir coğrafiyada erməni terrorçu birləşmələri ilə mübarizə aparırıq.

PANDEMİYA - (hədəfləri: ölüm hallarının artması, istehsal müəssisələrinin çökməsi və s.).

- Koronavirus epidemiyasına qarşı mübarizə aparan ölkələr sırasında ən az itki ilə çıxan və iqtisadiyyatı ən az zərər görən ölkələrdən biri məhz Azərbaycan oldu. Halbuki, bu mübarizə tədbirlərinin 44 günlük Qarabağ müharibəsi ilə eyni vaxta təsadüf etməsi ölkə üçün ciddi risklər yaradırdı.

NARKOMANİYA VƏ NARKOTİK TİCARƏTİ - (hədəfləri: genefondun məhvi, şikəst nəslin formalaşdırılması, xalqın fiziki və mənəvi cəhətdən xəstə hala salınması və s.).

- Qeyd edim ki, bu istiqamətdə görülən tədbirlər haqqında və narkotik maddələrin dövriyyəsinə qarşı aparılan mübarizənin yetərli olmadığı barədə indiyə qədər onlarla analitik məqalələrlə çıxış etmişəm. 2023-cü ilin birinci yarısına qədər bu istiqamətdə sistemli və davamlı tədbirlər həyata keçirilirdi. Dövlətin iradəsi və cəmiyyətin təpkisi açıq müşahidə olunurdu. Bu zaman qədər narkomaniya və narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə tədbirləri ictimai, ideoloji şəkil almamışdı. Mübarizə akademik şəkildə aparılırdı, bütün kütləvi informasiya vasitələri, ən əsası, cəmiyyət bu mübarizə tədbirlərinə səfərbər edilmişdi. Ancaq 2023-cü ildən başlayaraq, mübarizə tədbirləri öz akademik görkəmini itirməyə başladı. Televiziyalarda, saytlarda, qəzetlərdə, ciddi sosial şəbəkələrdə aparılan təbliğat-mübarizə üsulları Tik Tok-da ironik şəkil almağa başladı. Mübarizənin ictimai ciddiyəti tamamilə itdi. Eyni zamanda, narkomaniya və narkotik maddələrin dövriyyəsinə qarşı mübarizədə hələ də sovetdən qalma üsullardan istifadə olunur. Sovet dövründə cəmiyyətin sağlam və kənar təsirlərdən uzaq olması bu üsulları effketivliyini təmin edirdi. Amma bu gün Sovetdən qalma bukletlər, məktəblərdə maarifləndirmə tədbirləri, maşrutlarda, metrolarda vinillərin vurulması yetərli və təsirli üsul deyil. Bu, sadəcə baş aldatmaqdır, sərf olunan vəsaitlərin də göyə sovrulmasıdır.

İNSAN ALVERİ (FAHİŞƏLİK) - (hədəfləri: milli-mənəvi müdafiə sisteminin yarılması, tarixi-mental dəyərlərin, milli təfəkkür tərzinin, ailə institutlarının məhvi, əxlaqsız kütlənin formalaşdırılması və s.).

- Bu sahədə durum olduqca acınacaqlıdır. Bu gün ölkədə fahişəlik kütlə kateqoriyasından çıxaraq, elitar şəkil almaqdadır. Ölkədə zəngin ailələrin, məmurların, iş adamlarının bahalı həyat şəraitinin nümayişi insanları hər vəchlə pul qazanmağa vadar edir. Uzun illərdir kütləvi informasiya vasitələrində və sosial mediada fahişəlik təbliğ olunur. Bu müddət ərzində hər hansı ideoloji işin aparılmasının da şahidi olmamışıq.

Diqqət ediriksə, pul gətirən iki istiqamət üzrə tutarlı nəticələr əldə edə bilməmişik.

Müəllif: Samir Feyruzov

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI