"F-16-lar bu raketlərlə Kiyevə verilsə…" - İqor Korotçenko

28 avqust, 2023 10:11

Qərb ölkələri Ukraynanı 200-ə qədər F-16 qırıcısı ilə təmin edə bilər.

Bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Dünya üzrə yığılıb, təhvil verilə bilən qırıcıların ümumi sayı təxminən 200-ə yaxındır. Aydındır ki, onların heç də hamısı gətirilməyəcək, hamısı döyüşə hazır deyil. Burada şərtlər var: təlim keçmiş pilotlar, baza sistemi və texniki xidmətlər, aerodrom şəbəkəsi və silahlar”, - o bildirib.

Ekspert hesab edir ki, F-16-ların tədarükü yalnız bu şərtlər yerinə yetirildiyi təqdirdə Ukrayna Silahlı Qüvvələrinə üstünlük verə bilər.

Onun sözlərinə görə, uçuş heyətinin səmərəli hazırlanması, hətta yenidən hazırlanması yarım ildən çox vaxt tələb edir:

“Baza sisteminə gəlincə, F-16 kimi mürəkkəb texnika üçün aerodrom şəbəkəsinin olması kritik məqamdır. Üçüncü amil isə bu F-16-ların hansı silahlara sahib olacağıdır. Bu, yəqin ki, əsas sualdır: buraxılış məsafəsi nə qədər olacaq? Hansı model? F-16-lar Amerikanın JASSM qanadlı raketləri ilə təchiz olunarsa, bu, böyük eskalasiyaya gətirib çıxaracaq. Burada Rusiya sərt mövqe nümayiş etdirməlidir. Bu baxımdan Sergey Lavrovun F-16-nın taktiki nüvə silahı daşıyıcıları kimi nəzərdən keçirməli olduğunu bildirən sözlərini dəstəkləyirəm. Buna görə də burada tədarükləri gözləmək və sonra reaksiya vermək, fikrimcə, Rusiya üçün pis vəziyyət olacaq”.

Korotçenko hesab edir ki, ABŞ qırıcıların tədarükü məsələsində mərhələli taktikalara əməl edir:

“Belə ki, tədarükləri dərhal artırmır, bunu tədricən edir, bir növ müzakirə dövrü yaradır. Görünür, bizi buna öyrədirlər ki, bu qaçılmazdır, buna sakit reaksiya verməliyik. Çünki tədarük dərhal baş verməyəcək, hələ hansı silahların veriləcəyinə, hansının verilməyəcəyinə qərar verilməyib. Bu, Rusiyanın tədarüklər faktına kəskin reaksiya verməməsi üçün məqsədyönlü şəkildə işlənən taktikadır. Ona görə də bizim üçün bu, ilk növbədə, ciddi sual doğurur: necə cavab verməli və hansı məntiqlə hərəkət etməliyik? Ukraynanın əks-hücumunun, hətta Qərb texnikasından istifadə olunsa belə, uğursuzluğu, həm də onunla bağlıdır ki, hazırda Rusiya ordusu döyüş əməliyyatlarının uğurla aparılması üçün Rusiya müdafiə sənayesindən lazım olan hər şeyi alır. Rusiya hərbi istehsal, silah və hərbi texnika ixracı sahəsində sabit mövqe tutur. Bu gün Rusiya rəhbərliyinin qarşıya qoyduğu vəzifələri nəzərə alaraq, xüsusi əməliyyat zonasında istifadə üçün nəzərdə tutulan əsas silah çeşidlərinin istehsalı artır".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR