"Putin və Ərdoğanın yaxınlaşması Qarabağ probleminin həlli deməkdir" - Boqdan Bezbalko

05 sentyabr, 2023 12:04

“Mənə elə gəlir ki, Qafqazda baş verən digər məsələlər kimi Azərbaycan və Ermənistan arasındakı problemlərin həllini birdəfəlik çözmək getdikcə çətinləşir. Buna misal olaraq Cənubi Osetiyada yaşayan gürcülərlə osetinlər arasındakı məsələni göstərmək olar. Hansı ki, bu münaqişə 20-ci əsrin 20-ci illərindən bəri davam edir. Azərbaycan Ermənistan arasındakı gərginliyə gəldikdə isə bu məsələ çoxşaxəlidir”.

Bu fikirləri Rusiya Prezidenti yanında Beynəlxalq Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko deyib. 

Qarabağda gərginliyin artmasını şərh edən politoloq, vəziyyətin getdikcə daha da qəlizləşdiyinə diqqət çəkib:

“İki problem yaşanmaqdadır. Birincisi, Qarabağ ərazisində, ermənilərin yaşadığı Azərbaycan torpaqları, ikincisi isə Zəngəzur dəhlizinin açılmasıdır. Hazırda Qarabağda baş verən proseslər bir azda beynəlxalq qüvvələrdən asılıdır. Sözsüz ki, burada ən çox təsir göstərən qüvvələrdən biri Rusiyadır. Lakin hazırda Rusiyanın başı müharibəyə qarışıb. Buna görə də, Qafqazda hansısa hərbi münaqişəyə qatılmaq rusiya üçün əlverişli deyil. 

Belə vəziyyətdə Rusiya orada ancaq sülhməramlı qüvvələri yerləşdirməklə kifayətlənir. Nə qədər ki, Qarabağ ərazisində erməni əsilli şəxslər olacaq, bu problem də sona kimi davam edəcək. Ancaq mən inanmıram ki, kimsə erməni əsilli sakinlərə qarşı orada soyqırım törədər. 
Məndə olan məlumatlara görə, hətta belə bir təklifdə irəli sürülmüşdü ki, orada olan erməniləri Ermənistana köçürsünlər və orada onları hər cür şəraitlə təmin etsinlər. Əgər belə olarsa, orada yaşayan ermənilər bununla razılaşarsa, o zaman, hardasa Qarabağ münaqişəsi öz həllini tapmış olar. Münaqişə təkcə ərazilər üzərində baş vermir, münaqişələr insanlar üzərinədə də baş verir”.

Bezpalko bildirib ki, Azərbaycan güclü ölkədir və oradakı ermənilərin həyat şəraitinin yaxşılaşdırılması üçün də xeyli vəsaitə sahibdir: 

“Qarabağ münaqişəsi öz həllini taparsa, onda sadəcə Zəngəzur dəhlizi məsələsi gündəmdə olacaq. Əgər tərəflər qarşılıqlı olaraq özlərinin sərhədləri haqda razılaşma əldə edərlərsə, Zəngəzur dəhlizi ətrafındakı məsələ də asanlıqla öz həllini tapacaq. Azərbaycan müharibədə qalib gəlib. 

Məncə Azərbaycan tərəfi bu əhali üçün hər bir şəraiti təmin etmək gücündədir. Buna görə də, mən hesab edirəm ki, bu məsələni antiterror əməliyyatı ilə yox, daha asan yollarla həll etmək mümkündür”.

Bu gün Soçidə Ərdoğanla Putin görüşünə də diqqət çəkən analitik, müzakirə mövzuları arasında Qarabağ məsələsinin olmasını istisna etmir. O əlavə edib ki, ümumilikdə Ankara və Moskva yaxınlaşmasında ən qazanclı tərəf məhz Azərbaycandır:

“Məncə Türkiyə ilə Rusiyanın yaxınlaşması Azərbaycanda əmin-amanlığın qarantıdır. Əgər Rusiya ilə Türkiyə hansısa bir razılaşma əldə edərsə, məncə bu, Qafqazda da gələcəkdə sabitliyin hökm sürəcəyinin bir işarəsidir. Hazırda nə Rusiya, nə də Türkiyə regionda hərbi münaqişənin baş  verməsinin tərəfdarı deyil. Buna Qarabağ da daxildir. Düşünürəm ki, Türkiyə ilə Rusiya hansısa razılıq əldə edərlərsə, bu, Türkiyənin müttəfiqi olan Azərbaycan üçün də sərfəlidir. Yəni bu zaman Qarabağ probleminin həlli hərbi yolla deyil, sülh yolu ilə öz həllini tapmış olar”(bizim.media).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR