Gəncə İranın hədəfində... - III yazı

31 oktyabr, 2023 10:05

Oktyabrın 7-də İsrail-Fələstin arasında başlanan və bu günə qədər də davam edən müharibənin çoxvektorlu hədəfləri var. Müharibənin başlanmasının səbəbləri və hər iki tərəfin strateji planları barədə soyuqqanlı təhlillər yazmaq mümkündür. 

Amma cəmiyyətimizdə hökm sürən "daşlaşmış" və itələyici düşüncə tərzi ciddi materialları həzm etmək iradəsinə malik olmadığına görə, bu müharibənin səbəbləri, strateji hədəfləri, planlar və nəticələri barədə ictimai fikrə fundamental məqalə təqdim etmək sadəcə vaxt itkisi olardı. Bununla yanaşı, İsrail-Fələstin müharibəsinin spesifik təhlili Azərbaycanın daxili, regional və qlobal addımlarının səmərəliliyini artırmaq üçün ciddi material verir.

Məsələn, bir aya yaxındır Yaxın Şərqdə davam edən bu müharibə göstərir ki, İsrailin əsas hədəflərindən biri İran qüvvələrini zəiflətməkdir. İran "Həmas"ı dəstəklədiyini açıq şəkildə bəyan edir və İsrail qüvvələri də "Həmas"ı tamamilə məhv edənə qədər döyüşəcəklərini bildirirlər. İsrail Yaxın Şərqdə İrana bağlı qüvvələrin məhv edilməsinə nail olsa, növbəti mərhələdə İranın Cənubi Qafqazdakı ideoloji, iqtisadi rıçaqlarının zəifləməsinə çalışacaq. Amma nəzərə almaq lazımdır ki, İran ərazi bütövlüyünə görə Yaxın Şərqdə ikinci dövlətdir və sərhəd olduğu bütün ölkələrdə özünə bağlı qüvvələr saxlayır.

Sərhəd olduğu ölkələrin əksəriyyətində - İraqda, Əfqanıstanda, Pakistanda və Azərbaycanda İrana bağlı ciddi qüvvələrin mövcudluğu heç bir şübhə doğurmur. İran Suriyada, Livanda, Gürcüstanın azərbaycanlılar yaşayan ərazilərində də özünə bağlı qüvvələr formalaşdıra bilib. Hətta bir neçə gündür Dağıstanda baş verən hadisələrlə bağlı Rusiya ittiham olunsa da, əslində bu proseslərin ssenarisində İranın da barmaq izləri görünür.

Bəs, biz nə düşünürük?

2018-ci ildə Gəncədə baş verən hadisələr (icra başçısının güllələnməsi və s.), 2023-cü ilin yanvar ayından etibarən daha aqressiv mərhələyə qədəm qoyan İran-Azərbaycan münasibətləri fonunda ölkəmizdə təxribatların baş verməsi, daha sonra İrana bağlı olduğu iddia olunan dindarların həbsi və s. son 5 ilin gərgin və mürəkkəb cizgiləridir. İranın Azərbaycana əsasən, 3 cəbhədən (dini-ideoloji, narkotrafik və sosial şəbəkələr) hücum etdiyini əvvəlki məqalələrdə dəfələrlə yazmışam.

"Azsiyasət"in redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, Gəncə şəhəri  kontroldan çıxıb və bu gün ölkənin ikinci paytaxtı hesab olunan bu şəhərdə İranyönümlü kifayət qədər şəxslər var və onlar İrana xidmət etdiklərini açıq şəkildə etiraf etməkdən belə çəkinmirlər. Narkomaniyanın, cinayətkarlığın səviyyəsinin pik həddə çatdığı Gəncədə İrana bağlı dindarlar və daha çox kriminallaşmış dindarlar ciddi şəkildə təşəkkül tapıblar. Şəhərdə kriminallaşmış dindarlar kontingenti formalaşıb, onların Rusiya və İranla geniş əlaqələri mövcuddur.

Bəs, ideopraktiki olaraq, İranın təsir dairəsində olan Gəncəni gələcək təhlükələrdən necə xilas edə bilərik? Daha doğrusu, Gəncədə xarici qüvvələrin inkişıfının qarşısını necə ala bilərik? 

Təəssüf ki, bəziləri həbslər həyata keçirməklə Gəncədə müsbət nəticələr əldə etməyin mümkün olduğunu düşünürlər. Həbs - inzibati üsuldur və ideoloji olaraq başqa bir ölkənin təsir dairəsinə düşən və iqtisadi-sosial baxımdan şikəst halda olan böyük bir şəhəri bu üsulla xilas etmək heç bir halda mümkün olmayacaq.

 

Nəzərə almaq lazımdır ki, Gəncənin səriştəsiz rəhbərliyi mövcud problemlərin daha da dərinləşməsinin əsas təminatçı faktorlarından birinə çevrilib. 

Düşnürəm ki, Gəncə şəhəri ilə bağlı uzunmüddətli plan qəbul edilməlidir. Xeyli müddətdir işıqlandırdığımız və cəmiyyətə də bəlli olan nöqsanlar dərindən araşdırılmalıdır. Şəhər ağır sosial məngənədə sıxılır. Şəhər əhalisi üçün nə ideoloji, nə də sosial-iqtsiadi üfüq qalmayıb. Əvvəlki məqalələrdə və bu məqalədə göstərilən nöqsanların gələcək risk dərəcəsini və spesifikasını nəzərə alaraq demək olar ki, Gəncə ilə bağlı hazırlanan konseptual plan iki istiqamətdə və sistemli şəkildə aparılmalıdır: sosial-iqtsiadi və təhlükəsizlik.

Gəncədəki ağır sosial həyat, dindarların xarici qüvvələrin təsir dairəsində olması, iqtisadi natarazlıq, biznes riskləri, yol-infrastrukturun dəhşət saçan mənzərəsi, təhsilin ən aşağı səviyyəyə enməsi, şəhərdəki bərbad idarəçilk mexanizmləri və s. Azərbaycan dövləti üçün ciddi təhdidlər yaradır. Proses iki mərhələli və paralel şəkildə aparılmalıdır, ilk olaraq, bu problemlər aradan qaldırılmalıdır, əks halda, şəhərdə xarici qüvvələrin inkişafının qarşısını almaq da mümkün olmayacaq. 

Heç şübhəsiz ki, ölkənin ən strateji ərazilərindən hesab olunan Gəncənin bu cür xəstəhal durumda olması bir çox qüvvələrin maraq dairəsindədir. Xarici qüvvələrin şəhərdə möhkəmlənməsinin, onların mənfur planlarının gələcəkdə bizə nə vəd etdiyini də təxmin etmək isə elə də çətin deyil. 

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR