Əslində Mədət Quliyev kimdir? - 30 illik etimadın qısa şifrələri...

20 noyabr, 2023 11:06

Noyabrın 18-də Prezident İlham Əliyevin sərəncamı ilə Müdafiə Sənayesi naziri vəzifəsindən azad olunan Mədə Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini postuna təyin edildi. Bu təyinat ilk baxışdan sadə görünür, amma Təhlükəsizlik Şurasının funksiyalarının təhlili M.Quliyevin daha strateji posta təyin olunduğunu və ona müstəsna etimadın göstərildiyini deməyə əsas verir. İndiyə qədər Təhlükəsizlik Şurası katibinin müavini yox idi, M.Quliyevin bu vəzifəyə təyinatı ona göstərilən etimadın təsadüf olmadığını və düşünülmüş qərar olduğunu bir daha nümayiş etdirmiş olur.

Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi barədə təkliflər verir, dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır. .

General-polkovnikin siyasi personası...

M.Quliyevin 30 illik fəaliyyətinin təhlili onun “hakimiyyət adamı” deyil, “dövlət adamı” kimi xarakterizə olunmasını şəksiz müzakirəyə predmetinə çevirə bilər. Onu məmur eşalounun tipik və ümumiləşdirilmiş obrazı kimi, hətta arqumentlərlə tənqid etmək elə də asan olmayıb, indiyə qədər daşıdığı bütün vəzifələrin spesifikası bir çox hallarda məxfi şriftlərlə diqqət çəkib. M.Quliyev varlıdırmı? Varlıdır! Bu hökumətin üzvü olubmu? Olub! Amma indiyə qədər heç kəs onu hakimiyyətə qarşı haqlı olaraq yönələn uzun, düşünülmüş və arqumentləşdirilmiş tənqidlərin nişangahına gətirməyə cəsarət etməyib?! Maraqlıdır, Azərbaycan hökumət üzvlərinin personası daha çox korrupsiya piramidasının əsas və yırtıcı vintilləri kimi cəmiyyətdə qınaq obyekti kimi məşhurlaşsa da, M.Quliyev bu siyahıda da yer almayıb.

Azərbaycanda reketliyin, formalaşmış cinayətkar birliklərin məhvinin əsas müəlliflərindən biri...

Ötən əsrin 90-cı illərinin əvvəllərində Cənubi Qafqazın əsas “platforması” olan Azərbaycanın mənzərəsi təkcə siyasi-iqtisadi təlatümlərlə müşahidə olunmurdu. Ölkədə mütəşəkkil reket dəstələr, dövlət çevrilişləri həyata keçirmək üçün hazırlanmış gizli hərbi birləşmələr müstəqillik üçün əsas təhdid elementinə çevrilmişdi. Strateji problemlər paralel şəkildə inkişaf etməkdə idi: Qarabağ torpaqları bir-bir işğal olunurdu, daxildəki qüvvələrin xaricdən asılılığı artırdı və müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının himayəçilik etdiyi kriminal birləşmələr qeyri-rəsmi “jandarm” ifaçısına çevrilmişdi.

Stereotipləri qırmaq çox çətin idi və 1993-cü il dekabrın 10-da “dövlət çevrilişinə cəhd planlarının əsas coğrafiyasına çevrilmiş” Gəncədə mütəşəkkil cinayətkar dəstələrin zərərsizləşdirilməsi zamanı M.Quliyev ağır yaralanır, amma yaralı halda döyüşərək, kriminal qrupların məhvinə nail olur.

Ə.Elçibəyin neft müqavilələri bağlamaq üçün İngiltərəyə səfəri zamanı başlayan birinci qiyam hakimiyyətin süquta uğramasında da əsas rol oynamışdı. Neft müqavilələri imzalanmadan Azərbaycanın inkişafının təmin edilməsinin mümkünsüzlüyü aydın idi, buna görə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalandığı bir ərəfədə qiyam ikinci dəfə revanş götürdü. Məqsəd müqavilələrin bağlanmasına mane olmaq, növbəti dəfə dövlət çevrilişi həyata keçirmək idi. Belə bir ağır dövrdə, məhz 4 oktyabr hadisələri zamanı qiyamın yatırılması, müxtəlif kriminal dəstələrin, eləcə də dövlət orqanlarında, orduda kök atmış qruplaşmaların zərərsizləşdirilməsinin əsas iştitrakçılarından biri kimi M.Quliyev vitrində daha çox görünürdü. O, polis orqanlarının yüksək vəzifəli şəxsi kimi öndə idi. Daha sonra 1996-2011-ci illərdə ölkədə kriminal durumun səviyyəsinin minimuma endirilməsinin əsas müəlliflərindən biri kimi polis orqanlarında mühüm postlar tutan M.Quliyevə gözlənilən etimadın üfüqləri bir az da genişləndi.

2011-ci ildə polis orqanlarından ədliyyə sisteminə transfer olunan M.Quliyev daha strateji vəzifəyə - Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat alır. 2015-ci ilə qədər bu vəzifədə çalışan M.Quliyevin adı bu müddət ərzində siyasi proseslərdə hallanmağa başlayır. Həmin dövrün ağır “tonaj”lı ittihamları ondan da yan keçə bilməzdi. Siyasi məhbus məsələləri və məhkumların etirazları istər-istəməz onun hərbçi obrazına siyasi rəng qatır, hakimiyyətə qarşı yönələn çıxışların icraçı ruporlarından biri kimi ittiham kürsüsünə daşınırdı. Lakin siyasi məhbus məsələlərinin və problemli məhkumların sonrakı taleyinin pozitiv cizgiləri M.Quliyevə qarşı yönələn çıxışların əsassız olduğunu da göstərmiş oldu.

Müstəsna təcrübə daha əhəmiyyətli idi...

Eldar Mahmudovun zamanında reputasiyası zədələnmiş xüsusi xidmət orqanına korrupsiyaya bulaşmamış, tələbkar, xidmətkar və nümunəvi dövlət adamının rəhbər gətiriləcəyi gözlənilən idi, amma bu adamın M.Quliyev olacağı ilə bağlı ehtimallar heç kəsin düşüncəsində yer almırdı. 2015-2019-cu illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini daşıyan M.Quliyev bu illər ərzində ölkədə cərəyan edən, daha sonralar isə ölkədə ictimai rezonans doğuran problemlərin səbəbkarlarından birinə çevrilmədi. Dövlət adamı xarakterinə sahib olması, dövləti xidmətləri və müstəsna təcrübəsi onun “çekist” kimi fəaliyyətinin olmamasının qüsur kimi önə çıxmasına mane olurdu. Onun xüsusi xidmət orqanlarında yaradılan səliqə-səhmanın, təmizlənmə siyasətinin əsas müəlliflərindən biri olduğunu hər kəs etiraf edir.

2019-cu ildən Müdafiə Sənayesi naziri vəzifəsini tutan M.Quliyevin zamanında yeni növ mərmilərin istehsalı yaradıldı, atıcı silahlar üzərində modernləşdirmə həyata keçirildi və yeni dəzgahlar alındı. Onun əməyi Azərbaycanın hərbi arsenalı təkmilləşməsində, milli istehsalın nəzərəçarpacaq dərəcədə artmasında və ölkənin hərbi imkanlarının nümayişində əhəmiyyətli şəkildə rol oynadı. Ən maraqlısı odur ki, bu vəzifəyə təyinatından qısa müddət sonra dünyada pandemiya başlamışdı, pandemiya digər sahələr kimi dünyada hərbi resursların sərgilərdə nümayişini də sıfırlamışdı. Ardınca başlayan II Qarabağ müharibəsi onun 4 illik nazir fəaliyyətinin məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi üçün kifayət qədər material verir.

M.Quliyevin ən böyük “problemi” reklamı sevməməsidir...

Bu gün onun Təhlükəsizlik Şurasına gətirilməsinin əhəmiyyətli hadisə kimi qiymətləndirilməsi daha ədalətli olardı. Vaxtilə dövlət çevrilişlərinin qarşısının alınmasında, dövlət təhlükəsizliyinin və ictimai asayişin qorunmasında mühüm rol oynayan M.Quliyevin Təhlükəsizlik Şurasında təmsil olunması dövlətə səmərə gətirə bilər.

O, Azərbaycanda yeganə məmurlardandır ki, karyerasında heç zaman geriləmə olmayıb. Polis orqanlarından ədliyyə sisteminə trasfer olunan, oradan isə xüsusi xidmət orqanına, daha sonra ölkənin müdafiə sənayesinə rəhbərlik edən M.Quliyev bu gün Təhlükəsizlik Şurasının katibinin müavinidir.

Qonşu və böyük ölkələrin eyniadlı qurumlarında bu vəzifəni daşıyan şəxslərin kimliyi M.Quliyevin də əhəmiyyətli obrazını önə çıxarmış olur.

Heç şübhəsiz, bütün bunlar 65 yaşlı Mədət Quliyevin taleyidir! Bu, şans deyil, taledir!

Müəllif: Samir Feyruzov

09 oktyabr

14:21 - Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR14:19 - ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq - İranın vitse-prezidenti14:16 - İlham Əliyev Tacikistanda - FOTOLAR14:14 - "QHT işi" üzrə daha bir məhkəmə başlayıb

07 oktyabr

15:25 - Yeni qaydalar təsdiqləndi - Kimlərin pensiyası artırılacaq?15:23 - Qəbələdə Zirvə Görüşü öncəsi maraqlı anlar - FOTOLAR15:21 - İlham Əliyev Putinə zəng etdi

06 oktyabr

09:43 - Bəşər Əsədə sui-qəsdin detalları - "New York Post" 09:39 - ABŞ Cənubi Qafqazda post-Putin dövrünə hazırlaşır...09:37 - "Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır" - "Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır"

02 oktyabr

13:45 - İlham Əliyev Paşinyanla görüşdü - FOTO13:43 - İrəvandan Kopenhagen görüşü barədə açıqlama...13:40 - Bəşər Əsədi Moskvada zəhərləyiblər?

01 oktyabr

10:52 - Tendersiz 53 milyonluq sifariş - - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı10:48 - Kiyev ərazi itkisi ilə barışmalı olacaq - Kuleba10:45 - ABŞ-də hökumət böhranı - Bakıdakı səfirliyə də təsir etdi

30 sentyabr

12:23 - Qəzzaya nəzarət ABŞ və Britaniyaya verilir12:21 - Azərbaycanda dollara tələbat artıb - Aylıq alış 200 milyona yaxınlaşıb12:19 - ABŞ 120 iranlını ölkəsinə qaytardı

29 sentyabr

09:02 - "Çin yeraltı hədəflərə nüvə zərbələrinin modelləşdirilməsi sistemini yaradıb" - SCMP09:00 - Azərbaycana qarşı növbəti saxta kampaniya...08:59 - II Dünya Müharibəsində qalib gəldik, Ukraynada isə... - Rutte

26 sentyabr

12:02 - Adnan İsveçrədə saxlanılıb, yarım milyon cərimə ödəyib...11:53 - Moskva vurula bilərmi? - "Bloomberg" nəşri11:46 - "İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil" - Aleksandar Vuçiç

23 sentyabr

14:20 - Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı kimdir? - MƏHKƏMƏ14:17 - İşdən çıxarılanlar 150 nəfərə çatdı - ADY-də ixtisarlar14:14 - Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI

22 sentyabr

09:59 - "Gizli silah hazırlamışıq" - KXDR lideri09:58 - Rəqiblərimə nifrət edirəm, onlara yaxşılıq arzulamıram - Tramp