Separatçıların aktivləşməsi sülh müqaviləsinin imzalanmasına mane olmayacaq, amma...

25 dekabr, 2023 13:02

İmzalanması gözlənilən sülh müqaviləsinin Azərbaycanla Ermənistan arasındakı münaqişəni və ermənilərin tarixi ərazi iddialarını birdəfəlik sonlandıracağı ilə bağlı haqlı tərəddüdlər var. Mövcud Ermənistan hakimiyyəti hər nə qədər pozitiv siqnallarla çıxış etsə də, separatizmin qarşısında da getdikcə zəifləyir. Sülh müqaviləsinin daha çox Ermənistan üçün “taktiki sığorta sənədi” olacağı bəribaşdan bəllidir. Azərbaycan isə qalib ölkədir və müqavilənin daha tez bir müddətdə imzalanmasını strateji addım kimi hədəfləyir.

Samvel Şahramanyan qondarma rejimin - “DQR”-in buraxılması ilə bağlı sentyabrın 28-də imzaladığı fərmanı ləğv edib. Separatçılar “xalqın səsi” ilə yaradılan “respublika”nın hər hansı bir fərmanla ləğv edilə bilməyəcəyini bildiriblər. Bu o deməkdir ki, ermənilər Azərbaycan ərazilərinə olan iddialarından əl çəkmək niyyətində deyillər. Sülh müqaviləsi hər nə qədər tarixi və əhəmiyyətli hadisə hesab olunsa da, separatçıların hər hansı bir şəkildə fəaliyyəti xalqlar arasında gözlənilən pozitiv münasibətlərin perspektivlərini də ciddi təhlükə altına atmış olacaq. Seperatçıların iddiaları xalqlar arasındakı münasibətlərin qurulmasına müəyyən təhlükələr yaradacaq.

Qondarma rejimin ləğvi ilə bağlı qərarın dəyişdirilməsi iki ölkə arasındakı sülh danışıqlarına mane ola bilərmi? Bu, inandırıcı görünmür. Ümumiyyətlə, Azərbaycan üçün belə bir problem yoxdur. Amma erməni separatçıların ərazi iddialarının Ermənistan dövləti və hakimiyyəti tərəfindən dəstəklənməyəcəyi ilə bağlı sülh müqaviləsinə öhdəliklərin salınması Azərbaycana “kart-blanş” verə bilər.

Eyni zamanda, Azərbaycanda etnik mənsubiyyətinə görə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların birliyini hədəfləyən “Qərbi Azərbaycan İcması” adlı təşkilat fəaliyyət göstərir. Bu icmaya Prezident İlham Əliyevin xüsusi və həssas münasibəti erməni separatçılarının gələcək planlarına cavab verən əsaslı strategiyadır.

Qondarma rejimin fəaliyyətini təqdir edən seperatçıların ilkin mərhələdə Paşinyan hökuməti tərəfindən cəzalandırılması müsbət addımdır. O, başa düşür ki, Cənubi Qafqazda inkişafa nail olmaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasındakı barışıq əldə etmək lazımdır. Hər iki ölkənin bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü tanıması, sərhədlərin müəyyənləşdirilməsi, xalqların yaxınlaşması və regionda birgə fəaliyyət layihələrinin icrası əsas prioritet kimi önə çəkilməlidir. Necə ki Azərbaycanın əsas istəyi də məhz budur.

Paşinyan hökumətindən müəyyən müsbət siqnallar da var. Məsələn, Ermənistanda ərazisində fəaliyyət göstərmək istəyən rejim tərəfdarlarının cəzalandırılması, onların ölkədən qovulması müsbət addımdır. Təsadüfi deyil ki, separatçılar “hökumətin təzyiqlərindən qaçaraq” ölkə hüdudlarından kənarda “DQR”-i yaşadacaqlarını bəyan edirlər. Bununla yanaşı, Paşinyan bu qüvvələrin tamamilə zərərsizləşdirmək iradəsinə sahib deyil.

Ukrayna ərazisində aparılan Rusiya-NATO müharibəsindən sonra Cənubi Qafqazın iqtisadi-siyasi və coğrafi baxımdan fərqli şəkil alacağı şübhə doğurmur. Nə qədər ki, zaman var, Ermənistan fürsəti dəyərləndirməlidir.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR