Kəskin böhran mərhələsinə yaxınlaşan Fransa-Azərbaycan münasibətləri: İqtisadi-ticari əlaqələrin qırılmasında kim itirəcək? - I YAZI

19 yanvar, 2024 14:09

Məlum olduğu kimi, Fransa senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnamə qəbul edib. Qətnamə layihəsinin leyhinə 336 senator, əleyhinə isə 1 senator səs verib. Xatırladım ki, Fransa Azərbaycana qarşı əvvəllər də analoji qətnamə qəbul edib və bu, ilk deyil. Fransa qətnamənin qəbul edilməsinə 2023-cü il 19-20 sentyabrda Azərbyacanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları əsas gətirib. Qətnamədə “Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən dərhal çıxarılması” tələb olunur, “Dağlıq Qarabağın siyasi liderləri”nin həbsləri pislənir. Bəs, Fransanın sanksiya tələblərində hansı məsələlər yer alır?

-Azərbaycandan neft-qaz idxalına embarqonun qoyulması

-Avropa İttifaqının Azərbaycanla münasibətlərə yenidən baxılması

-Aktivlərin müsadirə edilməsi

Fransa neft-qaz idxalına embarqonun qoyulması tələbini öz əlində “ən güclü” bənd hesab edir. Ötən il Azərbaycan Fransaya 118 639.77 min dollarlıq (199 006.72 ton) neft ixrac edib. Halbuki, ötən ilin müxtəlif rüblərində Fransa Azərbaycandan neft idxalını dayandırdığını bildirmişdi. Eyni zamanda, ötən il avqustun 31-də Fransanın Azərbyacandakı səfirliyi XİN-ə çağırılmışdı və Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası təqdim edilmişdi. Bu həmin vaxt idi ki, Fransanın “Total Energies” şirkətinin Azərbaycandakı fəaliyyətinin genişləndirməsi ilə bağlı mühüm qərarlar alınmışdı. Fransanın Azərbaycandakı onlarla şirkəti, eləcə də “Technip”, “Suez Groupe” və s. şirkətləri bu günə qədər Azərbaycanda yüz milyonlarla dəyəri olan layihələr icra ediblər.

II Qarabağ savaşından sonra Fransa-Azərbyacan arasındakı ticarət dövriyyəsi bir neçə dəfə azalmışdı. Bundan təxminən 10 il öncə isə Fransa-Azərbaycan arasında 4,5 milyard dollarlıq ticarət dövriyyəsi olub. Müharibədən sonra ticarət dövriyyəsi dəfələrlə aşağı düşüb, yalnız 2023-cü ildə ciddi artım müşahidə olunub və hər iki dövlət arasında 500 milyon dollardan artıq ticarət dövriyyəsi qeydə alınıb. 2023-cü ildə Fransa şirkətləri 400 milyon dollardan çox vəsait əldə edib. Fransadan idxal olunan məhsullardan imtina etmək Azərbaycan üçün heç bir risk yaratmır, əksinə həmin məhsulları almaq üçün xeyli sayda alternativ bazarlar da mövcuddur. Eyni zamanda, Azərbaycan təxminən 132 ölkədən məhsul ixrac edir və ölkəmizin müxtəlif məhsulların ixracından çox gəlir əldə etdiyi ölkələr sırasında Fransa ilk sırada qərarlaşmayıb.

İki ölkə arasındakı iqtisadi-ticari münasibətlərin spesifikası, Fransanın Azərbaycan məhsullarından (xüsusilə, neft-qaz) asılılığı, eləcə də, Azərbaycanın Fransadan idxal etdiyi məhsulları başqa ölkələrdən əldə etmə imkanına sahib olması qəbul edilən qətnamənin effektsiz olacağını göstərir. Hətta Fransa prezidenti E.Makron bundan əvvəl qəbul edilən analoji qətnamənin effekt verməyəciyi ilə bağlı Fransa senatına müraciət də etmişdi.

Bütün bunlarla yanaşı, Fransa Ermənistanı silahlandırır, iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində qətiyyətli əməkdaşlıq müqavilələri də imzalanıb. Bir neçə ay bundan öncə Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnikaların Ermənistana çatdırılması ilə bağlı məlumatlar yayılmışdı. Hətta Fransa və Ermənistan “Thales” şirkətinin istehsalı olan üç GM 200 radarının və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı saziş imzalayıb. Bununla yanaşı, qeyri-rəsmi mənbələr Fransanın Azərbaycanla sərhəddə yüzlərlə desant çıxardığını bildirir. Fransanın “Nexter Systems” şirkətinin Hindistandakı tərəfdaşları ilə birlikdə “Trayan” özüyeriyən artilleriya sistemləri hazırlanır. Bu sistemlər Hindistan üzərindən məhz Fransanın maliyyə dəstəyi ilə Ermənistana tədarük edilir.

Azərbaycan Parlamentinin adekvat addımı…

Yanvarın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib və Fransaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırış edib. Komitəs əsasən 5 maddən ibarət ümumi tələblər irəli sürüb:

1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin;

2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun;

3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın;

4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın;

5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin

Bütün bunlar Milli Məclisin rəsmi çağırışıdır.

Məsələn, “Total” şirkəti. Bu şirkətlə SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Abşeron” dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü (40% Azərbaycan - 60% “Total”) haqqında saziş imzalanıb. Yataqda ən azı 200 milyard kubmetr qaz və 100 milyon tondan artıq kondensat var və bu işlərin alternativ ölkələr (şirkətlər) vasitəsilə ilə həyata keçirilməsində Azərbyacanın hər hansı problem yaşayacağı proqnozlaşdırılmır. Ticarət və neft-qaz sahəsində Azərbyacan üçün alternativlər hədsiz dərəcədə çoxdur.

Fransa ilə iqtisadi əlaqələrin dayandırılması Azərbaycana bu ölkədən idxal olunan məhsulların spesifikası baxımından faciəvi durum yaratmayacaq. Bu sahədə də alternativlər çoxdur. Statistikaya əsasən, 2022-ci ildə Azərbaycan Fransadan 222 milyon dollardan artıq məhsul idxal edib, bu ölkəyə isə 50 milyon dollarlıq məhsul ixrac edib.

Amma…

Fransa ilə münasibətlərin pisləşməsinin siyasi riskləri daha çoxdur. Heç şübhəsiz ki, dünyada terror təşkilatlarının əsas himayədarlarından hesab olunan Fransanın qərəzli addımlarına qarşı Azərbaycanın tutduğu monolit mövqe beynəlxalq hüquq prinsiplərinə də uyğundur. Azərbaycan artıq müdafiə deyil, hücum mövqeyindədir.

Bəs, Azərbaycan Fransaya qarşı daha real, strateji və hansı addımları ata bilər?

- Fransa Azərbaycanda hansı ssenariyə start verə bilər?

- Fransanın Azərbaycanda ifşa olunan agentura və rezidentura şəbəkəsi

- Fransa Ermənistanı niyə gücləndirir?

- Fransa ilə Azərbaycan arasındakı kəskin böhran İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

- Fransanın Cənubi Qafqazdakı 300 illik missiyası

- Fransanın Orta Asiyaya artan və Azərbaycanda toqquşan marağı

- Rusiya Ermənistanı Fransanın himayəçiliyinə verəcəkmi?

Ardı var…

Müəllif: Samir Feyruzov

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları