Rusiya və Azərbaycan - Yol Xəritələrinin qısa təsviri...

25 yanvar, 2024 13:47

Yanvarın 22-də Bakıda Rusiya ilə Azərbaycan arasında 2024-2026-cı illəri əhatə edən növbəti Yol Xəritəsi imzalandı. Bundan əvvəlki Yol Xəritəsi 2018-2023-cü illəri əhatə edirdi.

2018-2023-cü illəri əhatə edən Yol Xəritəsinin təhlili göstərir ki, Azərbaycan Rusiya ilə qurulan strateji münasibətlərdən ciddi şəkildə faydalanmaq imkanı qazanıb. 2018-ci il həm də Qərbyönümlü Paşinyanın hakimiyyətə gəldiyi və Ermənistanın Rusiyadan sürətlə uzaqlaşdığı dövrdür. Bu illər ərzində Azərbaycan Qarabağ işğaldan tamamilə azad etdi. 2022-ci ilin fevralında Moskvada Azərbaycanla Rusiya arasında strateji Müttəfiqlik Bəyannaməsi imzalandı.

Azərbaycan və ən yaxın müttəfiqi Türkiyə Rusiyaya qarşı heç bir kampaniya və sanksiyada yer almadı. Azərbaycanla İran arasındakı münasibətlər gərginləşsə də, son dövrlər pozitiv siqnallar böyük ümidlər yaradıb. Dünən - yanvarın 24-də Türkiyə və İran prezidentləri Qafqazı müzakirə etdilər və iki ölkə araaında mühüm sənədlər imzalanmış oldu. Heç şübhəsiz ki, bu münasibətlər İran-Azərbaycan arasındakı problemlərin həllində də əhəmiyyətli rol oynayacaq.

2024-cü ildə isə proseslər sürətlə cərəyan etməyə başladı. Fransa Senatı qətnamə qəbul etdi, AP və ardınca AŞPA-nın qərarları Azərbaycanın öz sabit mövqeyindən geri çəkilməyəcəyinin göstəriciləri idi. Tərəflər və qütblər bəllidir.

30 il ərzində qurulan “beynəlxalq və sivil tamaşa” Azərbaycanın ən strateji probleminin - Qarabağın işğalçılardan təmizlənməsinə heç bir fayda vermədi. Yalnız ayrı-ayrılıqda pozitiv beynəlxalq subyektlərdən alınan təminatlı dəstək və ən əsası, regional əməkdaşlıq – Azərbaycan-Rusiya-Türkiyə birliyi bu problemin həllini reallaşdırdı.

Qərb heç bir məsələdə zəmanət vermir, amma regional dövlətlərin birliyi bu zəmanəti formalaşırıb.

204-2026-cı illəri əhatə edəcək Yol Xəritəsi Rusiya-Azərbaycan münasibətlərini geriyə dönüşü olmayan pozisiyada qərarlaşdıracaq. Ukrayna ərazisində aparılan müharibədən sonra Rusiyanın böyük inkişaf yolu keçəcəyi şübhə doğurmur. Azərbaycanın Qərblə münasibətləri daha da gərginləşəcək, daha ciddi sanksiyaların tətbiqi reallaşa bilər. Qısası, Azərbaycan öz seçimini edib və Bu sanksiyalar qorxu yaratmamalıdır.

Azərbaycan xalqının yeganə problemi Qarabağ məsələsi deyildi.

Azərbaycan hökuməti Qarabağ eyforiyasından xilas olmalı, daxili problemlərin həllini strateji məsələyə çevirməlidir. Azərbaycan torpaqlarının azad edilməsinin müəllifləri Ordu, Dövlət və İlham Əliyevdir.

Buna görə də ayrı-ayrılıqda hökumət üzvlərinin yeri gəldi-gəlmədi Qarabağ amili üzərindən sui-istifadə edərək öz vəzifəsinin icrasından yayınması, xalqa minnət qoyması yolverilməzdir. Bir daha vurğulanmalıdır: Azərbaycanın Qarabağ qədər strateji əhəmiyyət daşıyan daxili problemləri var.

Qərbin Azərbaycanda ən rahat hərəkət edə biləcəyi rels daxildəki problemlərdir. Bu problemlər həll edilməsə, xüsusilə, Fransanın sürprizləri ilə rastlaşacağıq. Fransa dünyada xaos nəzəriyyələrinin əsas müəlliflərindəndir.

2024-2026-cı illəri əhatə edən Yol Xəritəsi Rusiya-Azərbaycan arasında təkcə ticarət-iqtisadi, nəqliyyat, sənaye, aqrar, sosial, enerji və digər sahələrdəki əlaqələri əhatə etməyəcək, eyni zamanda gələcəkdə hər iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində spontan adddımlar da atılacaq. Yəni, daha möhkəm müqavilələr qarşıdadır. Rusiya bundan sonra da Azərbaycanı dəstəkləməyə davam edəcək.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR