Cənubi Qafqaz ölkələri üçün yolun sonu, yoxsa başlanğıcı...

30 yanvar, 2024 15:53

2025-ci ilin sonuna qədərki dövr Cənubi Qafqaz ölkələrinin taleyində əhəmiyyətli rol oynayacaq. Hər üç respublikanın taleyi eynidir. Çar Rusiyası dağılanda azərbaycanlılar, gürcülər və ermənilər özlərinə respublika qurdular. Çox qısa müddət sonra SSRİ-nin tərkibinə daxil edildilər. SSRİ dağılandan sonra isə yenidən özlərini müstəqil respublika elan etdilər. 1991-ci ildən bəri - 33 il ərzində hər üçün respublika Şərq və Qərb imperializmi arasında manevr etməkdədir. 33 il, yəni 1 qərinə!

Bu müddət ərzində Cənubi Qafqazda yeni idarəçilik prinsipləri formalaşdırıldı. Azərbaycan istisna olmaqla, Gürcüstan və Ermənistan Rusiyanın hərbi müdaxilə potensialını nəzərə almadı. Nəticədə 2008-ci ildə Gürcüstan öz ərazilərini itirdi, 2020-ci ildə isə Ermənistan işğal etdiyi torpaqlardan məhrum oldu. Azərbaycan isə ərazi bütövlüyünü tam bərpa etdi. 33 il ərzində (hazırkı prezidentlər də daxil) Ermənistana 5, Gürcüstana 7, Azərbaycana isə 4 nəfər prezidentlik edib. Vaxtilə Gürcüstanı Rusiyadan qoparan, şəffaf idarəçilik modeli yaradan M.Sakaaşvili hələ də öz ölkəsində həbsdədir. Ermənistanda əhəmiyyətli demokratik siqnallar olsa da, sabitlik, inkişaf və perspektiv yoxdur. Qərbin antidemokratik ölkələr siyahısına daxil etdiyi, 30 il ərzində torpaqlarının 20%-i işğal altında olan Azərbaycan xaotik riskə getmədi. Bəs, bu xaotik riskə imza atmaq bizə daha hansı itkilər hesabına başa gələcəkdi?! Zəif halda Kremlin orbitindən uzaqlaşmaq intihar demək idi. Cənubi Qafqazın coğrafi və idarəçilik spesifikasının uzunmüddətli hakimiyyət prinsiplərinə uyğun olduğu ortaya çıxdı: ərazi itirmədən, daxili sabitliyi pozmadan, iqtisadi inkişafa nail olaraq və s. Qarabağın işğaldan azad edilməsinin ən əsas səbəblərindən biri Azərbaycanda uzunmüddətli hakimiyyətin formalaşdırılması idi. Cənubi Qafqazda “demokratik layihə”lər altında həyata keçirilən inqilablar Gürcüstana və Ermənistana xoşbəxtlik gətirmədi.

Təcrübə və tarix göstərir ki, Cənubi Qafqaz heç vaxt Qərbin bir parçası olmayacaq.

Azərbaycan Gürcüstan və Ermənistandan əsasən iki faktora görə öndədir: müharibə (qalibiyyət) və iqtisadi...

Bu sual mütləq ünvanlanmalıdır: Azərbaycanda Qərbin dəstəkləyib inqilabla hakimiyyətə gətirdiyi bir adam 2008, 2013, yaxud 2018-ci ildə prezident olsaydı, bu gün Qarabağı azad etmək olardımı? Bu ki, sadə həqiqətdir və pafosa köklənmədən etiraf etmək lazımdır - əlbəttə ki, xeyr!

Azərbaycan Rusiyanın əlaltısıdırmı? Xeyr! Mütəffiqdirmi? Bəli! Rusiya ilə müttəfiqlik yaxşıdır, yoxsa düşmənlik? Mütəffiqlik! Yox əgər düşmənlik deyirsən və qisas almağı seçirsənsə, o zaman o qədər güclənməlisən ki, Rusiyanın sahib olduğu 6 min nüvə başlığından ən azı 6 ədədi səndə də olsun, ərazin Moskvanın bir məhəlləsi boyda yox, minimum 1 milyon kvadrat kilometr olsun.

Hazırda bütün Azərbaycan mediası, əksər partiya sədrləri, müxalifəti, ictimai-siyasi xadimlər, ekspertlər və jurnalistlər Rusiyanı tənqid, bir çox hallarda təhqir edirmi? Edir! Bəs, Azərbaycan hakimiyyəti Rusiyanın əlaltısıdırsa, bütün bunlara niyə susur? Rusiya ilə danışılıbmı? Bu sual əsl çayxana pafosudur və əlbəttə ki, xeyr! O zaman nə baş verir?

20 il ərzində İlham Əliyevə qarşı yönələn tənqid və ittihamların əsas ana bazasını Qarabağın işğaldan azad edilməməsi məsələsi tuturdu. İnsan hüquq və azadlıqları üçüncü, dördüncü dərəcəli ittihamlar siyahısında qərarlaşırdı. Əas faktor sıradan çıxıb - İ.Əliyev Qarabağ azad edib.

Diqqət edin, erməni xalqı Qarabağı itirən Paşinyanı yenidən baş nazir seçdi. Bəs, Azərbaycan xalqı? Onlar da Qarabağı azad edən İ.Əliyevi seçəcək! Səmimi olaq, başqa seçim varmı? Yoxdur!

Əgər müharibədən öncə qalib ölkəni “demokratiya” adı altında və heç vaxt səngiməyən poliqona çevirmədiksə, müharibədən sonra bunu etməyə heç bir halda haqqımız yoxdur. Qalib ölkəni Rusiya da daxil olmaqla, heç bir ölkənin, xüsusilə, ABŞ-ın laboratoriyasına çevirə bilmərik. Rusiya ilə müttəfiqlik daha ciddi iradə ilə davam etməlidir. Bu, Türkiyə ilə olan münasibətlərimizin də tarixi və fəlsəfi prinsiplərinə tam şəkildə uyuşur. Amma Qərbin mənfi tendensiyalarının Türkiyə üzərindən ölkəmizə ixracının da qarşısı alınmalıdır.

Heç şübhəsiz, xeyli sayda problemlərimiz var, ölkə daxilən bərbad durumdadır. 7 fevral Prezident seçkilərindən sonra bu problemlərin həlli istiqamətinə addımlar atılmalıdır. Və bu addımlar birbaşa İ.Əliyevin nəzarəti altında həyata keçirilməlidir. Çünki Azərbaycan hökumətinin fəaliyyəti, məmurların ayrı-ayrılıqda qurduğu iş prinsipi Prezidentin monolit addımlarına adekvat deyil.

İ.Əliyev qalib rəhbərdir, onun daxili problemləri çox qısa zamanda həll etmək iradəsinə sahib olduğu da şübhəsizdir. Hökumət tərəfindən isə hər hansı problemin həll edilməməsi, şişirdilməsi, ən xırda azadlıqların məhdudlaşdırılması ayrı-ayrı yüksək çinlik məmurların sabotaj addımlarıdır. Əslində bu problemləri gizlətmək yox, həll etmək lazımdır. Çünki bu problemlər İ.Əliyevi heç vaxt qorxutmur, həlli mümnkündür və resurslarımız var.

İ.Əliyevin son 3 il ərzində atdığı addımların əhəmiyyətli cizgiləri diqqət çəkir. Qərb, yoxsa Rusiya - bu tezis öz əhəmiyyətini itirəcək. Hiss edirəm ki, milli idarəçilik modelinə keçmək iradəsi öz işartılarını göstərməkdədir.

Düşünürəm ki, Azərbaycanda yeni komanda üzvləri öz bacarıqsızlarını ört-basdır etmək üçün “Ramiz Mehdiyev - Əli Həsənov”, “Rusiyanın adamları”, “5-ci kolon” kimi kartlardan sui-istifadə etməməlidirlər. Artıq bu tezislər də işləmir. R.Mehdiyev 5 ilə yaxındır ki, vəzifədən uzaqlaşdırılıb, amma problemlər daha da dərinləşir. Bu tezis bir müddət işlədi, daha heç kəs inanmır. Əslində bununla hökumətin zəifliyini, sabotaja açıq gücsüzlük nümayiş etdirdiyini göstərir. Bu məsələdə media qurumlarının istifadə olunması isə ikrah doğurur.

İ.Əliyevin xüsusilə, müharibə zamanı və müharibədən sonrakı xarizması xalqın ona etimad göstərməsi üçün kifayət qədər əsas verib.

Yerdə qalır məmurlar və onların problemlərə strateji yanaması. Yəni, illərlə qələbə eyforiyasına qapılmaq məmurlar üçün yaxşı hal deyil, hər kəs öz işini görməlidir. Məmurlar tərəfindən daxildəki problemlərin Dövlət başçısının fəaliyyətinə bağlamaq cəhdlərinin qarşısı da alınmalıdır.

Problemlərimiz dərindir, buna görə də kosmetik həll yollarından imtina etmk lazımdır. Məsələn, məhkəmə-hüquq sistemi ən strateji problem kimi qarşımızdadır. Bunun ağır fəsadları göyərir. Narkomaniya bəlası isə bir çoxlarının qazanc mənbəyidir. Ya qazancdan imtina etməliyik, ya da xalqın gələcəyindən! Qarabağın işğaldan azad olunmasından sonrakı bərpa işləri ölkəni “Bakı və Qarabağ” olaraq, iki haçalı göstərməməlidir, ortada regionlar, bölgələr var. Bölgələrdə iş isə sıfırın altındadır - işsizlik, səfalət, narkotik maddələrin dövriyyəsi, cinayət hallarının artması və s. Ölkənin bir ucunu qazanıb ortasını itirə bilmərik.

Müəllif: Samir Feyruzov

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi