Azərbaycanın təhlükəsizliyinin risklərini kim öz üzərinə götürəcək?

16 fevral, 2024 11:20

İlham Əliyevin andiçmə mərasimindəki çıxışının çox əhəmiyyətli bir hissəsi ideoloji risklər, xarici təhdidlər və təhlükəsizlik məsələləri ilə bağlı idi. Düşünürəm ki, inauqurasiya nitqinin mətnlərini təhlil edərkən bu amil üzərində daha çox dayanmaq lazımdır. O, bu barədə danışmamışdan öncə Azərbaycanın “yeni dövrə” qədəm qoyduğunu da bildirdi. “Bütün mümkün olan potensial risklərin ölkəmizin hüdudlarından kənarda yerləşdiyini və formalaşdığını” bildirən İ.Əliyev fiziki və ideoloji risklərdən qorunmağın vacibliyini önə çəkərək, bu istiqamətdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini əsas prioritet məsələ kimi müəyyənləşdirmiş oldu.

İ.Əliyevin problem və təhlükələri “fiziki və ideoloji risklər” ifadəsi adı altında təsnifatlandırması təsadüf deyil. O, dəqiq bilgilərə sahibdir, təhlükələrin mənbəyini və hədəflərini doğru səciyyələndirir. Prezident hesab edir ki, ölkə daxilində risklər yoxdur, potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir. Diqqət edirsinizsə, İ.Əliyev ideoloji risklərdən danışarkən ailə dəyərlərinin, ənənəvi milli xüsusiyyətlərin qorunub saxlanılmasını, “yad və mütərəqqi” dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsini, gənclərin beyinlərinin zəhərlənməsinin qarşısının alınmasını önə çəkərək, xalqı bu istiqamətdə milli həmrəyliyə səslədi.

Bəs, xaricdə yerləşən, formalaşan və Azərbaycana ixrac edilən təhlükələr hansılardır?

Hesab edirəm ki, narkomaniyanın və narkotik maddələrinin istifadəsinin sürətlə yayılması, Qərb ölkələrindən “qadın azadlığı” adı altında cəmiyyətə yeridilən fahişəlik və feminizm, ABŞ-ın siyasi-dini cərəyanlar modeli, ənənəvi dəyərlərə tamamilə ziddi olan LGTB, cinayətkarlığın artımı, çoxtəriqətli radikal dindarların formalaşması, radikal cərəyanların kriminal qruplarla birləşməsi, “hüquq və azadlıq” adı altında genefonda qarşı yönələn mənəvi terror, mental dəyərlərə hücum - gənclərin beyinlərinin yuyularaq ənənəvi milli təfəkkürdən uzaqlaşması və s. xaricdən Azərbaycana qarşı yönələn əsas kataloq təhlükələrdir.

Heç şübhəsiz, Azərbaycan əsas strateji hədəfə - Qarabağın azad edilməsinə “yad dəyərlər”lə deyil, ənənəvi milli-mənəvi dəyərlər üzərində hərəkət etməklə nail olub. Ölkənin ərazi bütövlüyünün tam təmin edilməsində cəmiyyətimizə yeridilən uzunmüddətli “mütərəqqi” dəyərlərin rolu heç sıfır faiz deyil.

Narkotik maddələrinin miqdarının və satışının azalacağı təqdirdə avtomatik olaraq, cinayətkarlığın səviyyəsinin də aşağı düşəcəyi heç bir şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, hazırda məhbus həyatı yaşayan şəxslərin təxminən 40%-dən çoxu narkotik maddələrlə (CM-234-cü) həbs edilən şəxslərdir. Milli genefondu fiziki və mənəvi baxımdan məhv edən narkomaniyanın qarşısının alınması “yeni dövrü”ün əsas tələbi kimi ortaya qoyulmalıdır.

Yuxarıda sadalanan istiqamətlər üzrə təhlükəsizlik tədbirlərinin inzibati üsullarla həyata keçirilməsi cəmiyyətdə aqressiyanı artıra bilər. İdeoloji təhlükələrin qarşısı daha çox ideoloji tədbirlərlə alınmalıdır. Hər hansı təhlükə varsa, kütləvi həbslərdən yayınmaq lazımdır, çünki kütləvi həbslər qondarma ittihamlara da yol açır. Kütləvi həbslərdən yayınmaq üçün isə həmin təhlükəni vaxtında görüb təhlükəsizlik tədbirləri görmək daha məqsəduyğun olardı. Məsələn, xaricdən yönələn hər hansı təhlükənin qarşısını almaq üçün bu və ya digər şəkildə cinayətkar şəbəkənin iştirakçılarına çevrilmiş yüz nəfər şəxsin deyil (taktiki və səs-küylü), “ana baza” hesab olunan iki şəxsin - (strateji, vaxtında, sensasiya doğurmadan) həbsi daha məqsədəuyğundur.

İ.Əliyevin məsul şəxslər, dövlət qurumları və cəmiyyət qarşısında doğru məsələlər müəyyənləşdirdiyini düşünürəm. Özünün də qeyd etdiyi kimi, “ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır..”.

Deməli, hər kəs öz işini görməlidir.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR