Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı niyə azalıb?

01 may, 2024 12:04

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayına əsasən, 2024-cü ilin I rübü ərzində Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon ABŞ dolları təşkil edib. 

2024-cü ilin yanvar-mart ayları ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (56,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (45 milyon ABŞ dolları) ikinci, elektrik enerjisi (40,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracında ciddi azalma qeydə alınıb. Belə ki, ötən il qeyri-neft sektoru üzrə ixrac 1 milyard dollara yaxın, 913 milyon dollar olub. Beləliklə, qeyri-neft ixracında 239 milyon dollar azalma müşahidə edilib. Bəs bu azalmanın səbəbi nədir?

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanda ilin əvvəlində qeyri-neft ixracının azalmasında rol oynayan bir çox faktor var:

"Bu faktorlardan biri kimi,bəli, elektrik enerjisi ixracının azalması göstərilir. Lakin bu məsələdə rol oynayan digər faktorlar da mövcuddur. Elektrik enerjisinin özü qeyri-neft sektoru olsa da, bilavasitə elektrik enerjisi qazın yandırılması nəticəsində, istehsal olunan bir əmtəədir. Bu baxımdan sözügedən sektorla qarşılıqlı əlaqədədir. Digər bir səbəb də ötən illə müqayisədə azalma olub. Ötən il isə bu istiqamətdə olan rəqəmlər kifayət qədər yuxarıda idi. Düşünürəm ki, istənilən qurum öz fəaliyyəti çərçivəsində bəzi incəlikləri nəzərə almalıdır. Buna misal olaraq, heç bir artım dinamikası sonsuz sürətli deyil. Məsələn hər hansı ildə rəqəmlərin yuxarı olması üçün maksimal gücümüzü ortaya qoyuruqsa, biz növbəti il həmin gücü tətbiq edə bilməyəcəyimizi anlamalıyıq. Yəni rəqəmlərdə enişlərin olması təbiidir".

"Buna görə istər qeyri-neft sektorunda, istər ticarət dövriyyəsinin özündə, istər gömrük və vergi daxilolmalarında həddindən artıq artım dinamikasına dair verilən statistika növbəti il üçün ciddi risklər yaradır",-iqtisadçı əlavə edib.

Digər bir iqtisadçı ekspert Natiq Cəfərli qeyri-neft sektoru üzrə ixracın azalmasının səbəblərini belə izah edib:

"Azalmanın 80-85 faizini elektrik enerjisi təşkil edir. Ötən ilin ilk 3 ayında 230 milyondan yuxarı elektrik enerjisi satmışdıqsa, bu ilin müvafiq dövründə cəmi 40 milyon dollarlıq elektrik enerjisi satılıb. İstehsal azalıb deyə ixrac da azalıb. Bizdə elektrik enerjisini qazla işləyən modul tipli elektrik stansiyalarından alırdılar. Son zamanlar Avropa Birliyinin qaza olan tələbatını nəzərə alaraq, modul tipli elektrik stansiyalara yönələn qazın xaricə ixracına üstünlük verilir. Alternativ enerjinin inkişafı, işğaldan azad olunmuş ərazilərdə hidroelektrik enerjisinin alınması və başqa mənbələrin olması qazla işləyən modul tipli elektrik stansiyasına tələbi azaldır. Elektrik enerjisi azaldıqca onun ixracatında da təbii olaraq, azalmalar müşahidə olunur. Digər parametrlərdə o cümlədən aqrar sektorda ciddi fərqlər yoxdur. Normalar çərçivəsində dəyişkənlik var. Bəzilərində 2-3 faiz artım, bəzilərində isə azalma var. Amma əsasən elektrik enerjisi bu statistikaya təsir göstərir"(modern.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR