BTC ilə hansı ölkələrin nefti daşınır? - Müəmmalı statistika

11 may, 2024 11:20

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara veriləndən (iyun 2006) bu ilin birinci rübünün sonunadək bu kəmər vasitəsilə ümumilikdə təqribən 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 629 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

“BP-Azərbaycan” şirkəti xəbər verir ki, bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunan təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 72 tankerə yüklənib və yola salınıb.

Bildirilir ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.

Xatıraldaq ki, BTC Ko.-nun səhmdarları BP (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

Məlumat üçün onu da bildirək ki, 2022-ci ilə kimi Qazaxıstan və Türkmənistan neftindən başqa BTC ilə Rusiya nefti də daşınıb. Lakin, 2021-ci ildən sonra “BP-Azərbaycan” şirkəti tərəfindən açıqlanan məlumatlarda BTC ilə yalnız Qazaxıstan və Türkmənistan neftinin daşındığı qeyd olunur.

Onu da qeyd edək ki, “BP-Azərbaycan” şirkəti 2021-ci ildə BTC ilə Rusiya neftinin daşındığını açıqlayıb. Ancaq, Gömrük Komitəsinin 2021-ci il məlumatlarında Azərbaycanın Rusiyadan neft idxal etmədiyi göstərilib.

2021-ci ildən fərqli olaraq 2022-ci ildə Gömrük Komitəsinin məlumatlarında Azərbaycanın Rusiyadan 199 min 603 ton xam neft idxal etdiyi qeyd olunub. “BP-Azərbaycan” şirkətinin həmin il üçün açıqladığı hesabatda isə BTC ilə Rusiya neftinin daşınmadığı göstərilib. Azərbaycan ötən il Rusiyadan daha böyük həcmdə - 1 milyon 303 min 999 ton xam neft idxal edib. Lakin, “BP-Azərbaycan”ın ötən il üçün açıqladığı hesabatda da BTC ilə Rusiya neftinin daşınmadığı qeyd olunub.
 

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib