Azərbaycanda əcnəbilərlə bağlanan qondarma nikahların qarşısını ala biləcəyikmi?

10 iyun, 2024 13:53

İyun ayının 7-də Milli Məclisdə əcnəbilərlə vətəndaşlarımız arasında bağlanan qondarma nikahlarla bağlı qanun müzakirə olundu. Qanunun əsas məqsədi qondarma nikahların qarşısını almaqdır. Hesab edirəm ki, problemin bu şəkildə qoyulması doğru addımdır. Açığı, əcnəbi şəxslərlə nikaha daxil olmaq məsələsi Azərbyacan cəmiyyətində həmişə müzakirə olunub.

Əsasən Paskistan, Banqladeş və Şri-Lanka və s. ölkələrin vətəndaşları ölkəmizdə qondarma və məqsədli nikahlara girərək ölkədə qalma müddətinə qoyulan məhdudiyyələrdən yayınmağı bacarırlar. Azərbaycanda yaşama hüququ verən sənədlər olmadan, qeydiyyatsız yaşayan əcnəbilər vətəndaşlarımızla qondarma nikaha daxil olaraq gələcəkdə cəmiyyət üçün ağır problemlər formalaşdırırlar. Ölkəmizdə qalmaq hüququ olmayan xeyli sayda əcnəbilərin məhz bu üsuldan istifadə etməsi qanunlarda ciddi boşluqların olduğunu və bu istiqamətdə təxirsalınmaz addımların atılmasının vacibliyini önə çıxarır.

Amma qondarma nikahlar təkcə qanunsuz miqrasiya ilə bağlı Azərbaycan Respublikasının həyata keçirdiyi tədbrləri tozmozlamır, həm də əlavə və miqyası çox sürətlə böyüyən problemlərə yol açır.

Məsələn, dələduzluq və qanunsuzluq (cinayətkarlıq) artır.

Bütün bu hallarla yanaşı, qondarma nikahların fəsadları cəmiyyətdə “hüquq çarəsizliyi” yaradır, gələcəkdə xüsusilə, qondarma nikahıların mühüm hissəsi olan Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaq mümkünsüz hala çevrilə bilər.

Azərbaycan tranzit ölkədir və əcnəbilərin bu haldan istifadə edərək vətəndaşlarımızla qondarma nikahlara daxil olmasının qarşısının alınması mühüm məsələdir. Bu istiqamətdə qəbul ediləcək qanunun daha təkmil olmasını istəyiriksə, müxtəlif təcribələrdən də istifafə oluna bilər. Məsələn, son illərdə Rusiya qondarma nikahlara xüsusi həssaslıqla yanaşır və əcnəbilərin Rusiya vətəndaşları ilə nikaha daxil olmaları ilə bağlı tələbləri daha da sərtləşdirib. Məsələn, 2020-ci ildə Bryansk vilayətində Rusiya vətəndaşı ilə saxta nikaha girmək istəyən azərbaycanlı məhkəməyə verilmişdi. Son 10 il ərzində Rusiya bu istiqamətdə çox ciddi addımlar atıb. Hətta qondarma nikahlara daxil olan əcnəbilər həbs oluna bilərlər. 2024-cü ilin aprel ayında Moskvada rusiyalı qadınlarla qondarma nikahlar təşkil edən dəstə aşkarlanmış və bu dəstənin bütün üzvləri həbs edilmişdi.

Bəlkə Azərbaycanda da qadınları pul müqabilində qondarma nikahlara sövq edən hansısa şəbəkə var, bilmirik…

Bəs, qondarma nikahlar necə müəyyən ediləcək? Tutaq ki, qanun var, bəs, icra mexanizmləri necə olacaq…

Təcrübə göstərir ki, qondarma nikahların müəyyən edilməsi ağır mexanizm tələb edir. Yenə də Rusiyaya istinad etsək, qondarma nikahların daha çox məhkəmələr vasitəsilə aşkarlana biləcəyi təcrübəsi ortaya çıxır. Məsələn, 2022-ci ildə Rusiya məhkəmləri qondarma nikahlarla bağlı 400 qərar qəbul edib.

Hesab edirəm ki, bu sual ətrafında düşünməliyik:

Azərbaycanlı qadınları əcnəbilərlə qondarma nikahlar bağlamağa nə vadar edir?

Qondarma nikahlara daxildən yol açan səbəblər aradan qalxmayana qədər bu istiqamətdə qəbul edilən qanunun tətbiqi də “nəticə ilə mübarizə” aparamaqdan başqa heç bir işə yaramayacaq. Yəni, kosmetik mübarizə…

Qondarma nikahların qarşısının alınması üçün ilk növbədə “daxili risk”lərin qarşısının alınmasının vacib olduğunu düşünürəm. Qəbul edilən qanun və icra mexanizmləri sırf əcnəbilərə qarşı yönələcəksə (xarici risk), bu zaman atılan addımlar istədiyimiz effekti verməyəcək.

Müəllif: Samir Feyruzov

"Azsiyaset"

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR