Fransa Ermənistanı müharibəyə hazırlayır?

19 iyun, 2024 13:25

Fransa ilə Ermənistan arasında "Sezar" artilleriya sistemlərinin alqı-satqısı barədə kontraktın imzalanmasına münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin rəsmi mövqeyi ilə tanış oldum. Müdafiə Nazirliyinin mövqeyi daha çox faktoloji xəbərdarlıqdır. Əvvəlki xəbərdarlıqlardan tamamilə fərqlənir.

Xəbərdarlıqda iki fikir xüsusilə diqqət çəkir:

"Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və YENİ MÜHARİBƏ OCAĞInın yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır".

"Ermənistanın yenidən silahlandırılması yeni müharibəyə aparan yoldur".

Xəbərdarlıqda 3 dəfə "müharibə" sözü işlənir: 1 dəfə diplomatik tərzdə, 2 dəfə isə hərbi dildə...

Heç şübhəsiz ki, Azərbaycan Fransa-Ermənistan arasında son illər intensivləşən və daha çox hərbi müstəvidə əhəmiyyət kəsb edən əlaqələrin ən incə detalı haqqında da məlumatlıdır. Məhz buna görə də Azərbaycan Müdafiə Nazirliyi Fransanın Ermənistanı yeni müharibəyə sürüklədiyi və nəticədə "yeni müharibə ocağı"nin yarana biləcəyi ilə bağlı mövqeyini faktoloji xəbərdarlıq kimi ifadə edir. Bakı nə baş verdiyini dəqiq bilir və koordinatları dəqiq göstərir.

Bəs, "yeni müharibə ocağı" hara ola bilər? Təbii ki, Zəngəzur!

Fransa Cənubi Qafqazda daimi münaqişə ocağının mövcud olmasında maraqlıdır. Müasir tarixdə Qarabağ 30 illik münaqişə ocağı kimi gündəmdə idi və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edəndən sonra Qarabağın "münaqişə ocağı" kimi spesifikası da tarixə qovuşdu. Hazırda Qarabağ bərpa edilir və sözün bütün mənalarında işğaldan azad edilən ərazilərə "bronjilet" geyindirilir. Yəni, söhbət Qarabağdan getmir.

Ermənistanın 3 ildir yalnız "müdafiə" xarakterli silahlar aldığı ilə bağlı rəsmi İrəvanın səsləndirdiyi fikirlərin absurd olduğu əvvəldən bəlli idi. Ermənistana vaxt qazanmaq lazım idi və 4 il ərzində vaxt qazanaraq, Fransa və Hindistan vasitəsilə öldürücü hücum silahlarına sahiblənmiş oldu.

Əgər yeni müharibə ehtimalı varsa, Fransa bu müharibənin Rusiya-Ukrayna müharibəsi bitməmiş baş verməsinə çalışacaq. Çünki indiki situasiyada Fransa Ermənistanda ciddi mövqe əldə edib. Digər tərəfdən, Şərqi Avropada müharibəyə ciddi enerji sərf edən Rusiya Ermənistandakı hadisələrə yetərincə müdaxilə edə bilmir. Əgər Rusiya-Ukrayna müharibəsi olmasa idi, bu gün Qərb və Fransa nə Ermənistanda bu qədər möhkəmlənə biləcəkdi, nə də Ermənistan KTMT-dən çıxmaq üçün açıq səylər göstərəcəkdi. Fransa və Ermənistan başa düşür ki, Rusiya Ukraynada apardığı müharibəni bitirən kimi Qərbin Ermənistandakı mövcudluğuna da son qoyacaq.

Məhz bu mənada Rusiyanın Ukraynadakı müharibədən qalib çıxması Azərbaycanın xeyrinədir. Dəhlizin açılması Azərbaycana da, onun mütəffiqlərinə də lazımdır, bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Bircə o qalır ki, Ermənistan dəhlizlə bağlı üzərinə götürdüyü öhdəliyi icra etsin. Əgər Ermənistan müharibə etsə, bu, KTMT-dən çıxması ilə eyni dövrə təsadüf edə bilər. Ermənistanın KTMT-dən çıxmaq üçün atdığı addımların hansı nəticələrə gətirib çıxaracağına isə bir neçə gün əvvəl Rusiya belə münasibət bildirmişdi: "Ermənistanın mövcudluğu sual altına düşəcək...".

Görünən budur ki, Ermənistan sülhə məcbur edilməlidir. Amma necə? Bu, diplomatik yollarla mümkün olacaqmı? Bəli, mümkündür.

Bunun üçün ilk növbədə Azərbaycanın mütəffiqləri Ermənistanın Qərbdəki müttəfiqlərinə qalib gəlməlidir.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR