“Çox az adam İlham Əliyevi başa düşürdü” - Fransa qəzetindən sensasion yazı

25 noyabr, 2020 13:52

Fransanın məşhur “Le Monde” qəzetində İkinci Qarabağ savaşı barədə geniş məqalə dərc edilib. 

Azsiyasət.com xəbər verir ki, “Ermənistanın Dağlıq Qarabağda darmadağın edilməsi” başlıqlı yazıda Qarabağ münaqişəsinin tarixinə, Birinci Qarabağ savaşına və nəhayət, ermənilərin məğlubiyyətinin səbəblərinə toxunulub.

Nəşr hesab edir ki, Ermənistan bir neçə səbəbdən müharibəni acı məğlubiyyətlə başa vurub.

“Le Monde”a yazır ki, Ermənistan illüziyalar və miflərlər bəslədiyi üçün Qarabağ münaqişəsində barışmaz mövqe üzərində dayanmaq İrəvan üçün çox asan idi.

Qəzet yazır ki, ermənilərin inandığı miflərdən birincisi Ermənistan ordusunun “məğlubedilməzliyi” ilə bağlı idi. Ermənilər Birinci Qarabağ savaşındakı “qəhərmanlıq hekayətləri”ndən ilhamlanaraq ordunun dəyişməz üstünlüyünə inanır və bundan ilhamlanırdılar.

Ermənilərin inandığı ikinci mif isə Rusiyanın onları hər bir halda qoruyacaqları ilə bağlıdır.

“Bu Rusiya ilə Ermənistan arasında uzun müddət davam edən dostluqla əlaqəlidir. Bu dostluğun maddi təzahürü Rusiyanın Gümrüdəki 3000 nəfərdən ibarət hərbi bazasıdır. Moskva ilə İrəvan arasında ikitərəfli və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müqavilələrdə Rusiyanın Ermənistana təcavüz olunduğu halda köməyə gələcyi nəzərdə tutulub. Dağlıq Qarabağ isə Ermənistanın ərazisi hesab olunmur. Lakin bu fakt hər hansı təhülkə olacağı təqdirdə Rusiyanın köməyə gələcəyinə inamına heç bir təsir göstərməyib.

Baxmayaraq ki, 2016-cı ilin aprelində baş verən qısa müddətli müharibə həm azərbaycanlıların hərbi sahədə texnoloji üstünlüyünü, həm də Rusiyanın münqaşiyə müdaxilə etmək istəməməsi baxımından ermənilər üçün siqnal idi.

"Jirayr Liparityan deyir ki, heç kimə qulaq asmaq istəmirdik. “Nə azərbaycanlılar bizə müharibə elan edəcəklərini deyəndə, nə də Rusiya bizi xilas etməyəcəyi barədə xəbərdarlıq edəndə qulaq asmadıq. Zamanın əlimizə oynadığını və gözləməklə daha çox şey əldə edəcəyimizə inanmağı seçdik. İmkanlarımızı həddindən çox qiymətləndirdik, rəqiblərimizi isə qiymətləndirmədik", - qəzet yazır.

Məqalədə deyilir ki, məğlubiyyətin ilk səbəblərindən biri sürpriz effekt olub. Ermənistan sentyabrın 27-də başlayan yeni eskalasiyanın da 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşləri kimi qısa müddətli olacağına inanıb.

“Amma bu təəccüblü görünür. Çünki Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən etibarən qarşısına məqsəd qoymuşdu: Dağlıq Qarabağı geri qaytarmaq.

Bu, müharibədə qeyri-adi hal deyil. Bəzən hamı o qədər yalana qərq olur ki, bəzən müharibənin məqsədini onu başlayan tərəfin açıq şəkildə səsləndirdiyini unudurlar. Ermənistanda da belə idi. Kimlərsə sərhəd toqquşmaları barədə düşünür, kimlərsə isə Azərbaycanın İrəvana qədər irəliləcəyindən və “soyqırım” edəcəyindən qorxurdu. Çox az adam İlham Əliyevin həqiqəti söylədiyini başa düşürdü”, - məqalədə vurğulanır.

Nəşrə görə ermənilərin məğlubiyyətinin ikinci səbəbi hərbi disbalansla bağlıdır. Ermənitsanın Azərbaycan əks-hücum əməliyyatına uzun müddət hazırlaşmasını və hərbi potensialını, Azərbaycan Ordusunun daha güclü olduğunu gözardı edib.

“Məğlubiyyətin üçüncü səbəbi, şübhəsiz ki, İrəvanın diplomatik “uzaqgörənliyi” idi. Bütün münaqişə boyunca Ermənistan, Minsk Qrupunun tez bir zamanda barışığa nail olmaq üçün siyasi, yaxud Dağlıq Qarabağı xilas etmək üçün Rusiyanın hərbi müdaxiləsinə inanırdı. Amma onlar açıq-aşkar bir şeyi etiraf etməli idilər: Minsk Qrupunun himayəsi altında razılaşdırılmış üç atəşkəs heç bir nəticə verməyib. Moskvanın birbaşa hərbi müdaxiləsinə gəlincə, bu, heç düşünülməmişdi. Bu həqiqət müharibənin əvvəllərində yenidən səsləndirildi və Rusiya diplomatiyası tərəfindən dəfələrlə təkrarlandı: Rusiya yalnız Ermənistanın özünə hücum olacağı təqdirdə müdaxilə edəcək.

Dördüncü səbəb müharibənin aparılması ilə əlaqədardır.

Könüllü Qarikin danışdığı hekayə kimi bir çox hekayə var: “Ağır itkilərdən sonra on gün ərzində əraziləri itirəcəyimizə və silahlarımızı yerə qoyacağımıza əmin idik. Tələb etdik ki, bizi Ermənistana qaytarsınlar. Ancaq komandirimiz ilk dron hücumundan sonra bizi qoyub qaçdı”, - “Le Monde” yazıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR