Azərbaycanı qarşıda 2 mühüm mərhələ gözləyir - Nə etməliyik?

08 dekabr, 2020 13:31

2020-ci il Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır. Bunu indidən qəbul etməliyik. Əgər müharibədən öncə hansı relsdə idiksə, indi istəsək də həmin relslə gedə bilməyəcəyik. Bizə güclü olmaqdan başqa şans tanımayan yeni xətt açılıb. Heç şübhəsiz, yaxın gələcəkdə baş verəcək hadisələr bnunu isbatlayacaq. Odur ki, gecikməyə haqqımız yoxdur. Aparılan analizlər göstərir ki, növbəti 5 ildə - 2025-ci ilə qədər Azərbaycanı mühüm dövr gözləyir, həlli vacib olan problemlər hələ qarşıdadır, gediləsi uzun bir yol var. Azərbaycanda, regionda və dünyada baş verən hadisələri təhlil edərkən belə qənaətə gəlmək olar: növbəti 5 il Azərbaycan üçün 2 mərhələli şəkildə əhəmiyyət kəsb edəcək. Birinci mərhələ - 2021-2023, ikinci mərhələ 2024-2025.

BİRİNCİ MƏRHƏLƏ necə müşahidə oluna bilər? Qərb dövlətlərinin Azərbaycana qarşı məqsədli təzyiqlərinin artacağı ilə bağlı qığılcımlar görünməkdədir və bu daha da artacaq. Əgər bu günə qədər Qərbin bəzi dairələri sırf insan hüquq və azadlıqları prizmasından ölkəmizi hədəfə alırdılarsa, bu dəfə təzyiqlərin miqyası daha da genişlənəcək: Qarabağ, orada yaşayan ermənilərin durumu, bütün təxribat cəhdlərinə Azərbaycanın adekvat reaksiyası, Rusiya, İran və Türkiyə ilə Qərbin yeni münasibətlərində Azərbaycanın tutacağı birmənalı mövqe, regioanl layihələrdə Azərbaycanın şahmat gedişləri və s. Xeyli maraqlı olacaq. Eyni zamanda, Qərbin İrana təzyiqləri praktiki sferaya daxil ola bilər, Rusiyanın zəifləməsi üçün Qərbin “alt yapı” siyasəti daha da sürətlənə, bu yöndə ayrılan milyardlar daha da artrıla bilər. C.Bayden indidən bunun ilk mesajını da verdi. Ölkəmizə olan münasibət təkcə özümüzə görə deyil, region dövlətlərinin apardığı siyasətə görə də müəyyənləşəcək. Bizi aqressiv olmağa təhrik edəcəklər. Belə olan təqdirdə Qarabağ müharibəsində Rusiyanın, İranın Azərbaycana verdiyi dəstəyə (ən azından susqunluq nümayiş etdirməsi, proseslərə lap əvvəldən müdaxilə etməməsi) zaman gələcək ki, adekvat cavab verməli, onlara dəstək göstərməli olacağıq, istəsək-istəməsək də belə bir öhdəliyimiz var artıq. Amma Türkiyə balansı qorumaq üçün vacib faktor kimi yenə də öz avtoritetini saxlamağı bacaracaq.

Bəs nələr etməliyik? Azərbyacanın xarici ölkələrdəki səfirləri ayı xidməti göstərməlidir. Elitar vəzifə hesab olunan səfir postu məmur övladlarına, onların, tanınmışların ailə üzvlərinə deyil, “ayı xidməti” göstərəcək şəxslərə verilməlidir. Daha bundan sonra səfir vəzifəsində “bantik”, qalstuk vurub xarici ölkədə mədəni tədbirlərdə iştirak etmək heç bir işə yaramayacaq. Artıq təkcə Azərbaycan yox, dünya da dəyişir. Səfir mədəni tədbirlər çərçivəsindən çıxıb ortaya ciddi fəaliyyət qoymalıdır. Şübhəsiz, Diaspor Komitəsi bu günə qədər mümkün olan nədirsə, onu etməyi bacarıb. Xüsusilə də, müharibə dövründə Diaspor Komitəsinin gördüyü işlər təqdirəlayiqdir. Və bundan sonra da öz fəaliyyətini daha da yüksək təşkil etməlidir. Digər tərəfdən, Azərbaycan Milli Məclisinin digər ölkələrin parlamentləri ilə olan dostluq qrupları yeyib-içmək, turizm müstəvisindən çıxmalı, hər iki ölkə tərəfindən qrupda təmsil olunan deputatlar arasında dövətçilik maraqlarına söykənən praktiki işlər görülməlidir. Xarici ölkələrin deputatları öz hökumətlərini və cəmiyyətlərini inandırmağı bacarmalıdır. Fransa nümunəsi bizə dərs olmalıdır.

İKİNCİ MƏRHƏLƏDƏKİ durumuz birinci mərhələdəki hazırlıqlarımızdan, görəcəyimiz işlərin sadəcə “hesabatlılıq” dərəcəsindən yox, keyfiyyətindən, praktiki əhəmiyyətindən asılı olacaq. Nəzərə almaq lazımdır: 2023-cü ilin sonuna qədər Türkiyə və Rusiyada prezident seçkiləri yekunlaşacaq. Sürpriz hallar ola bilər. 7-9 il öncə Azərbaycan-Türkiyə münasibətləri indiki səviyyədə deyildi, məhz Prezident İlham Əliyevin və R.T.Ərdoğan birgə addımları nəticəsində hər iki ölkə arasındakı qardaşlıq-dostluq münasibətləri kuliminasiya nöqtəsinə çatdı. Xüsusilə maraqlıdır: Kreml indiki Azərbaycan-Rusiya münasibətərini “miras” kimi növbəti ələ ötürəcəkmi?

Azərbaycan siyasi, iqtisadi-sosial sahədə inqilabı addımlar atmalıdır. Bundan sonra məmurların oliqarxlaşmasına, yeni monopolistlərin yetişməsinə imkan vermək olmaz. Köhnə komandanın iş üslubu yeni komandanın mütərrəqi fəaliyyətindən min kilometrlərlə uzaqda dayanmalıdır. Qeyri-neft sektorunun inkişafı o həddə çatmalıdır ki, Azərbaycan təkcə Bakıdan ibarət olmasın, paytaxta insan axınının qarşısı alınsın. İşğaldan azad edilən şəhər və rayonlarımıza təkcə qarabağlılar deyil, digər bölgələrin vətəndaşları da köçməyə həvəsli olmalıdır. Bunun üçün həvəsləndirici dövlət layihələri həyata keçirilməlidir. Ordunun möhkəmləndirilməsi istiqamətində bu dəfə daha ciddi tədbirlər reallaşdırılmalıdır. Bir vacib məqamı da unutmayaq ki, pandemiya və müharibənin ağırlıqlarını dövlətlə bərabər xalq da daşıdı. İnsanların sosial və məişət resursları möhkəmləndirilməlidir. Əks halda dövlət bünövrəsiz divara çevrilə bilər. Vətəndaş-dövlət münasibətləri daha da möhkəmlənəcəksə, dünyada daha ciddi mövqeyə sahiblənəcəyik. Sosial rifah, güclü iqtisadiyyat birinci şərt olmalıdır. 

Samir FEYRUZOV 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR