Rusiya Azərbaycandan pomidor və alma idxalına niyə qadağa qoydu? - SİYASİ MOTİV: Pərdəarxası məqamlar

14 dekabr, 2020 16:38

Bakıda Zəfər Paradının keçirildiyi gün - dekabrın 10-da Rusiyanın Rosselxoznadzor qurumu Azərbaycandan pomidor və alma idxalını qadağan edib. Heç şübhəsiz ki, Rusiyanın bu qərarının arxasında siyasi motiv dayanır. Rusiyanın “sanitar tələblər” adı altında Azərbaycanın kənd təsərrüfatı məhsullarına qadağa qoyması təsadüf deyil. Son dərəcə ayıq olmalıyıq! Rusiyanın bu siyasətinin arxasında hansı amillər dayanır? Ümumiyyətlə, Kreml bu üsulu niyə seçib?

Rusiya 2013-cü ilin yay aylarında Ukraynadan “Roshen” şokoladlarının və digər qənnadı məmulatlarının idxalını qadağan etmişdi. Ardınca 2014-cü ildə Krım Rusiyaya ilhaq edildi və bundan sonra Rusiya-Ukrayna münasibətləri kəskin şəkildə pisləşdi, iqtisadi sanksiyalar gündəmə gətirildi. Burada Rusiyanın əsas məqsədlərindən biri Ukraynın haqlı mövqeyini zəfilətmək, Krımla bağlı Ukraynanın addımlarının praktiki əhəmiyyətini azaltmaq idi. Daha sonra Ukraynanın araq, meyvə sularının Rusiyaya idxalı qadağan edilmiş oldu. İdxalı qadağan olunan məhsulların siyahısı 2018-ci ilin dekabrın daha da genişləndirilmişdi.

Rusiya hər hansı ölkə ilə münasibətlərində soyuqluq hiss olunan kimi dərhal həmin ölkənin məhsullarının idxalına qadağa qoyur. Məsələn, 2015-ci ildə Türkiyə Rusiyaya məxsus Su-25 təyyarəsini vurduqdan sonra bu ölkədən pomidor ixracına qadağa qoymuşdu. Bəs indi Rusiyanı Azərbaycanın hansı addımları qıcıqlandırır?

Rusiya Abxaziya və Cənubi Osetiya məsələləri ilə bağlı hadisələr cərəyan edən zaman Gürcüstandan da şərab və mineral su idxalına qadağa qoymuşdu. Gürcüstanın cənub-şərqində yerləşən Abxaziya və Cənubi Osetiya Avropa Komissiyası tərəfindən Rusiya tərəfindən işğal edilmiş Gürcüstanın ərazisi kimi qiymətləndirilir.

Qısası, Rusiyanın özbaşınalığının, imperializm siyasətinin həddi-hüdudu yoxdur. Bütün dünyanın gözü qarşısında Krımı, Abxaziyanı, Cənubi Osetiyanı işğal etmiş bir dövlətdən söhbət gedir.

Siyahı davam edir: Rusiya Dnestryanı ərazilərlə bağlı Moldovadan idxal olunan məhsullara da qadağa tətbiq etmişdi.

Bəs maraqlı olan nədir? “Dnestryanı respublika”nın müstəqilliyini dünyada heç bir dövlət tanımayıb. Yalnız qondarma “Dağlıq Qarabağ respublikası”ndan, Cənubi Osetiyadan və Abxaziyadan başqa. Məncə, çox maraqlı nüansdır və məsələ aydındır: Rusiyanın müstəqil dövlət kimi elan edə bilmədiyi yalnız Qarabağ qalmışdı. Hətta Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu və Suriya kimi dövlətlər Abxaziyanın “müstəqilliyini” tanımışdı. Görünən budur ki, Rusiyanın gələcək planlarında həlli mümkünsüz olan başqa amillər dayanır.

Putin “Qarabağ Azərbaycanın tərkib hissəsidir” dedi. O zaman Rusiyada Azərbaycanın ərazi suverenliyinə təhdid yaradan hansı qüvvələrdir? Digər tərəfdən, Rusiya dövlət başçısının öz fikirlərini Quran ayələri kimi də qəbul etmədiyi də zaman-zaman təsdiqini tapıb.

Rusiya sülhməramlıları xəritəni hansı əsasla “yeniləyiblər”? Ümumiyyətlə, onlara bu səlahiyyəti kim verib? Çaylaqqala və Tağlar kəndi ətrafına “sərhəd” çəkmək Azərbaycanın ərazi suverenliyinə hörmtəsizlikdir. Bu, “sülhməramlı” adı altında işğal siyasətini ortaya qoymaq niyyətindən başqa bir şey deyil.

Şübhəsiz ki, Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarına qoyduğu qadağalarla mesaj verir. Gələcəkdə ciddi sanksiyaların verilə biləcəyi anonsunu ünvanlayır.

Rusiya 10 noyabr razılşamasından irəli gələn tələblərin şəksiz yerinə yetirilməsinə təminat vermişdi. Bəs indi bu razılaşmaya zidd olan hansı addımları atır:

- “Sülhməramlılar” özbaşına xəritələr “yenləyib”, “sərhədlər” müəyyənləşdirirlər

- Dağlıq Qarabağda ermənilərin məskunlaşmasını süni şəkildə sürətləndirir

- İşağldan azad edilən kəndlərdə, meşələrdə erməni terrorçularını zərərsizləşdirməkdə maraqlı görünmür

- Ermənilərin infrastruklarının bərpasına dəstək olur

- “Sülhməramlılar” erməni məktəblərində şagirdlərlə, əhali ilə görüşlər keçirirlər

- Ermənilərin hər gün Rusiya “sülhməramlıları”na hər gün müxtəlif “hədiyyə”lər verirlər

- Rusiya mülki erməni əhalisini silahandırır

- “Sülhməramlılar” meşələrdə gizlənən erməni terorçularını sadəcə səsgücləndirici mikrofonlar vasitəsilə deşiklərdən çıxmağa səsləyir

- Ardınca Rusiya və Ermənstan mediası meşələrdə gizlənən erməni terrorçularını “qəhrəman partizanlar” kimi təqdim edirlər

- Noyabrın 26-da və dekabrın 8-də terrorçular hücum edirlər, bir neçə şəhid veririk

- Ermənistan Müdafiə naziri Rusiyada olarkən Hadrutda təxribatlar başlayır 

Bəs Rusiyanı narazı salan, qıcıqlandıran hansı amillərdir?

 - 44 günlük müharibə zamanı Azərbaycanın Ermənstanı məğlub edib daha da zəiflədərək Rusiya üçün əhəmiyyətsiz bir dövlət halına gətirməsi

 - Regionda formalaşan yeni güclərin mərkəzində Rusiyanın bundan sonra “nüvə” rolundan çıxış etməsinin çətinləşməsi

- Azərbaycanın müstəqil xarici siyasətinin təsir dairəsinin genişlənməsi

- “Sülhməramlılar” adı altında işğal etdiyi digər ərazilər kimi Dağlıq Qarabağın gələcək taleyi ilə bağlı əlində “kart” saxlama imkanlarının günbəgün tükənməsi və bunun mümkünsüzlüyü

- Azərbayca-Türkiyə münasibətlərinin kuliminasiya nöqtəsinə çatması

- Azərbaycanın Qarabağda geniş anti-terror əməliyyatlarına başlamasının tam mükünlüyü və bu reallığın hər dəqiqə artması

- Qarabağda birmənalı şəkildə Azərbaycan qanunlarının işləməsinin alternativi olmaması və Azərbaycanın buna alternativ heç bir situasiya yaratmamaq kimi qətiyyətli mövqedə durması

- Qaz dəhlizi ilə bağlı öz istəklərinin təmin olunmasına nail olmaq və s. 

Artıq dünya dəyişib, elə region da… Normal, sivil və iqtisadi inkişafa yönəlmiş birgə addımların atılması üçün tarixi şərait də yetişib. Yox əgər Rusiya bunu dəyərləndirmək niyyətində deyilsə, bizim itirəcəyimiz bir məsələ yoxdur. Rusiyanın bölgədəki imici də ciddi zərbə altına düşəcək, daha özünü bərpa etmək kimi bir avtoriteti də qalmayacaq, Ermənistan da ən sərt formada adekvat cavablar alacaq. Başqa yolu yoxdur.

Samir FEYRUZOV

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR