Xankəndidəki 250 rus hərbçisi kimi kimdən qoruyur?

26 dekabr, 2020 11:17

“Cəmi 6 həftədən də az müddətdə hər şey dəyişdi. Sentyabrın 27-də başlayan döyüş əməliyyatları erməni qüvvələrinin məğlubiyyəti və 10 noyabr Moskva razılaşmasının imzalanması ilə yekunlaşdı. Dağlıq Qarabağ ətrafında yerləşən və 1994-cü il atəşkəsinə qədər Ermənistan tərəfindən işğal olunan ərazilər Azərbaycanın nəzarəti altına qayıtdı, üstəlik özünü müstəqil elan edən erməni anklavı da az qala eyni aqibəti yaşayacaqdı. Bu ssenarini ancaq Rusiya qüvvələrinin müdaxiləsi dayandırdı”,- qəzet yazır.

“Le Monde” qəzetinin yazdığına görə,  bu vaxta qədər hesab edilirdi ki, erməni ordusu effektivdir və motivasiyalıdır, əraziyə daha yaxşı bələddir, daha əlverişli mövqelərdə möhkəmlənib. 

“Bununla belə Azərbaycan son illərdə heyrətamiz hərbi arsenal cəmlədi və münaqişəyə birbaşa müdaxilənin həndəvərində olan ölkənin-Türkiyənin dəstəyi ilə diqqətlə əməliyyata hazırlaşdı. Müharibənin başlamasından əvvəlki 11 ay ərzində Bakı Ankaradan 256 milyon dollarlıq silah, o cümlədən altı “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi aldı. Nəticədə o, Türkiyənin o cümlədən Suriyada tətbiq etdiyi texnoloji nailiyyətlərdən və təcrübədən istifadə edə bildi”,- məqalə müəllifləri İzabel Mandro və Maced Zarruki yazır.

Tapılan partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları, bütün lazımi təhlükəsizlik tədbirləri ilə yerindəcə məhv edilir.

Xankəndi ətrafının minalardan təmizlənməsi haqda xəbərlər diqqət çəkir. Çünki 29 ilə yaxındır Xankəndi və ətraf rayonlar erməni işğalı altında olub və o zaman şəhər ətrafının niyə minalanması haqlı sual doğurur. Sözügedən əraziləri Azərbaycan tərəfi məntiqlə heç vaxt minalaya bilməzdi. 

Ermənilər də uzun illər işğal zonasında kefləri istədikləri kimi gəzib-dolaşdıqlarından “öz ayaqlarının altını” minalaması məntiqsiz görünərdi. O halda anlaşılan budur ki, ermənilər müharibə başlayandan, bəlkə də artıq Şuşa işğaldan azad edildikdən sonra Xankəndi ətrafını özləri minalayıblar.

Ya da mina yoxdur, sadəcə Rusiya sülhməramlıları bölgədə iş apardıqlarını göstərmək, ermənilərə xidmət etdiklərini dünyaya nümayiş etdirmək üçün "axtarış" həyata keçirirlər.  

Rusiya sülhməramlılarının neçəsinin Xankəndi şəhərində yerləşməsi də maraqlı suallardan biridir. Rusiya rəsmi mənbələri bu rəqəmin 250 nəfərlik heyətdən ibarət olduğunu deyir.

Bu yaxınlarda Xankəndində 250 nəfərlik sülhməramlı kontingent üçün blok-modullu şəhərciyin tikintisi başa çatıb. Şəhərcik idman zalı, zabit evi, hamam, tibbi yardım məntəqəsi, yeməkxana, mətbəx, silah saxlama otağı və s.ibarətdir. Şəhərcikdən +35 və -45 dərəcə arasın açıq hava temperaturunda istifadə edilməsi mümkündür.

Qeyd edək ki, Xankəndində hələ də Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanmır. Orada Rusiya və Ermənistanın bayraqları ilə yanaşı, separatçıların rəmzi asılıb. Bu isə öz-özlüyündə çox mətləblərdən xəbər verir...

Odur ki, təbii olaraq sual yaranır: qərargahı Xankəndində yerləşən Rusiya sülhməramlıları kimi kimdən qoruyur?

Rusiya sülhməramlı kontingentinin nəqliyyat vasitələri və zirehli texnikaları üçün qaraj Xocalıda işə başlayıb. Burada nəqliyyat və hərbi texnikanın vəziyyətinin izlənməsi, texniki qulluq və təmir işlər aparılacaq.

6 min kvadratmetr ərazidə 360-dan çox avadanlıq yerləşdirmək mümkündür. Burada yanacaqdoldurma məntəqəsi və zirehli texnika üçün qaraj da var. Parkın texniki təchizatı gündə 10-dan çox avtomobil və zirehli texnikanın təmirinə imkan verir.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib