Araik Arutyunyan Rusiyaya niyə lazımdır? - TƏHLÜKƏLİ PLAN

26 dekabr, 2020 15:44

Qarabağda həyata keçirilən müxtəlif təxribatların arxasında ciddi və təhlükəli məqamlar dayanır. Rusiya mürəkkəb oynayır. Qarabağdakı Rusiya sülhməramlıları özbaşına deyil və sülhməramlıların gündəlik bütün məlumatları Moskvaya ötürülür. Bütün bu məlumatları Rusiya Müdafiə Nazirliyi ələkdən keçirib rəsmi formada dərc edir. Rusiya prezidenti Putin Müdafiə naziri Sergey Şoyqunun təqdimatı ilə bu işə general Konaşenkonu təhkim edib. Konaşenko isə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiyalar Departamentinin rəhbəridir.

 O zaman sual olunur:

1. Rusiya sülhməramlılarının komandanı R.Muradov Araik Arutyunyanla birlikdə qondarma “dqr”-in bayrağının qaşırısında özbaşına şəkilə çəkdirə bilərmi? “dqr” nə üçün tərəf kimi qəbul olunur?

2. Sülhməramlıların Moskvaya ötürdüyü xəritə məlumatları Rusiya MN-nin rəsmi saytında özbaşına dərc edilə bilərmi?

3. Sülhməramlılar Xankəndidə orta məktəblərdə - Rusiya və “dqr”-in bayrağının olduğu sinif otağında şagirdlərə və müəllimlərə minalardan, partlayıcı obyektlərdən qorunmağın yollarını öyərdirlər, təhlükəsizlik tədbirləri ilə bağlı dərslər keçirlər. Sülhməramlılar bütün bunları rəsmi Moskvanın icazəsi olmadan edə bilərmi?

Rusiyadan müxtəlif səlahiyyətli şəxslərin dilindən səslənən təhlükəli və ziddiyətli fikir: “Qarabağın statusu ilə bağlı məsələ gələcəkdə müzakirə oluna bilər...”.

A.Arutyunyan son vaxtlar Rusiyaya daha çox yaxınlaşmaqdadır. Sanki Ermənistanla olan əlaqələri qismən arxa plana keçib. A.Arutyunyan bir müddət sonra Rusiyanın vassalı rolunda çıxış edəcək. Hətta rəsmi Yeravanın A.Arutyunyana təsir imkanları da azalacaq.

Səbəb nə ola bilər?

Rusiya 2022-2023-cü illərə hazırlaşır.

Birincisi, bir müddət sonra A.Arutyunyanın Ermənistan hökuməti ilə əlaqələri pisləşəcək. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bu məsələdə Rusiya dəst-xətti müşahidə olunacaq.

İkincisi, Xankəndidə yaşayan erməni əhalisində Rusiya “xilaskar” kimi təqdim olunacaq. Rusiyadan alınan təlimatlar əsasında bunu ictimai şüur və tələb formasına A.Arutyunyan gətirəcək.

Üçüncüsü, kiçik və süni insidentlər yaradılacaq və əhalidə Rusiyaya çağırış, imdad meylləri bərpa olunacaq.

Dördüncüsü, erməni əhalidə Ermənistan hakimiyyətinə qarşı nifrət hissi yaradılacaq və ermənilər Rusiyadam imdad istəyəcəklər

Beşincisi, Qısa müddət ərzində A.Arutyunyan Ermənistanla olan pis münasibətlərini bu dəfə daha sərt ittiham şəklində səsləndirəcək. Rusiya sülhməramlıların missiyası başqa sferaya qədəm qoyacaq. Natella Akabadan (Abxaziya) fərqli olaraq, Arutyunyan Rusiya hərbi bazalarının salınmasının vacibliyini bildirəcək.

Altıncısı, Rusiyanın “münaqişə diplomatiyası”nı işə salmağa çalışacaq, “dqr”-in “müstəqilliyi”nin tanınması ilə bağlı Nauru, Nikaraqua, Vanuatuya və Fransaya çağırışlar olunacaq.

Bütün bunları nəzərə alaraq, Rusiya qarşısında tələb qoyulmalıdır:

Bundan sonra Qarabağın gələcək statusu ilə bağlı səsləndirilən fikirlər birdəfəlik dayandırılsın. İlham Əliyev qalib ölkənin Prezidenti kimi statusun olmayacağını açıq şəkildə dəfələrlə bəyan edib. Ermənistan məğlub ölkə kimi hərbi kapitulyasiyaya imza atıb. Azərbaycanın suverenliyinə təhdid yaradan çağırışlara son qoyulmalı, Rusiyanın gələcək planları üçün sülhməramlılardan “zəmin yaradan amil” kimi istifadə olunmamalıdır.  

Digər tərəfdən, Azərbaycanın 2021-ci il üçün hərbi və təhülkəsizlik xərclərinin artırılması müsbət tendensiyadır. Ordu quruculuğu daha sürətli şəkildə və həyata keçirilməli, Qarabağda monolit iqtisadi dayaqlar yaratmaq lazımdır.

Samir FEYRUZOV 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR