"Qarabağdakı qanunsuz qurumlar və silahlılar problemi təcili həllini tapmalıdır" - rusiyalı hərbi analitik

29 dekabr, 2020 00:20

“Qarabağ müharibəsinin bitməsi haqda Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli bəyannamənin müddəalarının aradan ay yarım keçməsindən sonra konkretləşdirilməsinə ehtiyac var. Xüsusən də söhbət İrəvanın Azərbaycan ərazisində yaratdığı strukturların taleyindən gedir, çünki ağır silahlara və bütün hərbi infrastruktura malik erməni hərbçiləri hələ də oradadır”.

Bu barədə tanınmış rusiyalı hərbi icmalçı Pavel Felgenhauer erməni qanunsuz silahlarının Azərbaycanın Xocavənd bölgəsində hərbçilərimizə növbəti xain hücumunu şərh edərkən deyib.

“Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat məzmunca çox qısadır, çünki sürətli bir rejimdə qəbul olunub və buna görə də artıq konkretləşdirilməsinə ehtiyac yaranıb. O sırada Qarabağ bölgəsinin azad edilməmiş ərazilərində qalan erməni silahlı qüvvələrinin aqibəti orada əksini tapmayıb. Əgər Ağdam, Kəlbəcər və Laçın rayonlarından Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin müəyyən müddət ərzində geri çəkilməli olduqları açıq şəkildə bildirilirsə, bu silahlılar haqda məlumat yoxdur. Halbuki orada hələ də heç kəs tərəfindın tanınmayan bir rejimdə “prezident”, “parlament”, “özünü müdafiə ordusu” öz mövcudluğunu saxlamağa davam edir”, - deyə Felgenhauer qeyd edib (Qarabağdakı saxta strukturları seçdirmək üçün əlavə edilən dırnaqlar bizimdir - red).

Onun sözlərinə görə, tərəflər artıq bu ərazidəki silahlı ermənilərlə nə etmək barədə qərar verməlidir:

“Özlərinin dediyi kimi, orada könüllülər, Ermənistanın silahlı vətəndaşları var, silahlı yerli əhali var. Qarabağdakı ermənilərdə kifayət qədər çox sayda silah qalıb. Söhbət təkcə Kalaşnikov avtomatlarından yox, həm də ağır silahlardan, hərbi infrastrukturdan və qərargahlardan gedir. Bütün bunlarla nə etməli? Danışıqların növbəti istiqaməti bu olmalıdır”.

Hərbi ekspert hesab edir ki, həmin insanların ətrafında kordon kimi dayanan Rusiya sülhməramlıları yalnız müşahidə funksiyalarını yerinə yetirir: 

“Üçtərəfli bəyanata görə, onlar nə silahdan istifadə etmək səlahiyyətlərinə, nə də imkanlarına malikdirlər. Bu, kiçik bir hərbi kontingentdir və heç ağır silahları da yoxdur. Onlar BMT Nizamnaməsinin 5-ci maddəsinə uyğun şəkildə sülhməramlı qismində çıxış edirlər. Yəni yalnız nəzarət edə, ərazini tərk etmək və ya silahı təhvil vermək istəməyənlərlə yalnız danışıqlar apara və bu barədə müvafiq məruzələr hazırlaya bilərlər”.

Hərbi icmalçının qənaətincə, hazırda Qarabağda sadəcə, Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında yeni təmas xəttində atəşkəs rejimi müəyyənləşdirilib. “Uzunmüddətli perspektivdə necə hərəkət ediləcəyini isə yeni danışıqlarla müəyyənləşdirmək lazımdır. Ona görə ki, məsələn, Rusiya sülhməramlıları öz məsuliyyət zonalarında polis funksiyalarını yerinə yetirmir. Qarabağın gələcəyinin dəqiqləşdirilməsi məsələsi həll edilməlidir. Müharibə bitdikdən sonrakı ilk ayda bu elə də aktual deyildi, amma artıq ciddi şəkil almaqdadır”, - deyə o əlavə edib. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR