Londondakı təhlil mərkəzindən 2021 üçün ilginc proqnozlar: "Azərbaycan və Ermənistan..."

02 yanvar, 2021 13:13

London Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) dünya siyasətinin 2021-ci ildə özünü necə göstərəcəyi ilə bağlı öz proqnozlarını dərc edib.

Musavat.com Korrespondent.net-ə istinadən “beyin mərkəz”inin nəticələrini təqdim edir.

Dünya güclərinin mübahisələri

Koronavirus pandemiyası 2020-ci ildə digər problemləri kölgədə qoysa da, hələ ki, heç yerə getməyib. Narahatlıq doğuran ilk növbədə dünya gücləri arasında artmaqda olan gərginlikdir. ABŞ-Çin münasibətləri 60-cı illərdən, Rusiya ilə əlaqələri isə 80-ci illərdən bəri ən pis dövrlərini yaşayır.

Çinlə Hindistan arasındakı vəziyyət 1975-ci ildəki kimi, yenə təhlükəlidir. Donald Trampın dörd illik prezidentliyindən sonra, II dünya müharibəsinin bitməsindən bəri ilk dəfə Avropa ilə ABŞ arasındakı münasibətlərdə belə bir böyük miqyasda qeyri-müəyyənliyi hökm sürür.

Jo Baydenin ABŞ-da hakimiyyətə gəlməsi ilə Avropa-Amerika münasibətləri yenidən yaxşılaşmalıdır. Ən azından, aradakı atmosfer gümrahlaşmalıdır. Qalan dünya gücləri arasındakı münasibətlərə gəlincə, IISS parlaq perspektiv görmür.

Avantürizm hələ də dəbdədir

Proqnozlara görə, Azərbaycanla Ermənistan, Rusiya və Ukrayna arasında da gərginlik mümkün görünür. Keçmiş dönəmlərdə ABŞ-ın dominantlığı bir çox münaqişələrin az və ya çox dərəcədə yumşaq təzyiq yolu ilə böyüməsinin qarşısını alırdı. Ancaq qurumun proqnozlaşdırdığına görə, bu dominantlıq hətta Baydenin rəhbərliyi altında da geri dönməyəcək – hansı ki, xarici siyasətə köklənməzdən öncə “daxili siyasi yaraları sağaltmalı” olacaq. Bundan əlavə, ABŞ onun nüfuzuna uzun müddət zərər vuran pandemiya ilə mübarizədə öz zəif tərəflərini məlum etdi. Eyni zamanda, BMT-yə əsaslanan çoxtərəfli sistem son bir ildə sarsılmış oldu.

Çinin rolu

“Öz növbəsində Çin heç də “ABŞ-ın izi ilə getmir” – analitik materialda deyilir. Çin supergücə çevrilir, amma Birləşmi. Ştatlardan fərqli olaraq o, “möhkəm və dayanıqlı ittifaqlar yarada bilmədi”. Yeni İpək Yolu layihəsi ölkələr tərəfindən heç də Pekinin “ədalətli tərəfdaşlıq təklifi kimi yox, dünyanın bir çox yerində onun öz təsir gücünü artırmaq cəhdi kimi” başa düşülməkdədir.

Çinin “cəlbedici, bəzən də aqressiv davranışı” Şərqi Asiyadakı qonşularından tutmuş, Avropa, Afrika və Cənubi Amerikaya qədər, bir çox yerlərdə ona qarşı rəğbəti bahasına başa gəldi. Çinin Honq-Konqdan Tibetə və Sincana - müsəlman uyğurların yaşadığı bölgəyə qədər “öz ərazisində vintləri sıxmaq” üçün pandemiyadan istifadə etməsi də diqqətdən qaçmayıb. SRF-in qeyd etdiyi kimi, getdikcə daha az ölkə Çini dostcanlı dünya dövləti kimi görməkdədir.

Rəqəmsal çəkişmələr

Lakin Qərbin geosiyasi xəritədəki yeri hərbi yolla müəyyən olunmayacaq. IISS mütəxəssisləri “Böyük Rəqəmsal Oyunları” proqnozlaşdırırlar. Bu oyunda hələ ki, qaydalar yoxdur və iştirakçılar hələ çox kobuddurlar və qalib də hələlik müəyyənləşməyib.

Bir şey dəqiqdir: “Dünya gücləri arasındakı qarşıdurma sülhün üzərinə ağır bir yük qoyur. Mövcud qarşıdurmaların həll yollarını tapmaq iqlim dəyişikliyi və ya pandemiyaya qarşı ümumi yanaşmalar qədər çətindir”.

IISS-ə görə, 2021-ci ildə geosiyasi gərginliyin daha da güclənəcəyi ehtimal olunur. Bu təhlükəlidir, çünki zaman-zaman belə gərginlik yalnız “ildırım və şimşək çaxmaqla” boşala bilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR