Qarabağda yeni müharibə başlaya bilərmi? - Bu dəfə bütün Cənubi Qafqazı…

13 yanvar, 2021 10:30

“Dağlıq Qarabağla bağlı sülh prosesi başlayıb”. Münaqişələrlə bağlı Caucasus Edition jurnalının keçirdiyi onlayn müzakirədə region üzrə şərhçilər belə nəticəyə gəliblər.

Sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri, 1990-cı illərdə Ermənistan xarici işlər nazirinin müavini olmuş erməni əsilli amerikalı alim Jirayr Libaridyanın sözlərinə görə, hazırki sülh prosesinin düsturu Rusiyanın iki tərəfi bir araya gətirməsi və onlara nəyin mümkün olduğunu göstərməsindən ibarətdir.

O, ermənilərin" xeyrinə olmayan" sülhün onların istəklərindən asılı olmayaraq mövcud olacağına inanır. Lakin o həmçinin sual edir ki, Azərbaycan hökmran ritorikasındən əl çəkərək, Qarabağı idarəetmə ritorikasına sahib olacaqmı, təhlilçiyə görə, bu, sülhə aparan yol ola bilər.

Libaridyan deyir ki, sülh üçün yeni müharibə istəməyən və 10 noyabr Bəyanatını anlayan Ermənistan hökuməti lazımdır.

Onunla razılaşan Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev əlavə edib ki, daha çox dialoqa ehtiyac var və bu prosesə BMT kimi beynəxalq qurumlar da qoşula bilər.

Şərhçilərə görə, tərəflər Rusiya vasitəsilə başlanan prosesə əməl etsələr də, vasitəçisiz, birbişa fəaliyyət göstərməli, indi danışmalı, birgə yaşamağı öyrənməlidirlər, "çünki əks halda gələcək gəlməz".

Təhlilçilər 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən müharibəyə gətirən bu münaqişənin niyə başqa həll yolu olmamasına da diqqət yetiriblər. Jirayr Libaridyan münaqişəni Birinci Qarabağ müharibəsindən bəri nizamlamağa çalışan ATƏT-in Minsk qrupu ilə bağlı deyib ki, o, "qeyri-effektiv" olub.

Libaridyana görə, Rusiyanın Qarabağ münaqişəsi barədə nə istədiyi aydın deyil - Rusiya Cənubi Qafqazda daha çox nəzarətə malik olmaq istəsə də və bu regionun NATO və Qərbə daha az yaxınlaşmasını istəsə də, Azərbaycan və Türkiyənin harada olmaq istədikləri barədə suallar ortaya çıxır.

Hazırki vəziyyətdə isə Fransa və ABŞ-ın rolu münaqişənin həllində azalsa da, Rusiya ATƏT-in Minsk qrupunun fəaliyyətini davam etməsinə narazılıq etməyəcək, təhlilçi qeyd edib.

Zaur Şiriyev isə söyləyib ki, Minsk qrupu vasitəçi kimi deyil, Bakı və Yerevana mesajları çatdıran "carçı kimi" fəaliyyət göstərib və yeni ideyalar verməyib. Gözləntilər fərqli olub.

O həmçinin qeyd edib ki, müharibənin 90-cı illərdəkinə nisbətən daha dağıdıcı olduğu güman edildiyindən heç kim ciddi şəkildə buna getməyib, bu səbəbdən Azərbaycan üçün bu münaqişənin həllinə uzun müddət tələb olunub.

Yeni müharibə ola bilərmi?

Münaqişələrin Həlli Mərkəzində proqramlar üzrə direktor Filip Qamağelyan isə gələcəkdə üçüncü müharibənin olacağından narahatlıq bildirib. Onun sözlərinə görə, o, daha dağıdıcı ola bilər. Qamağelyan qeyd edir ki, qızışdırıcı ritorika hələ də qalmaqdadır.

Təhlilçilərə görə, yeni müharibə artıq Qarabağ uğrunda deyil, bütün Cənubi Qafqazı əhatə edə bilər. Zaur Şiriyev ona cavabında qeyd edib ki, [Azərbaycanın -red.] Ermənistana qarşı ərazi iddiaları yoxdur və qonşu ölkə barədə ifrat fikirlər əsasən sosial mediadadır.

Sərhədlərdə demarkasiya prosesinin aparılması və Qarabağın statusu məsələsində Azərbaycanın minimalist yanaşmasını dilə gətirən təhlilçi Bakının danışıqları belə başladığını qeyd edib.

Jirayr Libaridyan diqqəti 10 noyabr Bəyanatına çəkərək onu belə səciyyələndirib ki, ATƏT onun imzalanmasında iştirak etməyib və onu hərbi deyil, siyasi liderlər imzalayıb. Hərçənd ki, Libaridyanın təbirincə, o, hərbi əməliyyatları dayandırmaqdan əlavə naliyyətlərə səbəb olsa da, münaqişənin nizamlanması məsələsini həll etmir.

O, Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması məsələsinin danışıqlar masasından kənar olduğunu dilə gətirir və deyir ki, DQ erməniləri üçün azlıq statusu və ya hansısa muxtariyyət məsələləri ortaya çıxa və müzakirə mövzusu ola bilər. /BBC Azərrbaycan

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR