Azərbaycanın qazandığı siyasi divident  - Rusiyadakılar imzalanan sənəddən məmnun qalmayacaq

21 yanvar, 2021 21:24

"Azərbaycan və Türkmənistan müstəqilliklərini qazandıqdan sonra iki ölkə arasında münasibətlər gərgin idi. Azərbaycan neftçiləri 1989-cu ildə Xəzər dənizində neft yatağı aşkar etdilər. Azərbaycan neftçiləri bu yatağın adını “Kəpəz” qoydular. Ancaq SSRİ 1991-ci ildə dağıldıqdan sonra Türkmənistan bu yatağın Xəzərin ona aid olan hissəsində olduğunu bildirdi. Türkmənistan həmin yatağa “Sərdar” adını verdi. Bu iki dövlət arasında mübahisəyə səbəb oldu".

Azsiyasət.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

"Azərbaycanla Türkmənistan arasındakı mübahisə həm də Xəzərin statusuyla bağlı idi. Azərbaycan Rusiya və Qazaxıstanla Xəzər dənizində müəyyənləşdirdi və müvafiq sənədlər imzalandı. Ancaq Xəzərin statusu müəyyənləşsə də, Azərbaycan Türkmənistanla sərhəddi müəyyələşdirə bilmədi.

Bir neçə il əvvəl Bakı ilə Aşqabad arasında danışıqlar intensivləşdi. Rəsmi Bakı Aşqabada təklif etdi ki, Xəzərdəki “Kəpəz” (“Sərdar”) yatağı birgə istismar edilsin. Nəhayət Aşqabad bu formula razılaşdı. 21 yanvarda iki dövlət arasında imzalanan memorandum tarixi hadisədir.

Birincisi, Azərbaycan və Türkmənistan yeni yatağa “Dostluq” adını qoydular. Hər iki dövlət bu yatağı birgə işlədəcək və gəriləri bölüşəcəklər.

İkincisi, bu yataqdan əldə edilən neft və qaz Azərbaycan üzərindən Türkiyə və Avropa ölkələrinə nəql ediləcək.

Üçüncüsü, yataqla bağlı razılaşmadan sonra Bakı və Aşqabad Xəzər dənizində sərhədlərini də müəyyənləşdirə bilərlər. Bundan sonra iki ölkə arasında sonuncu mübahisə də həll olunacaq.

Dördüncüsü, sərhədlə bağlı sənəd imzalanandan sonra Azərbaycanla Türkmənistan Xəzərin dibi ilə boru xəttinin tikintisi danışıqlarına da başlaya bilərlər. Bu hamının xeyrinədir. Azərbaycan, Türkiyə və Avropa İttifaqı Türkmənistan qazının TAP və TANAP boru xətləri ilə daşınmasını istəyirlər. Bu həmin boru xətlərinin daşınma həcmini artıracaq. Bundan sonra TAP və TANAP Rusiyanın “şimal axını” və “türk axını” boru xətləri ilə rəqabət apara biləcək.

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı (“Kəpəz” – “Sərdar”) ilə bağlı danışıqlar məxfi aparılırdı. Doğru strategiya idi. Çünki Bakı və Aşqabad xarici qüvvələrin sənədin imzalanmasına mane ola biləcəklərindən ehtiyat edirdilər. Rusiyadakı mərkəzlər imzalanan sənəddən məmnun qalmayacaqlar. Çünki həmin mərkəzlər Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan və Türkiyə üzərindən Avropa ölkələrinə daşınmasına qısqanc yanaşırlar.

“Dostluq” yatağı ilə bağlı memorandumun müharibədən sonra imzalanması Azərbaycana əlavə siyasi divident də qazandırdı. Azərbaycan həm müharibədə qələbə qazandı, həm də dostlarının sayını artırdı. Azərbaycan Türkmənistanla ittifaq yaradır. Bu ittifaqda Türkiyə və Əfqanıstan da maraqlıdırlar", - deyə politoloq şərh edib..

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR