Ermənilərin Qarabağa səfəri: Proses necə aparılmalıdır? - ŞƏRH

18 fevral, 2021 12:12

Ermənistan vətəndaşlarının Azərbaycan ərazilərinə səfərinin hansı sənədlər və qanunlar əsasında həyata keçirildiyi hələlik məlum deyil. Azərbaycan Xarici İşlər Nazirliyi həmin ərazilərə xarici vətəndaşların səfərinin tənzimlənməsi ilə bağlı suallara hələ ki, cavab verməyib.

Bəs Ermənistan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri necə tənzimlənməlidir?

Mövzu ilə bağlı bakupost.az-a danışan sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirib ki, beynəlxalq təcrübə ilə götürsək, sülhməramlı əməliyyatlar və sülhməramlı fəaliyyət qəbul edən ölkənin suverenliyi məhdudlaşdırılmır:

“Bu baxımdan təhlükəsizlik üçün orada Laçın dəhlizində Azərbaycanın kontrolu addım-addım bərpa olunmalıdır. İlkin mərhələdə sərhədçilərimiz sülməramlılarla birgə xidmət göstərə bilərlər. İkinci mərhələdə isə tam şəkildə Azərbaycan dövlətinin kontrolu bərpa olunmalıdır. Yəni beynəlxalq təcrübə buna heç bir məhdudiyyət qoymur və məsələ bu şəkildə birmənalı olaraq həll olunmalıdır. Ona görə də ermənilərin işğaldan azad edilmiş ərazilərə səfəri birbaşa Azərbaycanın nəzarəti və icazəsi altında aparılmalıdır”.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov isə qeyd edib ki, Ermənistan vətəndaşlarının Qarabağa bu cür səfərləri hələ davam edəcək:

“Görünür, nəzarət məsələsində tam bir nöqtə qoyulmayıb. Halbuki, Rusiya sülhməramlıları orada dəhlizdədir. Təbii ki, sülhməramlılar onları formal şəkildə yoxlayırlar – silah olmasın, maşınlar, yaxud digər avadanlıqlar qayda-qanun ilə aparılsın. Bu heç də o demək deyil ki, ermənilərin Azərbaycan torpaqlarına səfəri qanunsuz olmalıdır, Azərbaycanın icazəsi olmadan həyata keçirilməlidir. Ona görə də düşünürəm ki, bu müvəqqəti prosesdir. Bir neçə gün əvvəl keçmiş fransalı merin rəhbərliyi ilə bir qrup əcnəbi jurnalist və ictimai xadim Xankəndiyə yola düşüblər. Lakin Rusiya sülhməramlıları onları Laçın dəhlizində saxlayıb və Azərbaycana buraxmayıblar. Çarəsiz vəziyyətdə qalan nümayəndə heyəti Yerevana qayıdıb. Ermənistan vətəndaşlarına da bu cür sədd qoyulmalıdır. Onlarla sərt rəftar etməliyik, nəzarətimizi gücləndirməliyik. Azad olunmuş ərazilərdə artıq rəsmi nümayəndələrimiz, ordu hissələrimiz var, bir sıra strukturlarımız da fəaliyyət göstərir. Təbii ki, daha bir ciddi nəzarət ortaya qoya bilərik. İnanıram ki, bu, müvəqqəti xarakter daşıyan proses olacaq. Hər şey qaydasına düşdükdən sonra Ermənistan vətəndaşlarının səfərinə özümüz güclü nəzarət edəcəyik. Əks halda, bunu sərhədlərin pozulması kimi qələmə vermək olar. Bundan irəli gələrək, həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etmək olar”.

 

Qeyd edək ki, bazar günü 15 erməni zəvvar Kəlbəcər ərazisindəki Xudavəng monastır kompleksini ziyarət edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əldə edilən razılaşmalar nəticəsində Azərbaycan hərbçiləri zəvvarların rus sülhməramlılarının müşayiəti ilə kompleksə getməsinə icazə verib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR