Ermənilər rus dilini "ikinci dövlət" dili kimi tanıyır: Rusiya mövqe savaşına başlayıb - TƏHLİL

19 fevral, 2021 16:22

Dağlıq Qarabağ separatçılarının rus dilini “ikinci dövlət” dili kimi tanıması kifayət qədər ciddi və müzakirə olunması vacib olan məsələdir.

Rus dilinin “ikinci dövlət” kimi tanınması ilə bağlı sənəddə qeyd olunur: “Rusiya sülhməramlılarının Artsaxda ( Dağlıq Qarabağda – S.F) uzunmüddətli iştirakı, çoxsaylı sosial və kommunikasiya problemlərinin birgə həll edilməsinin zəruriliyi, tikinti, səhiyyə, təhsil və elm sahələrində əməkdaşlıq rus dilinin rolunun yenidən qiymətləndirilməsini tələb edir”.

Göründüyü kimi, ermənilər qərarın qəbul edilməsini tarixi zərurət kimi qiymətləndirirlər. Diqqətçəkən çəkən məqamlardan biri qondarma rejimlə Rusiya arasındakı “təhsil və elm sahələrindəki əməkdaşlıq...” məsələsinin qeyd edilməsidir.

Sənəddə “respublika”da (“dqr”) ofis işlərinin erməni dilində, lazım gələrsə rus dilində aparılacağı, iki dildə çap olunmuş nəşrlərin, dərsliklərin, məlumat kitablarının, elmi-metodiki və elmi-kütləvi ədəbiyyatın nəşrinin təşviq ediləcəyi də qeyd olunur. Bu da təsadüf deyil.

Nəzərə almaq lazımdır ki, Türkiyənin MHP sədri Dövlət Baxçalı öz vəsaitləri hesabına Şuşada məktəb inşaası ilə bağlı təklif irəli sürdü, onun bu təklifi Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən müsbət qarşılandı. Şuşada məktəb inşa ediləcək.

Bütün bu amilləri nəzər alaraq, şərh etmək olar:

- Rusiya mövqe savaşı aparır

- Rusiya Türkiyənin Qarabağda mövqeyinin möhkəmlənməsindən, Şuşada məktəbinin inşaası ilə bağlı məsələdən narahatdır

- Bu, Rusiyanın Dağlıq Qarabağı “mədəni işğal” layihəsinin tərkib hissələrindən biridir

- Ermənilərin başqa yolu yoxdur, özlərini Rusiyaya növbəti dəfə “sədaqətli” vassal kimi təqdim edirlər

- Rusiya Dağlıq Qarabağdakı resurslarını gücləndirir

- Gələcəkdə azərbaycanlılara qarşı baş verə biləcək təxribatlarla bağlı ermənilər bəribaşdan Rusiyanın çətiri altında sığortalanır

P.S. Gələcəkdə Dağlıq Qarabağ ətrafında baş verən bütün hadisələr təkcə Azərbaycan və Ermənistan arasında yox, həm də Rusiya və Türkiyə arasındakı hadisələr kimi qiymətləndiriləcək.

Samir FEYRUZOV 

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib