Səfir Qüdsi Osmanovdan diplomatik skandal: Ukrayna cinayət işi açdı - O, Krıma niyə səfər edib?

06 mart, 2021 11:37

Zaman-zaman müxtəlif qalmaqallarla yerli və xarici medianın əsas manşetinə çevrilən Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov bu dəfə diplomatik skandal yaradan addım atıb. Belə ki, Q.Osmanov Krıma qanunsuz səfər edib və buna görə də Ukrayna Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci və 2-ci bəndləri üzrə cinayət işi başladıb. Bu barədə Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri Prokurorluğu İstintaq Şöbəsinin rəis müavini Eqor Rebrovun imzaladığı rəsmi məktubda da bildirilir. Qeyd olunur ki, Q.Osmanov Rusiya Federasiyası tərəfindən işğal edilmiş Ukraynanın Krım Muxtar Respublikası ərazisinə qanunsuz səfər edərək Rusiya prezidenti Vladimir Putinin yanında dayanaraq Krımda keçirilən sambo yarışını seyr edib: “Ukrayna Baş Prokurorluğu da bu görüntüləri incələyib və ölkənin ərazi bütövlüyünə və suverenlik haqlarına hörmətsizlik edən Azərbaycan səfiri barəsində cinayət işi açıb”.

Səfir Q.Osmanovun Krıma səfəri və onun barəsində cinayət işinin başladılması Ukrayna-Azərbaycan münasibətlərinin bundan sonrakı perspektivləri və dövlətimizin imici baxımından kifayət qədər ciddi və narahatedici hadisədir. Çünki söhbət hansısa adi vətəndaşdan yox, Azərbaycanı Moldovada təmsil edən diplomatdan gedir.

Ağıla gələn ilk suallar isə bunlardır: Q.Osmanovun Ukraynaya səfərindən rəsmi Bakının xəbəri olubmu? Azərbaycan Xarici İşlər Nazirliyi səfirin bu addımın təqdir edirmi? Q.Osmanov Ukraynaya səfər edərkən Bakıdan icazə, yaxud tapşırıq alıbmı?

Diqqətçəkən məqamlardan biri: son günlər Ukraynanın cənub-şərqində seperatçılara qarşı anti-terror əməliyyatlarının aparılacağı ilə məsələ aktuallaşıb. Eyni zamanda, müharibədən sonra Qarabağda separatçılara qarşı anti-terror əməliyyatlatlarının başladılması əsas müzakirə mövzularından biridir. Bu məsələlərdə bir bağlantı ola bilər. Məsələn, Donbassda anti-terror əməliyyatları aparılsa, Ukrayna Qarabağ müharibəsində Azərbaycana necə siyasi dəstək vermişdisə, Azərbaycan da Ukraynaya eyni cür dəstək verməli olacaq. Hələ 2019-cu ildə Prezident İlham Əliyev və Zelenski arasındakı görüşdə çox mühüm məsələlər, eləcə də Ukraynanın cənub-şərqində baş verənlər müzakirə olunmuşdu. Əsas məqsədlərdən biri Ukrayna-Azərbaycan arasında diplomatik skandal yaradıb hər iki dövləti qarşılıqlı dəstəkdən məhrum etməkdir.

BİRİNCİSİ: Azərbaycanın vaxtilə işğalda olan torpaqlarına səfər edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin həbs edilərək 2017-ci ilin fevral ayında Azərbaycana gətirilmişdi. Müxtəlif ölkələrin vətəndaşları olan şəxslər Qarabağa qanunsuz səfər etdiklərinə görə Azərbaycan XİN tərəfindən “qara siyahı”ya salınıb, onlar arzuolunmaz şəxs elan olunublar. Hansı ölkənin vətəndaşı olmağından və daşıdığın vəzifədən asılı olmayaraq, dövlətlərin ərazi suverenliyinə hörmət etmək hər kəsin borcudur. Bu baxımdan Ukrayna Prokurorluğunun səfir Q.Osmanov barəsində cinayət işi başlatması təəccüb doğurmamalıdır.

İKİNCİSİ: Azərbaycanla Ukraynanı birləşdirən ortaq tale var: hər iki ölkə təcavüzə məruz qalmış ölkədir. Təsadüfi deyil ki, Azərbaycan Krımın Rusiyaya ilhaqını tanımır. Həmçinin, dünya dövlətləri və BMT 2014-cü ildə Rusiyaya qeyri-qanuni ilhaq edilən Krımı Ukrayna ərazisi kimi tanıyır. Eləcə də Türkiyə prezidenti Ərdoğan 2019-cu ildə həmkarı Zelenski ilə görüşündə Türkiyənin Krımın ilhaqını tanımadığını ən qabarıq şəkildə bəyan etmişdi.

ÜÇÜNCÜSÜ: Ukrayna XİN 2020-ci ilin martın yaydığı bəyanatda deyilirdi: “Ukrayna Xarici İşlər Nazirliyi 31 mart tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində baş tutumuş qondarma prezident və parlament seçkilərini qəti şəkildə qınayır. Bu qondarma seçkilər heç bir hüquqi nəticəyə malik deyil və beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Ukrayna növbəti dəfə Azərbaycan Respublikasının  suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir”. Azərbaycana qarşı belə açıq və qətiyyətli mövqeyə sahib olan dövlətin ərazi suverenliyinə hörmətsizlik qəti şəkildə yolverilməzdir və səfir Q.Osmanovun geri çağrılaraq məsələnin araşdırılması, onun cəzalandırılması ilk addımlardan biri olmalıdır.

DÖRDÜNCÜSÜ: Q.Osmanovun Krıma səfəri bilməyərəkdən atılan addıma, təsadüfə qətiyyən oxşamır. Bu zaman sual olunur, o, Krıma səfər etməklə Bakının, yoxsa, Moskvanın tapşırığını icra edib? Bu tapşırığın Bakı tərəfindən verildiyi inandırıcı görünmür. Deməli, Azərbaycan xüsusi xidmət orqanları üçün də bu məsələ ciddi şəkildə araşdırılmalıdır.

BEŞİNCİSİ: Q.Osmanov əgər Moskvanın tapşırığı ilə, yaxud təklifi ilə Krıma səfər edibsə, onlar bu addımın Azərbaycan-Ukrayna münasibətlərinə ciddi zərbə vura biləcəyinə hesablanmış addım olduğunu da bilməmiş deyillər. Son vaxtlar, xüsusilə də, 44 günlük Vətən müharibəsində Ukrayna-Azərbaycan münasibətlərinin daha dərin qardaşlıq müstəvisinə keçməsi kimlərisə ciddi narahat etməyə bilməzdi.

ALTINCISI: Ukrayna prezidenti Zelenski Krım türklərinin bayramlarını dəfələrlə təbrik edib, onların problemlərinin həlli üçün işçi qrupu yaradıb. Həmçinin, İ.Əliyev bir neçə il əvvəl İstanbulda Krım türkləri ilə görüşü olmuşdu.

YEDDİNCİSİ: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələlərlə bəyan edib, 44 günlük müharibədə ölkəmizə ciddi siyasi dəstək verib. Hətta Ukrayna vətəndaşları ölkəmizə dəstək məqsədilə aksiyalar da keçiriblər.

Bütün bu komponentləri nəzərə alaraq, səfir Q.Osmanovun Krıma səfəri ciddi şəkildə araşdırılmalıdır. Əks təqdirdə səfirin yalnış addımına rəsmi Bakının da şərik olduğu görüntüsü yaradıla bilər.

Ukrayna Müdafiə nazirliyi Baş Kəşfiyyat idarəsinin və Ukrayna Təhlükəsizlik Xidmətinin Q.Osmanovla bağlı məxfi araşdırma aparması da əldə olunan məlumatların siyahısındadır. Bu məsələ Ukrayna dövləti üçün ciddi və qeyd-şərtsiz məsələdir. Ona görə də Azərbyacan tərəfi məsələnin ciddiliyini nəzərə alıb Q.Osmanovla bağlı real addımlar atmalıdır. Belə məsələlərdə güzəşt olmamalıdır. Yadınızdadırsa, A.Lapşinə görə İsrail dövləti ciddi səylər ortaya qoydu, məsələ bir dövlətin digər dövlətdən üzr istəməsi həddinə qədər yüksək həddə gəlib çatmışdı. Mən demirəm ki, Azərbaycan Ukraynadan üzr istəməlidir, ancaq Azərbaycan ona əsl qardaşlıq sədaqəti nümayiş etidrən Ukraynaya öz dəstəyini bildirməli, səfirin yalnış addımına görə tədbirlər görülməlidir. Əsl utancverici məqam da elə budur: Q.Osmanov ciddi səhvə yol verib və bu yanlışı Azərbaycan dövləti düzəltməli olacaq.

Samir FEYRUZOV, Azsiyasət.com 

 

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi