Müharibədən sonra ilk irimiqyaslı təlimlər: Azərbaycan ordusu indi nəyə hazırlaşır...

11 mart, 2021 00:23

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Qeyd edək ki, bu Azərbaycan ordusunun 44 günlük müharibədən sonra keçiriyi ilk irimiqyaslı hərbi təlimlərdir. Və təlimlərin Müdafiə Nazirliyinin “xəsisliklə” açıqladığı ssenarisindən görünür ki, torpaqların işğaldan azad edilməsindən, şanlı Zəfərdən cəmi bir neçə ay keçməsinə baxmayaraq Azərbaycan ordusu döyüş qabiliyyətini müharibədə qazanılmış təcrübə də nəzərə alınmaqla daha da gücləndirməkdə, təkmilləşdirməkdədir. Bu da Azərbaycan ordusunun daha da gücləndirilməsi, müasir silahlarla təchizatının davam etdirilməsi barədə Ali Baş komandanın müharibədən sonra elan etdiyi hərbi-siyasi vəzifəyə uyğundur.

Məlumatda göstərildiyi kimi, təlimlərin bir hissəsi dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək. Bu baxımdan istisna deyil ki, poliqon qismində həm də işğaldan azad edilmiş ərazilərimiz seçilib. Təlimlərdə qarşıya qoyulan vəzifələr də yenidir və mühümdür. Belə ki, təlimlərdə qoşunlar terrorçu dəstələri, həmçinin qanunsuz silahlı qruplaşmaları zərərsizləşdirmək, anti-terror əməliyyatları aparmaq üzrə döyüş tapşırıqlarını yerinə yetirəcəklər.

Bəs təlimlərdə qarşıya qoyulan bu döyüş vəzifələri nə deməkdir, nədən xəbər verir?

Məsələ burasındadır ki, ordumuzun müharibədən əvvəl vaxtaşırı olaraq keçirdiyi irimiqyaslı hərbi təlimlərdə qarşıya qoyulan döyüş tapşırıqları və ssenari hücum əməliyyatları üzərində qurulmuşdu, torpaqların işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsinə hesablanmışdı. İndi isə ssenari dəyişib-Azərbaycan ordusunun qarşısında dayanan başlıca vəzifə bölgədə müharibənin nəticələrindən sonra yaranmış status-kvonu qoruyub saxlamaqdan ibarətdir. 

Çünki Ermənistan işğalçı qüvvələri torpaqlarımızdan qovulub və düşmən ölkə kapitulyasiya ilə razılaşıb. Ordu ölkənin qarşısında onillərdir dayanan bir nömrəli vəzifəni-torpaqların işğaldan azad edilməsi vəzifəsini həll edib.

Lakin Azərbaycan ərazilərinin hazırda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olan ərazilərində-Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində özünü “dqr müdafiə ordusu” adlandıran və 44 günlük müharibədə darmadağın edilmiş qanunsuz silahlı birləşmələrin qalıqları mövcudluğunu saxlamaqdadır. Qondarma rejimin nümayəndələri bu silahlı birləşmələrin əsasında hansısa “peşəkar ordu” qurmaq barədə planlardan danışırlar. Eləcə də Ermənistanda və Dağlıq Qarabağda revanşit qüvvələrin olduğu da bəllidir, doğrudur, müharibədə aldığı zərbələr nəticəsində Ermənistanın nəinki yaxın, eləcə də orta və uzunmüddətli perspektivdə revanşa cəhd etmək potensialı mövcud deyil. Amma həmin qanunsuz silahlı birləşmələrin nəzəri olaraq hansısa diversiya-terror əməllərinə cəhd etməsi istisna edilməməlidir. Eləcə də həmin qanunsuz birləşmələrin dinc yolla tərksilah edilməsi baş verməsə onların güc yolu ilə tərksilahı vəzifəsi qarşıya çıxa bilər.

Məhz bu kimi ehtimalları nəzərə alaraq Azərbaycan ordusu elə güc sahibinə çevriləcək ki, düşmən indi və gələcəkdə hər hansı revanş cəhdinə, terrora və ya diversiya əməllərinə əl atmağa cəsarət etməsin. Deməli, indiki təlimlərin ssenarisi da təsadüfi seçilməyib və Azərbaycan ordusu məhz postmüharibə dövründə yarana biləcək hərbi təhdidlərə indidən hazırlaşmağa başlayıb. Bu da “sülh istəyirsənsə müharibəyə həmişə hazır ol” fəlsəfəsindən irəli gəlir. Azərbaycan ordusu müharibədən əvvəl torpaqları düşməndən azad edəcək güc amili olaraq mövcud idisə indi bölgədə sülhə təminat yaradan qüvvədir. Bu baxımdan hazırda başı daxili didişmələrə qarışan Ermənistanın hərbi-siyasi dairələri üçün Azərbaycan Müdafiə Nazirliyinin təlimlər barədə yaydığı məlumatı oxumaq və təlimlərin gedişini izləmək, bunlardan dərs çıxarmaq pis olmazdı...

Virtualaz.org

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib