Rusiyalı politoloqdan SOS: "Ermənistandakı biolaboratoriya Qarabağ üçün "gec partlayan bomba"dır"

27 mart, 2021 02:46

Rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk Ermənistanda Pentaqonun maliyyəsi ilə hələ də öz fəaliyyətini davam etdirən müəmmalı biolaboratoriyanın bütün bölgə üçün ciddi təhlükə olduğunu bildirib.

Azsiyasət.com musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, Vesti.az saytı üçün yazdığı məqaləsində həyəcan təbili çalıb. Paşinyanın gizli qərbçi olduğuna diqqət çəkən ekspert məhz onun hakimiyyəti dövründə peyda olan həmin laboratoriyaların bu günədək konkret hansı dinc məqsəd güddüyünün bəlli olmadığını vurğulayaraq, bu xüsusda rəsmi İrəvanın davranışının normal məntiqdən kənar olduğunu yazıb. Eyni zamanda, Nikol Paşinaynın siyasi opponentlərinin məsələdə susqun və passiv davranışını “qəribə və təəccüblü” adlandırıb.

“Həmin gizli obyektlər bütün Cənubi Qafqaza koronavirus stammları da yaya bilər. Gördüyünüz kimi, heç qalib Azərbaycan da virusa qarşı karantini ləğv edə bilmir, çünki təhlükə ciddi olaraq qalır. Müharibədəki məğlubiyyətdən sonra həmin erməni müxalifəti Ermənistan-Rusiya münasibətlərini keyfiyyətcə yaxşılaşdırmağa hazır olduğunu bəyan etdi. Lakin Ermənistanın baş nazirinə qarşı çıxan bu siyasətçilərin proqramlarında Amerika bioloji laboratoriyaları haqqında heç nə deyilmir – halbuki Rusiyanın müttəfiqlərindən birinin ərazisində belə obyektlər ola bilməz. Və əgər İrəvanın özü mütəmadi olaraq Rusiya əleyhinə KTMT-nin Azərbaycana qarşı müharibədə Ermənistanı dəstəkləmək baxımından hərəkətsizliyi ilə bağlı iddialar irəli sürürsə, o zaman o, ilk növbədə elə özündən – “gizli otaqlar”ın ləğvindın başlamalı idi. Hər halda, ermənilərin özləri də ondan əziyyət çəkir, indiyədək mövcud olmayan xəstəliklərlə bağlı ağır statistikaya tuş gəlməklə” , - Trofimçuk qeyd edib.

Qriqori Trofimçuk

Onun sözlərinə görə, Moskva-Vaşinqton münasibətlərinin hər keçən gün daha da gərginləşməsi fonunda Avrasiya məkanında, KTMT-nin fəaliyyət zonasında müdhiş şeylər baş verir: 

“Pentaqon heç nə olmayıbmış kimi, bir anda bioloji silahın meydana çıxmasına kömək edəcək ikili təyinatlı proqramlar maliyyələşdirir. O halda, məsələn, Qarabağ zonasında nələr baş verəcəyini söyləməyə lüzum qalmır. Yəni bizim hələ də İrəvan tərəfindən təminatımız yoxdur. Müxalifət də qəribə şəkildə susur - baxmayaraq ki, məhz bu nöqtədən yararlanıb öz siyasi problemlərini həll edə bilər”.

Analitik öz şərhinin sonunda yazır: “Faktiki surətdə Ermənistan və Rusiya ilə qonşu olan bir sıra digər ölkələrin ərazilərində “virus şitilliyi” yaradılıb, hansı ki, bioloji və toksik silahların qadağan edilməsi haqqında Konvensiyanı birbaşa pozur və ABŞ-a önləyici zərbələr vurmaq imkanı yarddır. Belə zərbələrin ardınca dairə qapanacaq. Bu, “gec partlayan bomba” hazırda Qarabağ zonasında “əkilir” və sülh prosesinin bütün gedişatına təsir etmək gücündədir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR