Ermənistan "İsgəndər" raketini necə əldə edib?

06 aprel, 2021 01:12

44 günlük Vətən müharibəsi dövründə Ermənistan Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutdu. Xüsusən də Gəncə, Bərdə, Tərtər və Mingəçevir şəhərlərinə böyük dağıdıcı qüvvəyə malik raketlər atıldı. Bu səbəbdən, çoxlu sayda mülki insan həlak oldu və yaxud yaralandı. Bütün bunlar Ermənistan ordusu tərəfindən müharibə dövründə qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə olunduğu sübut etdi.

Azsiyasət.com trend.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadantəmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketinin qalıqlarının tapılması isə Ermənistanın müharibə cinayətlərinin düşünüldüyündən də dərin olduğunu ortaya çıxardı. Baxmayaraq ki, Ermənistan hərbi və siyasi dairələri bu məsələdə “nala-mıxa vurdular”. Onlar gah Azərbaycan ərazisinə “İsgəndər” reketinin atıldığını, gah da atılmadığını iddia etdilər. Nəhayət, baş Nazir Nikol Paşinyanın timsalında “İsgəndər” raketi atılıb, lakin 10 faizi partlayıb” kimi bəyanatın verilməsi tərəddüdlərə son qoydu və Ermənistanın müharibə dövründə “İsgəndər” raketindən istifadə etdiyi rəsmən etiraf olundu. Sonradan Paşinyan özü də bunu etiraf etdi və “İsgəndər”in istehsalçısı olan Rusiyanın qəzəbinə tuş gəlməmək üçün guya ona yanlış məlumat verildiyini bəyan etdi.

Daha sonra Rusiya tərəfi də müharibədə “İsgəndər” raketindən istifadə olunmadığını bildirdi. Rusiya Prezidentinin Administrasiyasından yayılan məlumatda qeyd edilib ki, Qarabağda münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunmayıb. Amma qalıqların tapılması bu açıqlamanı şübhə altına salır. ANAMA bildirir ki, tapılan qalıqlara əsasən, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Raketin qalıqları aprelin 2-də Bakıda mediaya da nümayiş etdirilib.

Maraqlısı budur ki, Şuşa şəhərində və onun ətrafında tapılan raket “İsgəndər - M” markalıdır. Amma açıq mənbələrdəki məlumata görə, Rusiya Ermənistana “İskəndər - M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İsgəndər - E” raket kompleksi verib (“İsgəndər - E” ilə müqayisədə “İskəndər - M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafə qət edə bilir-red). Sual olunur, əgər Rusiya Ermənistana “İsgəndər – M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması nə ilə izah oluna bilər? Ermənistan bu silahı haradan və necə əldə edib? Qeyri-rəsmi yolla kim verib ona bu silahı?

Bu il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə diqqət edək: “Ermənistana “İsgəndər” raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demişdim. Mən demişdim ki, bu, düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib, bu, bizi heç nədən çəkindirməyəcək. Yeri gəlmişkən, müharibə dövründə də demişəm və Rusiya tərəfinə “İsgəndər” raketlərinin geri almalarını təklif etmişəm. Bəli, demişəm, bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir. Mən bunu həmişə deyirəm. Təəssüf ki, belə olub. Müharibədən sonra belə hallar yoxdur. Biz bunu müsbət addım kimi qiymətləndiririk.

Lakin Ermənistanın müdafiə naziri bu yaxınlarda bəyan edib və məncə, Rusiyanın Ermənistandakı səfiri də deyib ki, Ermənistan ordusunun modernləşdirilməsində Rusiya da iştirak edəcək. Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur. Əgər biz sülh, uzunmüddətli sülh istəyiriksə, məsuliyyətsiz adamların əlində bu cür məhvedici vasitələr olmamalıdır. Hərc-mərclik hökm sürən, ordunun rəhbərliyə tabe olmadığı, onların hərbi çevriliş etdiyi və ya etmədiyi ölkədə bu da tragikomediyanın bir hissəsidir. Axı, hərbi çevrilişi ya edirlər, ya da etmirlər. Əllərində meqafonlar tutmuş, küçələrdə gecə çadırları qurmuş, hansısa bomjların yürüşləri tragikomik təsir bağışlayır. Bu, sadəcə, biabırçılıqdır. Bütün dünya onlara gülür, həm iqtidara, həm də müxalifətə. Ona görə də, belə adamların əllərinə təhlükəli silah vermək olarmı? Buna görə də demək istərdim, elə etmək lazımdır ki, heç kəs üçün təhlükə yaranmasın”.

Beləliklə, Azərbaycan ərazisinə “İsgəndər” raketinin atılması artıq heç kimə sirr deyil. Bu, cinayət əməli olmaqla Ermənistanın və onun arxasında duran qüvvələrin beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyinin, hətta onları pozmaqdan çəkinmədiyinin göstəricisidir. Beynəlxalq qurumlar Ermənistanı bu kimi əməllərdən çəkindirməlidirlər. Həmçinin, bu müharibə cinayətlərinin açılması təmin edilməlidir. Əks təqdirdə, bu cəzasızlıq mühiti gələcəkdə bəşəriyyət üçün daha böyük bəlalara səbəb ola bilər. 

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib