Lukaşenkonu xalq etirazı ilə üz-üzə qoyan səbəblər Azərbaycanda varmı: Belarus niyə bu günə qaldı?

20 avqust, 2020 00:39

Keçmiş Sovet məkanında sosial-iqtisadi inkişafına görə ilk üçlükdə qərarlaşan Belarusda son həftələrdə baş verənlər bütün dünyanın diqqət mərkəzindədir. Hamını düşündürən suallardan biri budur ki, niyə Belarusda bu hadisələr baş verdi? Xalqda uzun illər hakimiyyətinin möhkəmliyi görüntüsü yaratmağı bacaran Aleksandr Lukaşenkoya qarşı nədən bu qədər narazılıq yarandı?

Qeyd edək ki, Belarus SSRİ dağılandan sonra ənənəvi iqtisadiyyat sahələrini qoruyub-saxlayan, həm də ciddi inkişaf etdirən, təhsilin, səhiyyənin keyfiyyəti baxımından uğurlar əldə edən nadir respublikalardandır. Ölkə orta səviyyədə inkişaf etmiş aqrar-sənaye ölkəsi hesab olunur. Dünya Bankının 2019-cu ilin göstəricilərinə əsasən açıqladığı məlumata görə, adambaşına düşən Ümumi Daxili Məhsulun həcmi üzrə (19 min 943 dollar) Belarus dünya ölkələri arasında 114-cü, MDB ölkələri arasında isə 3-cü yerdədir. Ölkənin kənd təsərrüfatı və maşınqayırma sənayesi orta səviyyədən də yüksək inkişafa malikdir. Bu sahələrdə istehsal olunan məhsulun böyük hissəsi xaricə ixrac olunur.

Hazırda Belarusda maşınqayırma iqtisadiyyatın üçüncü ən böyük sahəsidir. Bu sahədə 350-dək müəssisə fəaliyyət göstərir.

Belarusda yüksək inkişaf etmiş sahələrdən biri də İT sektorudur. Bu sektor iqtisadiyyatda ən böyük paya sahib olan sahələrdəndir: bu sahədə təxminən 1500 şirkət fəaliyyət göstərir və 85 mindən çox adam çalışır. Belarus İT şirkətlərinin 50-dən çox ölkədə, o cümlədən ABŞ, Kanada və AB ölkələrində müştəriləri var. 2018-ci ildə bu sahənin 3,1 milyard dollar gəliri olub. İT sektorunun ÜDM-də payı 5,7 faizdir. Bundan əlavə, tikintinin ÜDM-də payı 5,4 faiz, nəqliyyatın 5,8 faiz, kənd və meşə təsərrüfatının payı isə 6,4 faizdir.

Ötən il Belarusun ÜDM-i 63 milyard dollar təşkil edib. 2019-cu ildəki proqnozlaşdırmada ÜDM-in 2020-ci ildə 2,8 faiz artması nəzərdə tutulurdu.

Belarus ana və uşaq ölümlərinin sayına görə yaxşı mənada dünyada ilk yerləri tutur. Ölkə əhalisinin ali təhsillə əhatə olunma səviyyəsi də dünya ortalamasından xeyli yüksəkdir. Belarusda orta aylıq əmək haqqı 700 dollar təşkil edir. Bütün bunların fonunda, Belarusda xalqın mövcud hakimiyyətdən narazılığı və etirazları hazırda A.Lukaşenkonun rəhbərlik etdiyi hakim komandanı çox çətin vəziyyətdə qoyub.

Qeyd edək ki, sosial medianın Azərbaycan seqmentində bir çoxları Belarusda baş verən proseslərin ölkəmizdə də təkrarlanması imkanlarından danışır, bunu mümkün saydıqlarını iddia edirlər. Artıq iki həftədir sosial şəbəkələrdə Belarus proseslərinin Azərbaycanda da baş verməsi baxımından müzakirələr açılır. Bu ehtimal nə qədər realdır? Belarusla Azərbaycandakı vəziyyəti eyniləşdirmək olarmı?

Sualları cavablandırmaq üçün əvvəla, vurğulamaq lazımdır ki, coğrafi mövqeyi, yerləşdiyi ərazi baxımından ölkələr arasında fərq çox böyükdür: Belarus Avropanın mərkəzinə yaxın ərazidə yerləşir. Ölkə Rusiyanın açıq, Avropanın isə qeyri-aşkar təsirləri altındadır. Rusiya ilə münasibətlər bəllidir: ölkə iqtisadiyyatının əksər sahələri yaxın qonşunun iqtisadiyyatından asılı vəziyyətdədir. Xüsusilə enerjidaşıyıcıları ilə təminatda Minsk demək olar ki, tamamən Moskvadan asılıdır. Digər tərəfdən, Rusiyanın Belarusa siyasi təsir imkanları da yetərincə güclüdür. Avropaya gəlincə, Belarus gəncləri son onillikdə kütləvi şəkildə Avropa ali məktəblərində təhsil alırlar. Vətəndaşların Avropa ilə əlaqələri genişdir, ora işləməyə gedənlərin sayı çoxdur, oradakı həyat tərzinin təsirləri böyükdür.

İkinci və çox mühüm məsələ ölkələrdəki idarəetmə prinsipləri və metodlarıdır. Müşahidələr göstərir ki, bu prinsiplər arasında ciddi fərqlər var. 25 ildir Belarusu idarə edən Lukaşenkonun idarəçilik prinsipləri ötən əsrin 90-cı illərində olduğu kimi qalmaqdadır. Belarus hakimiyyəti bu sahədə yeni trendlərdən nəinki bəhrələnmədi, hətta əyalət təfəkkürlü idarəçilik daha da gücləndirildi. Cəmiyyət inkişaf edib yeni idarəçilik metodları, prinsipləri görmək istəsə də, Lukaşenko buna gedə bilmədi, bu istəyi vaxtında və düzgün qiymətləndirməyi bacarmadı. Cəmiyyət yeniləşmə görmək istəsə də, hakimiyyət bu yeniləşməyə gedə bilmədi. Buna görə də yenilik istəyən cəmiyyətin, əhalinin böyük etirazları ilə üz-üzə qaldı.

Azərbaycanda isə sosial-iqtisadi sahədə əldə olunan uğurlar həm hakimiyyətdə, həm də cəmiyyətdə uyğun yenilənmələrlə müşayiət olunur. Hakimiyyət cəmiyyətin yeniləşmə tələbatını vaxtında müəyyənləşdirməklə, onun təmin olunması üçün zəruri olan addımları atır. Prezident İlham Əliyev müasir dövrün tələblərini nəzərə almaqla cəmiyyətin yenilənməsi, o cümlədən ilk növbədə idarəçiliyin yenilənməsi modelini, bu model çərçivəsində həyata keçiriləcək islahatlar paketini ortaya qoydu. Bu islahatlar sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində yeni idarəetmə metodlarının tətbiqini nəzərdə tutur. Son illərdə korrupsiya və rüşvətxorluğa, kölgə iqtisadiyyatına, məmur oliqarxiyasına qarşı həyata keçirilən mübarizə böyük effekt verməkdədir. Təkcə 2019-cu il ərzində vergi və gömrük orqanlarının fəaliyyətində yaradılan şəffaflıq, kölgə iqtisadiyyatına qarşı ardıcıl mübarizə nəticəsində dövlət büdcəsinə əlavə 1 milyard manatın köçürülməsi təmin olunub. Məmur-oliqarxların iqtisadiyyata təsir imkanları sürətlə məhdudlaşdırılır. Uzun illər əhalini, cəmiyyəti öz fəaliyyəti ilə narazı salan, iqtisadiyyatda inhisarçı mövqeyə malik böyük dövlət şirkətlərinin idarəçiliyində müasir prinsiplərin tətbiq olunması istiqamətində real addımlar atılmağa başlayıb.

Ölkə rəhbərliyi biznesi sektorunu, sıravi vətəndaşları narazı salan, onların haqqını tapdalayan məmurlara qarşı amansız münasibət ortaya qoyur: yerlərdə icra başçılarının, nazirliklərin, komitələrin yüksək vəzifəli şəxslərinin həbsi bu münasibətin əsas göstəricisidir. Eyni zamanda son illərdə əhalinin, cəmiyyətin narazı olduğu məsələləri, problemləri xalq məhz prezidentin dilindən eşitməyə adət edib. Yəni xalq, cəmiyyət görür ki, onları narahat edən problemlər ölkə rəhbərliyinin, prezidentin diqqət mərkəzindədir, onların həlli istiqamətində real addımlar atılır. Bütün bunlarla yanaşı, ölkədə müasir texnologiyaların tətbiqi istiqamətində böyük addımlar atılır.

İqtisadi sahədə həyata keçirilən tədbirlər nəticəsində əldə olunan əlavə vəsaitlərin hamısı əhalinin sosial təminatının gücləndirilməsinə sərf olunur. Ötən il ərzində Azərbaycanda əmək haqlarının, pensiya və müavinətlərin artırılması sahəsində ümumilikdə 3,5 milyard manata yaxın vəsaiti əhatə edən mühüm tədbirlər həyata keçirilib. Bu, ölkə əhalisinin gəlirlərinin artmasında böyük rol oynayıb.

Sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar ictimai-siyasi həyatda qarşılıqlı anlaşmanın təmin olunmasına imkan verən addımlarla müşayiət olunur. Prezident Administrasiyası vasitəsilə müxalifət partiyalarının rəhbərləri ilə müzakirələr, dialoq başladılıb.

Və bütün bu proseslərə rəhbərliyi birbaşa prezident İlham Əliyev həyata keçirir. Məhz onun rəhbərliyi ilə iqtisadi-sosial həyatda islahatlar, cəmiyyət həyatının yenilənməsi nəticəsində Azərbaycanda tamam yeni aura yaratdı. Bütün bu komponentlərin uğurla həyata keçirilməsi Azərbaycan cəmiyyətində hakimiyyətdən, ölkə rəhbərliyindən razılığı gücləndirdi, cəmiyyətlə hakimiyyətin vəhdətinin formalaşmasına gətirib çıxardı. Belə vəhdət olmayanda, ictimai-siyasi-iqtisadi-sosial dəyişikliklərin hansısa komponenti kənarda qaldıqda Belarus, Ukrayna və sair ölkələrdəki kimi, hakimiyyətdən narazılıqlar kütləvi etirazlara səbəb olur, onların dəyişilməsi ilə nəticələnir.

Bütün bunların yekunu olaraq qeyd etmək olar ki, Belarusda baş verən hadisələri Azərbaycanla müqayisə etmək, üstəlik, onların ölkəmizdə də təkrarlanacağını gözləmək qüsurlu yanaşmanın nəticəsidir. (musavat.com)

21 aprel

12:06 - "Ermənistanda keçirilən referendumları xalqın iradəsini əks etdirməyib" - Paşinyan12:00 - İmamoğlundan yeni boykot çağırışı...11:48 - "AYNA, siz bu cəriməni haranızdan uydurub çıxardınız?" - FOTO

18 aprel

14:08 - ABŞ Ukraynadan imtina edir?14:06 - Məktəblərin tikintisində podratçılara artıq pullar ödənilirmiş - PALATA14:03 - Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? - Kəskin artım var

14 aprel

13:39 - "Tiflis ümid etməsin, mövqeyimiz dəyişməyəcək" - Qaluzin13:28 - ABŞ Çinlə "müharibə"də uduzur13:25 - Xaricdən benzin idxalı 4,7 dəfə artıb, qiyməti isə 4 qəpik aşağı düşüb

09 aprel

15:36 - Qafanda konsulluğun açılışı gələn aya qaldı15:34 - Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - Hesabat15:32 - "İran Prezidentinin bu ay ölkəmizə səfər edəcəyini gözləyirik" - İlham Əliyev

08 aprel

15:46 - İran-ABŞ danışıqlarını bu şəxslər aparacaq15:39 - Heydərovların "London macərası" başa çatdı - FAKTLAR15:35 - Gömrük Komitəsi dərman qaçaqmalçılarını himayə edir - Həbslər var

01 aprel

11:56 - Almaniya müharibəyə hazırlaşır11:54 - Azərbaycanda qızılın qiymətində kəskin bahalanma oldu11:51 - Almaniya Azərbaycandan üzr istədi...

28 mart

18:05 - Konqresmenlər Bakıya qarşı birləşdi...18:01 - Sənədsiz ev probleminin həlli niyə gecikir?17:59 - Türkiyə ictimaiyyətinin İmamoğlunun həbsinə və aksiyalara münasibəti necədir? - Sorğu

15 mart

15:47 - 43 ölkədən ABŞ-yə giriş məhdudlaşdırılır - SİYAHI15:45 - Almaniya gənclərini müharibəyə hazırlamaq üçün bütün gücünü sərf edir - "Financial Times"15:39 - Moskva Bakı və İrəvanın bu addımını alqışlayır...15:38 - Bahalaşmanı yaradan o dələduzlardır - Hökumətə çağırış15:34 - Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

10 mart

14:20 - Fuad Nağıyevə sərt ittihamlar - "Tahir Əmiraslanovu Şuşadan qovdu"14:19 - Prezident bu dəyişikliyi təsdiqlədi...14:17 - Azərbaycan "İbrahim Sazişləri"nə qoşulur - "Forbes" 14:16 - USAID proqramlarının 83%-i ləğv edildi