Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı 100 minlik könüllü ordu qurmaq planı

27 avqust, 2020 11:36

Xəbər verildiyi kimi, Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrlə paralel olaraq könüllülərdən yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Bu qüvvələrə könüllülər ordusunun qərargahı vasitəsilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi rəhbərlik edəcək.

“Müdafiə haqqında” qanuna dəyişiklik kimi nəzərdə tutulan layihə Ədliyyə Nazirliyinin vebsaytında dərc olunub. Layihəyə görə, yığma qoşun Ermənistana silahlı hücum şəraitində vətəndaşların silahlı müdafiəyə könüllü qoşulması sistemidir.

Parlamentdə “Mənim addımım” fraksiyasının üzvü olan deputat, “Yerkrapa” könüllülər birliyinin sədri Sasun Mikaelyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, müharibə şəraitində olan ölkə üçün qeyri-nizami ordu vacibdir və bu ideya bir neçə ildir müzakirə olunur.

“Hərbçilər bunu müzakirə edirlər. Ancaq bir il deyil, çoxdan müzakirə olunur və həyata keçirilməlidir. Bizim çoxəsrlik düşmənimiz var, düşmənlə əhatələnmişik. Qeyri-nizami ordu 10 min, yaxud 20-70 min nəfər demək deyil, bu orduda azı 100 min nəfər olmalıdır. Çünki hər an, hər dəqiqə gözlənilməyən hücumlar ola bilər, könüllüsüz mümkün deyil. Biz həmişə hazır olmalıyıq, bunu həmişə demişəm, bir də təkrar edirəm”, – Mikaelyan vurğulayıb.

“Ermənistanın silahlı qüvvələri yetərli deyilmi?” sualını hakim fraksiya üzvü belə cavablandırıb: “Türkiyənin son aqressiyası haqda bilirsiz, Türkiyə Azərbaycanla bağlı necə bir hazırlıq ifadə elədi. Bu o demək deyil ki, bizim Silahlı Qüvvələrimiz döyüş qabiliyyətli deyil, hazır deyillər, ancaq bizdə qeyri-nizami qoşun olmalıdır, çünki, Allah eləməsin, buna oxşar nəsə baş versə, ordu lazımdır”.

Bu il iyulun 12-dən 16-dək Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanla sərhədində toqquşmalardan sonra Türkiyə Yerevanı ittihamı edib, Azərbaycana dəstəyi davam etdirəcəyini bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyib ki, Ankaranın getdikcə “aqressivləşən” Azərbaycan-pərəst mövqeyi Ermənistanın xarici və təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməsini zəruri edir.

Ermənistanda təqdim olunan layihədə könüllülərin adına silah və forma yazılacaq. Könüllü müvafiq vəzifəyə qərargah rəisinin əmri ilə təyin olunacaq. Sasun Mikaelyan könüllülərin, məsələn, Yerevanda silahla gəzərək ətrafdakılara təhlükə yaradacağı fikri ilə razı deyil. “Silahlar xüsusi yerdə saxlanacaq, lazım gələndə oradan götürüləcək. Yəni, səfərbərlik elan olunanadək bizdə hazır adamlar olacaq ki, haraya gedib nə etməli olacaqlarını biləcəklər”, – o deyib.

Hüquq müdafiəçisi Nina Karapetyants isə əmindir ki, Ermənistana Silahlı Qüvvələrdən savayı daha bir silahlı struktur lazım deyil. “Ən vacibi odur ki, könüllülərin hansısa məqamda əllərində silah Yerevanın küçələrində, şəhərin mərkəzində hansısa hərəkətlərə qatılmayacağına zəmanət verilmir. Fikrimcə, nizami ordusu olan ölkəyə qeyri-müəyyən statuslu əlavə hərbi birləşmələr lazım deyil”, – Karapetyants bildirib.

“Yerkrapa” təcrübəsi

Hüquq müdafiəçisi yaxın keçmişdə oxşar strukturun – “Yerkrapa” könüllülər birliyinin hərəkətlərini yada salır. “Bizdə belə təcrübə olub, müəyyən hadisələr zamanı insanlar bu və ya digər tərəfi dəstəkləyə bilərlər, hakimiyyət, yaxud hansısa qüvvələr onlardan istifadə edə bilər”, – o vurğulayıb.

Vətəndaşlar sentyabrın 8-dək qanun layihəsi ilə bağlı təkliflərini irəli sürə bilərlər.

Qeyd edək ki, “Yerkrapa” könüllülər birliyi 1993-cü ildə yaradılıb və Qarabağ müharibəsi veteranlarını birləşdirib. 1999-cu ildən birliyə general Manvel Qriqoryan rəhbərlik edirdi, 2018-ci ildə antikorrupsiya istintaqı çərçivəsində saxlanıb. Hazırda birliyin rəhbəri Sasun Mikaelyandır. Bu yarımhərbi birlik ötən əsrin 90-cı illərində Ermənistanda faktiki olaraq hərbi çevriliş həyata keçirib və Qarabağ klanının hakimiyyətə gəlişinə imkan yaradıb.

virtualaz.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR