Şoyqunun inandırıcı olmayan izahatına necə cavab verək? - TƏHLİL

02 sentyabr, 2020 01:29

Politoloq Elxan Şahinoğlu: “Rusiya siyasətimizdə ciddi şəkildə korrektə etməliyik”

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ötən həftə Azərbaycana işgüzar səfərə gəlməsi və Bakıda görüşlər keçirməsi siyasi kuluarlarda geniş müzakirələrə səbəb olan məsələlərdəndir.

Şoyqunun Bakıda verdiyi “Ermənistana Rusiyadan hərbi yüklər deyil, tikinti materialları olan yüklər göndərilib” izahatı belə görünür ki, Azərbaycanı qane etməyib. Prezidentin köməkçisi Hikmət Hacıyev də bu mövzuda şənbə günü Operativ Qərargahın brifinqində danışıb.

Bəs Azərbaycanı qane etməyən cavaba rəsmi Bakının reaksiyası necə olmalıdır? Rusiya ilə münasibətlərdə indən sonra nə dəyişəcək? Bizə hansı mövqe sərf edir?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Sergey Şoyqu, sadəcə, Azərbaycan hakimiyyətini, Azərbaycan cəmiyyətini sakitləşdrmək məqsədilə Bakıya gələrək Kremlin mesajını bizə çatdırdı ki, guya Rusiyadan Ermənistana daşınan yüz tonlarla yük hərbi yük deyilmiş, tikinti materialları imiş. Buna heç kim inanmadı: 

“Biz də inanmadıq. Mən elə ilk saatdan bunun yalan olduğunu dedim. Dövlət rəsmilərimiz də inanmadılar. Təsadüfi deyil ki, prezidentin köməkçisi Hikmət Hacıyev bu cavabın qaneedici olmadığını dedi. Önəmli bir əlavəsi də oldu ki, inşaat yükləri olsaydı başqa istiqamətdən çatdırılardı. Bu, həqiqətən də hərbi yüklər olub. Əgər prezident İlham Əliyev bu məsələ barədə Vladimir Putinə deyibsə, deməli, bu haqda səhih məlumatlara malik olub. Putinə deyilənlər də bu demək idi ki, biz sizin siyasətinizdən narazıyıq, biz artıq sizə inanmırıq. Şoyqunun açıqlaması da ona hesablanmışdı ki, rəsmi Bakı bir daha bu məsələni qaldırmasın. Amma bizim rəsmilərimiz yenə də bu məsələni qaldırır. Çünki ciddi məsələdir”.

Politoloq, ümumiyyətlə, hesab edir ki, artıq Azərbaycan hakimiyyəti Rusiya siyasətini tədricən korrektə edir: 

“Belə də olmalıdır. Düzdür, iqtisadi və regional layihələrdə biz Rusiya ilə birgə işləməkdə maraqlıyıq. Hətta bu layihələrdə Rusiya bizi strateji tərəfdaş da sayır. Amma məsələ burasındadır ki, əgər Rusiya Ermənistanı gücləndirib müharibəyə şirnikləndirirsə, Azərbaycan xarici işlər naziri ilə Moskvada Rusiya xarici işlər naziri görüşdükdən cəmi bir saat sonra Lavrov Ermənistan xarici işlər nazirinə zəng edirsə, bunun  özü o deməkdir ki, Qarabağ məsələsində Moskva Ermənistanın maraqlarına uyğun olmayan heç bir addım atmayacaq. Ona görə də biz də Rusiya siyasətimizdə ciddi şəkildə korrektə etməliyik. Bu o demək deyil ki, Rusiyanı düşmən elan etməliyik. İqtisadi və regional layihələri davam etdirməliyik. Amma bir daha ondan hərbi texnika almamalıyıq, siyasi məsələlərdə çox da təmaslara getməməliyik. Bizim əsas strateji müttəfiqimiz Türkiyədir. Rusiyanın Ermənistana daşıdığı hərbi yüklər əlimizə güclü alət verir ki, əgər belədirsə, biz də Türkiyə ilə hərbi ittifaqı gücləndirək, Türkiyənin hərbi bazalarını Azərbaycanda yerləşdirək”.

musavat.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR