Belarusda iqtisadi sistem çökür - Rusiya Lukaşenkoya hansı şərtlərlə kömək edir?

02 sentyabr, 2020 12:45

Anders Aslund

“Atlantic Council” 27.08.2020

Demokratik qiyam 26 illik hakimiyyətini təhdid etdiyindən Belarus diktatoru Aleksandr Lukaşenko siyasi həyatı uğrunda mübarizə aparır. Legitimlik itkisinə baxmayaraq, Lukaşenko hələ də dözür. O, ölkənin təhlükəsizlik xidmətlərini nəzarətdə saxlamağa davam edir və Rusiyadan güclü dəstək alır, müxalifət isə böyük sürətini konkret siyasi qazanclara çevirmək üçün beynəlxalq dəstək və ya liderlikdən məhrumdur.

Lukaşenkonun vəziyyətini ağırlaşdıran yaxınlaşmaqda olan maliyyə iflasıdır. Keçmişdə bənzər vəziyyətlərlə qarşılaşdıqda, ya Rusiyadan, ya da Qərbdən gələn yardımlara güvənib. Ancaq indi uğursuz diktatoru kim xilas etmək istəyər?

Lukaşenko özünü bir neçə nəhəng, dövlətə məxsus Belarus şirkətinin “mavi yaxalıqlı” işçilərinin qoruyucusu kimi görür. Onun əsas iqtisadi prinsiplərindən biri bu işçilərin aylıq 500 ABŞ dolları əməkhaqqı almasıdır. Bu elə də böyük məbləğ deyil, ancaq Lukaşenkonun sovet tipli iqtisadi siyasəti hələ də bu cür maaşları vermək üçün mübarizə aparır. Nəticədə, Belarus dövri valyuta böhranlarından əziyyət çəkməyə meyllidir.

Son böyük böhran 2011-ci ildə baş verib, Lukaşenko şiddətli devalvasiyaya məcbur edilib və bu da inflyasiyanın 109% olmasına səbəb olub.

2011-ci ilin sonunda Putin Lukaşenkonı xilas etməyə qərar verib. Buna razılıq verməzdən əvvəl o, Rusiyanın dövlət və oliqarx şirkətlərinin ən böyük və ən cəlbedici Belarus şirkətlərini əllərinə almasına icazə verilməsini istəyib. Lukaşenkonun Putinin şərtlərini qəbul etdiyi görünüb, amma son nəticədə şirkətlərinin əksəriyyəti Belarus dövlətinin mülkiyyətində qalıb.

Rusiya lideri çox zəifləmiş Lukaşenkonun onu bir daha aldatmasına icazə vermir. Buna baxmayaraq, 2011-ci il təcrübəsi həm Lukaşenkonun, həm də Putinin iqtisadi oyun planlarının yaxşı bir göstəricisidir.

Bu gün Belarusdak; siyasi vəziyyət 2011-ci ildən tamamilə fərqlidir, lakin Belarus iqtisadiyyatı çətinliklə dəyişdiyindən iqtisadi dilemma təəccüblü şəkildə bənzərdir. Buna görə də? oxşar maliyyə böhranının yenidən alovlanmasını görəcəyimizi güman etmək ağlabatandır.

Hazırda Belarus rublu “üzür”. Son bir ayda ABŞ dollarına nisbətdə məzənnədə 10% ucuzlaşıb və amortizasiya dərəcəsi sürətlənir. Bu, ümumən dollar ifadəsi ilə düşünən Belarus işçilərinin bir ay ərzində gəlirlərinin 10 faizini itirməsi deməkdir. Gələcək həftələrdə vəziyyətin daha da pisləşəcəyi ehtimal olunur. O, Lukaşenkonu qalan iqtisadi legitimlikdən məhrum edəcək.

Belarusda mövcud maliyyə böhranının mexanikası aydındır, çünki bu, sovet tipli iqtisadiyyatdır. Bu cür iflası əvvəllər də görmüşük. Belarus davamlı olaraq kiçik beynəlxalq valyuta ehtiyatlarına sahibdir, lakin indi o, 4.3 milyard ABŞ dollarına qədər azalıb. Bu, yalnız 1,4 aylıq idxalatı ödəmək üçün kifayətdir, halbuki minimum 3 ay hesab olunur.

Qərbə Belarus xammal və Rusiyaya sənaye malları ixrac və ən çox Rusiya ilə ticarət edir. 2018-ci ildə ölkə idxalının (əsasən xammalın) 58 faizi Rusiyadan gəlib, Belarus isə ixracatının (əsasən istehsal olunan malların) 38 faizini əks istiqamətə göndərib.

Belarus iqtisadiyyatının bir qədər təəccüblü müsbət tərəflərindən biri ictimaiyyətə açıq statistikaya sahib olmasıdır. Bunlar bizə 2019-cu ildə Belarus ixracatının yalnız 41 faizinin keçmiş Sovet İttifaqı xaricindəki ölkələrə göndərildiyini söyləyir. İxracatın – “Belaruskaliy” və “Qrodno Azot”dan gələn gübrələrin dəyəri 2.7 milyard ABŞ dolları, “Naftan” və “Mozır” neft emalı zavodlarından alınan benzin 6.5 milyard ABŞ dolları təşkil edib. Bu 4 dövlət şirkəti ümumən Belarusun Qərbə ixracatının 68 faizini təmsil edib.

Rəqəmlərə əsaslanaraq, gələcəkdə Belarusda nələrin baş verə biləcəyini proqnozlaşdırmaq mümkündür. “Belaruskaliy”, “Qrodno Azot” və “Naftan” neft emalı zavodlarında işçilər tətil edir, “Mozır” neft emalı zavodundan gələn məlumatlar isə aydın deyil.

Dövlət şirkətindən hər hansı birinə uzunmüddətli tətil Belarus ixracat gəlirlərini və Belarus rublunu və Lukaşenkonu diz çökdürəcək. Buna baxmayaraq, yaxınlaşan iqtisadi təhdidin miqyası hələ dərk edilmir və düzgün qiymətləndirilmir.

Valyuta çökərsə, əsl çəkişmə başlayacaq. Lukaşenko ölkəsinin iqtisadiyyatını bir daha qurarkən, təhlükəsizlik qüvvələri ona sadiq qalacaqmı? Rusiya dövləti və oliqarx şirkətləri 2011-ci ildə ala bilmədiklərini ələ keçirə biləcəklərmi? Yoxsa Beynəlxalq Valyuta Fondu və Avropa İttifaqının rəhbərlik etdiyi Qərb uyğun alternativ təklif edə biləcək?

Ümid edək ki, bunu edirlər. Alternativ – zəifləmiş Belarusu Kremlin iqtisadi cəhətdən ələ keçirməsi ola bilər.

Tərcümə: Strateq.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR