Ərdoğan nəhəng qaz yatağı tapdıqlarını elan etdi, ruslar narahat oldu

22 avqust, 2020 17:06

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ölkəsinin Qara dənizdəki ərazi sularında nəhəng qaz yatağının kəşf edildiyini açıqlayıb. virtualaz.org xəbər verir ki, Ərdoğan bunun Türkiyənin tarixində ən iri ehtiyatlara malik yataq olduğunu deyib. Yataqda onun sözlərinə görə, 320 milyard kubmetrə yaxın təsdiqlənmiş qaz ehtiyatları var.

“Bu kəşf ölkəmizin energetika təhlükəsizliyi baxımından olduqca mühümdür”,-Türkiyə prezidenti bildirib. Maliyyə və xəzinadarlıq naziri Berat Albayrak isə deyib ki, Türkiyənin Qara dənizdə öz qaz ehtiyatlarını kəşf etməsi büdcə kəsirini qapatmağa, profisit iqtisadi göstəricilərə keçməyə imkan verəcək.

Ərdoğanın bəyantı beynəlxalq energetika çevrələrində geniş rezonans doğurub və sahə üzrə ekspertlər Türkiyənin bu qaz yatağını kəşf etməsi ilə bazarda vəziyyətin necə dəyişəcəyini proqnozlaşdırmağa çalışırlar.

Türkiyə prezidenti Qara dənizin Zonquldaq istiqamətində yerləşən  “Tuna-1” yatağının “Fateh” kəşfiyyat gəmisi tərəfindən iyulun 20-dən bəri aparılan seysmik kəşfiyyat işləri nəticəsində tapıldığını bildirir. O, həmin rayonda yeni yataqların da ola biləcəyini, kəşfiyyat işlərinin davam etdiyini deyib.

“Kommersant” qəzeti yazır ki, bu yatağın kəşf edilməsi nəticəsində Rusiyanın “Qazprom” şirkəti ən iri xarici bazarlardan birini-Türkiyəni tamamilə itirə bilər. Türkiyə onsuz da son üç ildə Rusiyadan qaz idxalını iki dəfə azaldıb, perspektivdə isə “Qazprom”dan qaz alınmasını ümumiyyətlə dayandıra bilər.

 Türkiyə prezidenti yataqdan qaz hasilatının rekord qısa vaxt ərzində-2023-cü ilə qədər başlayacağını elan edib. Hərçənd mütəxəssislər bu müddətin o qədər də real olmadığını,  yataqda hasilatın başlaması üçün 7-8 il vaxt lazım gələ biləcəyini deyirlər.

“Kommersant” qeyd edir ki, istənilən halda “Qazprom” indidən Türkiyəyə satdığı qazın gələcək aqibətini, onun “Türk axını” kəməri ilə Avropaya necə ötürülməsini düşünməlidir.

Türkiyənin qaza tələbatı ildə 45 milyard kubmetrə yaxındır və son illərə qədər bu həcmin az qala üçdə ikisi Rusiyadan alınırdı. Lakin Türkiyə son illər bahalı Rusiya qazının idxalını azaldıb, onun əvəzinə sıxılmış qaz və Azərbaycan qazının idxalını artırıb. “Qazprom” Türkiyə bazarında mövqelərini xeyli dərəcədə əldən verib.

“Fitch” reytinq agentliyindən Dmitri Marniçenko qeyd edir ki, yataq öz ehtiyatlarına görə doğrudan da böyükdür və nəzəri olaraq Türkiyəyə idxal qazının həcmini əhəmiyyətli ölçüdə azaltmağa imkan verə bilər. Və bu halda Rusiyadan qaz alınması hətta sıfıra enəcək. Belə olan halda Rusiya “Türk axını” kəməri ilə qazın Avropaya ötürülməsini düşünməli olacaq.

“Qazprom”da situasiyanı hələlik şərh etmirlər. Lakin situasiya ilə tanış olan mənbə deyib ki, “Qazprom”un qorxması üçün hələ tezdir: “Türkiyənin tələbatı fəal şəkildə artır və üstəlik həmin ehtiyatları hələ iqtisadi baxımından effektli şəkildə çıxarmaq lazımdır”.

 “VYGON Consulting” şirkətindən konsultant Yekaterina Kolbikova isə deyir ki, Türkiyə hökumətinin kəşf edildiyi bildirilən yataqda üç ildən də az müddətdə hasilata başlamaq planları olduqca ambisioz görünür. Hətta dəniz şelfində hasilat üzrə lider olan Norveçdə qaz yatağının kəşfindən etibarən hasilata başlamağa qədər olan dövr orta hesabla 15 il təşkil edir. Qara dənizdə isə bu müddət 18 ildən az deyil.

Kolbikovanın fikrincə indiki qaz qiymətlərində Türkiyə hökumətinin həmin yataqdan hasilatın rentabelliyini təmin etməsi də çətin olacaq. Və yataqdan hasilat ən yaxşı halda ildə 6-12 milyard kubmetr təşkil edə bilər.

BOTAŞ şirkətinin qaz idxalı departamentinin keçmiş rəhbəri Ali Arif Aktürk isə “Sözçü” qəzetinə açıqlamasında yatağın açıqlanan ehtiyatlarının “məqbul” olduğunu deyib. Bununla belə Aktürk qeyd edib ki, yataqdan hasilatı təmin etmək üçün azı 5 milyard dollar investisiya tələb oluna bilər.

Enerji məsələləri üzrə ekspert Mehmet Kara da ehtiyatlarının həcminin sevindirici olduğunu deyir, amma hesab edir ki, “Tuna-1” yatağından hasil ediləcək qaz idxal qazdan o qədər də ucuz olmayacaq. Habelə burada yataqdan ildə nə qədər qaz çıxarılacağı da önəmlidir və ekspertə görə açıqlanan həcmi tam hasil etmək üçün 20 il lazım gələ bilər.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI