Türkiyə ABŞ-İngiltərə ziddiyyətinin ortasında qalıb - "Ya 100 il danışmağa sözümüz olacaq, ya da..."

25 sentyabr, 2020 01:24

Ərgün Dilər

“Takvim”, Türkiyə, 23 sentyabr 2020-ci il

Çoxdandır Aralıq dənizi haqqında yazıram. İndi Türkiyə bir yana, artıq bütün dünyanın gündəliyindədir. Belə olmağa da davam edəcək. Çünki ortada bizim nə üçünsə görə bilmədiyimiz böyük bir müharibə vardır. Çox uzaqdan baxdığımız zaman, dəfələrlə yazdığım kimi, mübarizənin Vaşinqtonla London arasında getdiyi açıq görünür.

Sovet İttifaqının yıxılmasından sonra yeni sistem qurula bilmədi. II Dünya Müharibəsindən sonra London öz gücünü ABŞ-ın içinə daşıdı. Bu sistem Vaşinqtonla Moskva arasındakı yalançı gərginliklə birlikdə illərlə davam etdi. İndi ABŞ Londonu öz daxilində istəmir. London da təkbaşına patron olmaq niyyətindədir. Mübarizənin səbəbi budur.

London pulla birlikdə, maksimum 70 ölkəyə təsir edə bilən bir gücdür. ABŞ isə pulun yanına silah və texnologiya qoyaraq son imperiya vəsfini almış bir gücdür. Ortaqlıq bitdi, müharibə başladı.

Çindən Londona uzanan “İpək yolu” İngiltərənin Çini də yanına alaraq, qurmaq istədiyi dünyanı anladırdı. “İpək yolu” başını Çinin çəkdiyi vaqonlardan ibarət qatar olacaqdı. Türkiyənin də önəmli yer tutduğu bu zəncirdə 65 ölkə yeni sistemin ortaqları, qazananları olacaqdı. London ağıl, Çin iş gücü, Türkiyə strateji həmlə, İran keçid bazası, İtalya isə son dayanacaq olacaqdı. Dizayn belə idi.

Ancaq daxildə gedən qısır siyasi mübahisələr bizi, bəlkə də, 100 il davam edəcək plandan uzaq tuturdu. Kimsə ölkədən kənara baxıb xaricdə nə baş verdiyini görmək, anlamaq istəmirdi. Aparılan mübarizənin çətinliyi nə anladılır, nə də anlaşılırdı. Durum hələ də belədir.

Aralıq dənizi məsələsi masada həll olunana oxşamır. Sonda yazmalı olduğumu başa keçirərək, gedək. Prezident Ərdoğan Merkellə də, Makronla da, Miçotakislə də görüşə bilər. Masa başında bizə söz də verə bilərlər. “Siz haqlısınız” da deyə bilərlər. Ancaq problem öz həllini burada tapa bilməz. Çünki məsələ Aralıq dənizində güc olmaq istəyən AB ilə məhdudlaşmır.

“Dərin Amerika”  hər şeydən öncə nəzarət edə bildiyi bir Avropa xəyalı qurur. Əslində, ən böyük rəqibləri Avropadır. Ancaq söyləməzlər. Əsas məsələ, Çin kimi görünsə də, Çin deyildir. Amma İngiltərənin öncəlik verdiyi London-Pekin ittifaqı önəmli, yıxıcı bir rəqibdir. Türkiyəni də ortaq kimi yanlarına alarlarsa, ABŞ üçün çətin günlər başlayar.

Doğrusu, “Brexit” elə Londonun öz dostları ilə qurmaq istədiyi yeni dünya layihəsi üçün reallaşdırıldı. İngiltərə AB-dən çıxdıqdan sonra hara gedəcəkdi? Kiminlə, ya da kimlərlə ortaq olacaqdı? Səfər haraya idi? Bu sualların cavabı “İpək yolu” idi. “İpək yolu” içində Avropanın da, Orta Şərqin də, Avrasiyanın da olduğu nəhəng bir sistem idi. Müharibənin səbəbi bu idi.

Lakin NSA (Milli Təhlükəsizlik Agentliyi – tərc.) ilə dünyada nələrin baş verdiyini bilən bir Amerika reallığı da var idi. Kimin kimlə oturub durduğunu biləcək qədər gücləri var idi. Durum belə olunca, şahmat oyununun başlaması lazım idi. Ortaya AB, İngiltərə-Çin-Türkiyə-İslam ölkələri və ABŞ-dan ibarət üç qrup çıxırdı. Mübarizə bu qruplar, ittifaqlar arasında gedirdi.

Aralıq dənizində də üç güc var idi. Siz bizim Yunanıstanla qarşı-qarşıya gəlməyimizə baxmayın, əslində, durum belə idi. Fransanın özündən çıxmasına aldanmayın. AB Aralıq dənizindən böyük pay almaq istəyirdi. Almaniya arxada sağlam durmuşdu. Onlar “İpək yolu” və Aralıq dənizində ola bilməzlərsə, Afrika və Orta Şərqdə də ola bilməzlərdi. Enerjidən uzaqda qalarlarsa, həyatda qalmaları da çətinləşərdi. Bunu bilirdilər.

İngiltərə isə Türkiyə və İran kimi açar ölkələri öz yanına alaraq, Çin vasitəsilə ortaqları ilə yeni dünyanın yaradılmasının startını verirdi. Bu səbəblə, Londonda törədilən terror hadisələrilə Honkonq küçələrindəki etiraz hərəkətlərinə eyni zəncirin həlqələri kimi baxmaq lazımdır.

Bu mübarizə üzə çıxınca, daxildə (Türkiyədə – tərc.) də partiyalar qurulmağa başladı. Kimsə pandemiyanı vecinə almır, yeni partiyalar ortaya çıxır, ittifaqlar qurulurdu. Realist olmaqda fayda vardır. Siyasətçilər bilməyə də bilər. Mən deyə bilmərəm. Ancaq Türkiyə kimi açar bir ölkədə kimsə daxili siyasətə yönəlik addım atmaz. Ata da bilməz. Kimsə belə danışa bilər. Daxildə eşidilməsi istənilən sözlər söylənə bilər. Razıyam. Amma siyasətin hədəfi xarici güc balansıdır. Türkiyənin harada olması, kiminlə olması, hansı ittifaq içində rol alması önəmlidir.

Kılıcdaroğlu, Davudoğlu, Qaramollaoğlu, Babacan, Dəmirtaş, Akşenər və digərləri, bəlkə də, qəbul etməzlər, ancaq onların hamısı, bilərək və ya bilməyərək, Türkiyənin yönünü dəyişdirmək istəməkdədirlər. Özü də Türkiyənin yönünü bəyənməyənlərin maliyyə qısqacı hazırda ortada durmuşkən… Verilən müsahibələrdə, mitinqlərdə edilən çıxışlarda  istifadə edilən ritorika ilə birlikdə, bir də dilə gətirilməyən bölümlər vardır. Adlar çəkərək getmək istəmirəm, lakin siyasətçilərin bəziləri Almaniya ilə, bəziləri Avropa ilə, bəziləri də ABŞ-la birgə yürümək istəyir. Aralıq dənizində gedən dünya müharibəsinin səngərləri daxili siyasətdən də keçməkdədir. Daima belə olmuşdur. Aralıq dənizi o qədər dəyərlidir ki, bu dənizlə heç bir əlaqəsi olmayan ABŞ və Çin də işin içindədirlər.

Dəfələrlə yazdığım kimi, hər kəsin ABŞ-a yaxın bildiyi İsrail reallıqda İngiltərəyə yaxındır. “Kölgə prezident” adlandırdığım Pompeo da oyunu dəyişdirmək üçün meydanda olan önəmli bir aktyordur. İngiltərəyə yaxın olan İsraili və ərəb ölkələrini Tramp vasitəsilə yan-yana gətirdilər. Son dövrdə olan ən böyük hadisə bu idi.

Bizim ABŞ-la da, AB ilə də anlaşma ehtimalımız yoxdur. Bu, dəqiqdir. Əslində, bütün paytaxtlar bunu bilir, lakin oyun belə davam edir. 15 iyul və öncəsindəki bütün əməliyyatların arxasında eyni mərkəzlər dayanırdı. Ankara məhz bu səbəblə ABŞ-la Avropa vektorundan uzaqlaşdı.

Şahmat oyunu heç bu qədər çətin olmamışdı. Hər kəs həyati həmlələr etməyə məcburdur. Kimsə uzun müddət gözləyə bilməz. Kimsə uzun müddət hadisələri izləyə, müşahidə edə bilməz. Biz Avropa ilə gərginlik yaşayacağıq. Bu, aydındır. İqtisadi sahədə də gərginlik artacaq. Bu da aydındır. Ancaq ABŞ heç bir zaman bu oyundan uzaq durmayacaq. Bəzən İsrail, bəzən BƏƏ, bəzən Misir, bəzən də Liviya vasitəsilə gələcək.

Unudulmamalı olan budur ki, AB Aralıq dənizində pay güdür, İngiltərə ilə ABŞ isə imperatorluq… Hədəf pul, silah, texnologiya, mal və xidmətlərin nəzarət altına alındığı bir dünya qurmaqdır. ABŞ buna təkbaşına, İngiltərə isə ortaqları ilə birgə nail olmaq istəyir. Lakin ortaqlıq indiyədək baş tutmayıbdır. Alınmadı. 2010-cu ildə “Ərəb baharı”nın başlaması ilə paylaşma uğrunda gedən bu savaş da başladı. Kimsə anlamadı.

Artıq 2020-ci ildir. 10 il öncə yazılan ssenarini indi oxuyuruq. Ümid edirəm ki, mən yanılıram. Ancaq ABŞ-ın bazara çıxarılan xəritələrə verdiyi reaksiyadan da, AB-nin “Sülh masası” hekayələrindən də uzaq durmaqdayam. İnanmıram.

Sovet İttifaqı II Dünya Müharibəsi nəticəsində qurulan sistemin bir tərəfi idi. Sistemin bir tərəfində onlar, digər tərəfində ABŞ var idi.

Pandemiya olsa da, dünya COVİD-19-la sarsılsa da, Aralıq dənizi məsələsinin masa ətrafında həlli yoxdur. Əgər kimsə istədiyindən əl çəkərsə, o, başqa məsələ…

Bu səbəblə, çox oyanıq və diqqətli olmalıyıq. Hazırda Aralıq dənizində yol verilən kiçik bir xətanın böyüməyəcəyinə kim təminat verə bilər? Müharibəyə çevrilə biləcək bir təxribatı kim önləyə bilər? Heç kim. Ona görə də Türkiyə həm daxildə, həm də xaricdə irəliləməyə məcburdur. Ya 100 il danışmağa sözümüz olacaq, ya da 100 il susmalı olacağıq. Durum belədir.

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub