Azərbaycan hərbçiləri Sotk qızıl mədənində?
Bir neçə saat bundan əvvəl bütün erməni KİV-ləri 250 Azərbaycan hərbçisinin, o cümlədən yüksək rütbəli zabitlərin Sotk qızıl mədəninin ərazisində peyda olduqlarını bildiriblər.
Azsiyasət.com Erməni KİV-in yaydığı məlumata istinadən bildirir ki, guya Azərbaycan əsgərləri erməni hərbçilərindən mədənin ərazisini tərk etməyi tələb ediblər.
Ermənistan hakimiyyətinin məlumatına görə isə, Ermənistan KİV-i yenidən saxta məlumatlar yayıb. Belə ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Ermənistanın Geqarkunik vilayətindəki Sotk qızıl yatağı ərazisinə daxil olması barədə KİV-in yaydığı məlumatları təkzib edib.
"Erməni KİV - in Azərbaycan hərbçilərinin Sotk qızıl mədəninin ərazisinə soxulması və əməkdaşlardan ərazini tərk etməyi tələb etməsi barədə xəbər həqiqətəuyğun deyil", - deyə nazirliyin məlumatında bildirilib.