Apteklərdə tibbi maska ajiotajı davam edir - Alıcılar isə keyfiyyətdən şikayətçidir

03 iyul, 2020 15:20

Prezident İlham Əliyevin imzaladığı "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanununa əsasən maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnir. Bundan sonra paytaxtda tibbi maska ajiotajı yaşanır. Bir neçə gündür ki, apteklərin çoxunda tibbi maskaya rast gəlmək mümkün deyil. 

Bundan əlavə, sosial şəbəkələrdə yerli tibbi maskaların keyfiyyətsiz, ipinin isə qısa olduğu barədə iddialar səsləndirilir. Bir neçə şəbəkə istifadəçisi tibbi maskaların ipinin tez qopduğunu, bir qismi isə tibbi maskaların balaca olduğunu bildirir. 

Ötən gün isə sosial şəbəkə istifadəçisi apteklərdə satılan qara maskalardan şikayətçi olub. O, bildirib ki, aptekdə tibbi maskaya aidiyyatı olmayan qara maskalar satılır: “28 May metro stansiyasının yanındakı aptekə maska üçün daxil oldum. Mənə qara parçadan, heç bir qoruyuculuğu olmayan “maska”ları təqdim etdilər. Bu maskalar parçadandır, ipləri isə alt paltarı rezinidir. Heç bir qoruyuculuğu yoxdur”. 

Bəs, tibbi ajiotajından sonra apteklərdə vəziyyət necədir? Maska qıtlığı yaşanırmı və qiymətlərdə artım varmı? Keyfiyyətsiz maskalar başqa hansı apteklərdə satılır?

Musavat.com-un əməkdaşı bütün narazılıqları və tibbi maska ajiotajını nəzərə alaraq apteklərə yollanıb. Daxil olduğumuz ilk aptekin əməkdaşı bildirdi ki, satışda, ümumiyyətlə, maska yoxdur: “Bizim aptek hipermarketin içərisində yerləşdiyi üçün buraya alıcı çox gəlir. Ona görə də maskalarımız axşamdan bitib. Gün ərzində maska gətiriləcək”. 

Daha sonra Neftçilər metro stansiyanın yaxınlığındakı apteklərə baş çəkdik. Metro stansiyaya yaxın yerləşən böyük aptekdə maska qıtlığı yaşanmırdı. Satıcı bildirdi ki, maska səhər saatlarında gətirilib. Satışda yerli maskalardır, qiyməti 30 qəpikdir. Bir nəfərə 3 dənədən artıq satılmır. 

Digər üç aptekdə isə nə yerli, nə də xarici istehsal olan maskaya rast gəldik. Satıcılar bildirdi ki, ötən gecədən tibbi maskalar bitib: “Yenidən sifariş vermişik, amma gün ərzində gətiriləcək, ya yox, bilmirik. Çünki həftəsonu karantin rejimi gücləndirilib və heç kim evdən çıxmayacaq. Hətta apteklər işləməyəcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bu həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda bütün marketlər və apteklər bağlı olacaq. Dərmana ehtiyacı olanları təcili yardım xidmətləri təmin edəcək.

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir