Mütəxəssislər açıqladı - Vaksin yoxdur, ən pis vəziyyətə hazır olun

03 iyul, 2020 16:47

Dünya ölkələri koronavirus peyvəndini əldə etmək üçün araşdırmalar apararkən, Böyük Britaniyada yeni xəbər yayılıb.
Oksford Universitetinin mütəxəssislər əvvəlcə koronavirusla bağlı təcrübələrin artıq insanlar üzərində aparılaraq müsbət nəticə verdiyini bildiribilər.

Peyvəndi yalnız sentyabrda təqdim edəcəyini söyləyən, Oksford Universitetinin mütəxəssisləri sonradan bu fikirlərini geri götürüblər. İnsanları ən pis vəziyyətə hazırlıqlı olmağa səsləyiblər.

İlk nəticələri ümidverici olan və hazırda insanlar üzərində təcrübədən keçirilərək üçüncü mərhələdə olan peyvəndin hazırlanması ilə bağlı Oksford Universitetinin professoru Sarah Gilbert, "Peyvəndin qışda hazır olacağını güman etməyin. Ən pis vəziyyətə hazır olun", - deyə bildirib.
O, insanlardan epidemiyanın qarşısını almaq üçün sosial məsafə və gigiyena tədbirlərini davam etdirmələrini istəyib.
Professor, həm də araşdırmalar nəticəsində peyvəndin insan orqanizmində virusa qarşı immunitet yaratdığını bildirib. Nəticələrdən məmnun olduqlarını söyləyən alim, üçüncü mərhələ sınaqlarının 8 min könüllü üzərində davam etdiyini deyib. Qeyd edib ki, peyvəndin hazır olacağı tarix təcrübənin nəticələrindən asılıdır, lakin bu qrafiki göstərmək mümkün deyil.

Oksford Universiteti tərəfindən hazırlanan AZD1222 peyvəndinin tədarükü "AstraZeneca" şirkəti tərəfindən həyata keçiriləcək. İngiltərədə yerləşən firma keçən ay Almaniya, Fransa və Hollandiyaya 400 milyon dozalıq peyvəndin paylanmasına razılıq verib. Digər tərəfdən, peyvəndin 100 milyonluq dozası ilk növbədə istehsalçı Böyük Britaniya və ABŞ arasında bölüşdürülməsi üçün iki ay öncədən razılaşdırılıb.

Qeyd edək ki, koronavirusa qarşı peyvənd hazırlamaq üçün ayrı-ayrı qruplar halında 135 qrup araşdırma aparır. Potensial peyvəndlərdən 8-i Çində olmaqla, 12-si insanlar üzərində sınaqdan keçirilir.
 

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir