ABŞ kəşfiyyatı Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarladı

21 sentyabr, 2020 10:25

ABŞ Maliyyə Nazirliyinin ən qapalı strukturlarından biri olan maliyyə cinayətləri ilə mübarizə bölməsi FinCEN Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova bağlı firmaya Rusiyadan şübhəli pul köçürmələrini aşkar edib. Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, söhbət milyonlarla dollardan gedir. Bu haqda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) və “BuzzFeed News” nəşrinin birgə araşdırmasında deyilir.

Jurnalistlər FinCEN-in məxfi sənədlərinə çıxış əldə ediblər və məlum olub ki, ABŞ maliyyə kəşfiyyatı Rusiyada prezident Vladimir Putinə yaxın adamlara biznesmenlər və şirkətlər tərəfindən şübhəli pul köçürmələri edilib. İri Rusiya şirkətləri, o cümlədən dövlət şirkətləri isə xarici ölkələrin liderlərinə yaxın adamlara pullar köçürüblər.

FinCEN sənədlərindən birinə əsasən ABŞ maliyyə kəşfiyyatı Eldar Mahmudovun oğluna bağlı olan offşor firmanın Rusiyanın mobil rabitə operatoru MTS-dən 2014-2015-ci illərdə milyonlara dollar aldığını göstərir. Araşdırmada deyilir ki, Eldar Mahmudovun ailə üzvləri onun vəzifədə olduğu dövrdə nəhəng sərvətlər əldə ediblər. Onun övladları Böyük Britaniyada, İspaniyada, İsveçrədə çoxsaylı daşınmaz əmlaka, habelə bir sıra ölkələrdə biznes aktivlərinə malikdir. Mahmudovun ailə üzvlərinin biznesi Cayman National Bank-ın sənədlərinin araşdırmaçı jurnalistlərin əlinə keçməsi nəticəsində üzə çıxmışdı.

Qəfildən varlanan ailənin başçısı-Eldar Mahmudov 2015-ci ilin oktyabrında vəzifəsindən azad edilib. Böyük cinayət təhqiqatı aparılıb və nəticədə onun oğlunun yaxın dostu, eyni zmanda işgüzar partnyoru barəsində beynəlxalq axtarış elan edilib. Keçmiş milli təhlükəsizlik nazirinin oğlunun dostu və ortağı Ayaz Kərimov “Caspian Telecommunication Ltd” adlı offşor şirkətin rəhbəri idi. Həmin şirkət Britaniya Virgin adalarında qeydiyyatdan keçib, barəsində heç bir məlumat olmasa da tezliklə Azərbaycanın telekommunikasiya bazarında iri oyunçuya çevrilib.

Jurnalistlər araşdırıblar ki, həmin offşor şirkətin əsl sahibi Anar Mahmudov olub. Onun biznesi isə dövlət miqyası alıb: 2015-ci ildə “Caspian Telecommunication Ltd”-nin törəmə şirkəti “Cartburg Networks Corp” Bakıda Belarusun “Beltelekom” şirkəti ilə beynəlxalq rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb. Təntənəli imza mərasimində Azərbaycanın o vaxtkı rabitə və yüksək texnologiyalar naziri də iştirak edib. Mahmudovun oğlunun offşor şirkətinin törəməsi ilə Azərbaycanın bir sıra dövlət şirkətləri də müqavilələr bağlayıblar və onun razılığı olmadan Azərbaycanın telekommunikasiya bazarında işləmək mümkün deyildi.

Lakin Mahmudovun oğlunun offşor şirkəti təkcə “Beltelekom”u cəlb etməmişdi. FinCEN-in sənədlərinə əsasən Rusiyanın telekommunikasiya nəhəngi MTS 2015-ci il noyabrın 20-dən etibarən (Mahmudov vəzifədən çıxarılandan az sonra) bir neçə köçürmə ilə “Caspian Telecommunication Ltd”-ə 5.3 milyon dollardan çox pul ödəyib. Bu köçürmələrdən cəmi bir ay sonra-2015-ci ilin dekabrında Ayaz Kərimovun barəsində cinayət işi qaldırılıb.

Şirkətin rəhbəri Ayaz Kərimov 2016-cı ildən axtarışa verilib, o iri məbləğlərdə vəsaitin mənsimsənilməsində və talanmasında ittiham olunur.

MTS şirkətindən bildiriblər ki, onların Azərbaycanda heç vaxt biznesləri olmayıb və indi də yoxdur. Ödəmələri isə 2013-cü ildə MTS-lə “Caspian Telecommunication Ltd” şirkəti arasında beynəlxalq rabitə xidmətlərinə dair imzalanmış müqavilə ilə əsaslandırıblar. Həmin müqavilə üzrə MTS-in Rusiya, Ukrayna və Ermənistandakı nömrələrinə, habelə Azərbaycandakı mobil və fiksə edilmiş nömrələrinə səs trafikinin ötürülməsi həyata keçirilib. MTS bildirib ki, müqavilə 2014-2015-ci illərdə fəaliyyətdə olub və onun çərçivəsində trafik mübadiləsinə görə hər iki tərəf ödəmələr edib.

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir