İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...

22 sentyabr, 2020 15:18

Şirvan Şəhər İcra Hakimiyyəti “Delta-inşaat” MMC ilə maliyyə dəyəri 284 604 AZN olan müqavilə imzalayıb. Azsiyasət.com yenisabah.az-a istinadən xəbər verir ki, şirkət bu məbləğə Şirvan şəhərində abadlıq işləri aparmalıdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Delta-İnşşat” MMC 27 yanvar 2012-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 50 AZN-dir. Hüquqi ünvanı Şirvan şəhəri, M.Rəsulzadə küçəsi, ev 14-də yerləşir. Şirkətin qanuni təmsiçisi İbrəhimov Əlimurad Nuralı oğludur.

“Delta-İnşaat” MMC 8 ildir fəaliyyət göstərsə də, açıq mənbələrdə onunla bağlı məlumat demək olar ki yoxdur. 

Şirkətin qanuni təmsilçisinə gəlincə, Əlimurad İbrəhimov da tanınan iş adamı deyil. Bununla belə apardığımız araşdırmalar nəticəsində məlum olub ki, o başqa bir şirkətin də sahibidir. Həmin şirkət “Next Təchizat” MMC-dir. Bu şirkət də 2012-ci ildə yaradılıb. Nizamnamə kapitalı 50 AZN-dir. “Delta İnşaat” MMC ilə eyni hüquqi ünvanda yerləşir. 

Maraqlıdır ki, bir neçə gün əvvəl Şirvan Şəhər İcra Hakimiyyəti “Next Təchizat” MMC ilə maliyyə dəyəri 253 507 AZN olan müqavilə imzalayıb. Həmin müqaviləyə görə şirkət şəhərdə abadlıq işləri görməlidir. 

Beləliklə, icra hakimiyyəti abadlıq işlərinə görə Əlimurad İbrəhimovun şirkətlərinə toplam 538 111.96 AZN vəsait ayırıb.

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir