“Accessbank” müəllimləri necə aşağıladı? – Ucuz piar, müəllimlərə barmaqarası baxış... - FOTOLAR

25 sentyabr, 2020 13:16

Təhsil işçilərinə, müəllimlərə hörmət xalqımızın mental dəyərlər sisteminin ən vacib xüsusiyyətlərindəndir. Təəssüflər olsun ki, ucuz reklam üsualları ilə müəllimlərə qarşı hörmtəsizlik artıq bəziləri üçün fəaliyyət prinsipinə çevrilib. 

Azsiyasət.com xəbər verir ki, "Accessbank”ın 5 oktyabr – “Beynəxalq müəllimlər günü” ilə bağlı başlatdığı kredit kampaniyasına diqqət etsək şahidi olacağıq ki, bank müəllimləri açıq şəkildə lağa qoyur, hətta tapşırıq dəftərçəsində “sərfəli şərtlər ilə kredit verən bankı tapmaq” xüsusi tapşırıq kimi qeyd olunur. Sanki bu günə qədər heç bir bank müəllimlərə kredit verməyib, heç kəs saymayıb və “Accessbank” bu “tilsim”i qıraraq müəllimlərə kredit təklif edir. Amma necə, hansı piarla? Əslində “Accessbank”ın bu kampaniyasında təhsil işçilərinin, müəllimlərin ünvanına şüuraltı belə bir minnət tezisi çatdırılıb: “Baxın, sizi heç kim saymır, heç bir bank sizə kredit vermir, amma biz “Accessbank” olaraq müəllimlərə kredit təklif edirik...”.

Heç şübhəsiz ki, “Accessbank”ın müəllimlər üçün kredit kampaniyasına start verməsi normal haldır. Ancaq şit piar üsualları ilə müəllimləri aşağılamaq yolverilməzdir. Görünür, “Accessbank” yüksək faiz dərəcələri ilə özünün kredit portfelini düzəltməyi və bankın sabit maliyyə sistemini yaratmağı bacarsa da, reklam sarıdan hələ də şikəst olaraq qalır. "Accessbank" bu günə qədər hansı ağıl və məntiqlə ölkənin bank skeotrunda öz mövcudluğunu qoruyub saxlamağı bacarıbsa, eləcə də, sosial şəbəkələrdə özünün reklam postlarında məsuliyyətli, məntiqli üsullardan istifadə etməyi, reklamın ən azı mənəvi məsuliyyət yaratmayan yollarını axtarıb tapmağı bacarmalıdır. Azərbaycan müəllimlərinə bu cür barmaqarası və məsuliyyətsiz baxış, onları “hörmətsiz təbəqə” kimi qələmə vermək cəhdi “Accessbank” nüfuzuna da xələl gətirir.

Özünün biznes, maliyyə maraqları naminə yersiz və aşağılayıcı reklam üsulları ilə müəllimləri kredit bataqlığına cəlb etmək, onların düşdüyü ağır durumdan öz maraqları naminə istifadə etmək "Accessbank"ı mənəvi məsuliyyətdən azad etmir. Elə buna görə də bankın Facebook səhifəsində ("Accessbank Azerbaijan") müəllimlərə kredit verilməsi ilə bağlı yerləşdirilən posta bir çox insanlar haqlı olaraq etiraz edirlər. "Real" TV-nin əməkdaşı Lalə Nurəddinqızı da bankın müəllimlərlə bağlı məlum postunu paylaşaraq öz etirazını bildirib. 

Bundan başqa, "Accessbank"ın yerləşdirdiyi postun altına xeyli sayda insanlar da bankın kredit siyasəti ilə bağlı narazılıqlaını ifadə ediblər. Məsələn, "Accesbank"ın Vidadi Həşimli adlı keçmiş müştərisi yazır: "... Mən sizin yaxın keçmişdə yaxşı kredit tarixçəsi olan mustəriniz olmuşam. Yenə 1600 manat kredit istədim. Əməkdaşiniz sağ olsun yersiz və mənasiz sualları ilə canımı burnuma gətirdi. Mən də vazkecdim kredit ğotürməkdən. Belə olmaz".

Azsiyasət.com

 

 

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir