Bakıda yeni söküntü başlayır - Bəs, "Xruşşovka"lar?

19 oktyabr, 2022 17:47

2020-2040-cı illəri əhatə edən Baş plana əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası sökülməlidir, amma...

Bakının 12 rayonunda komissiya üzvləri və mütəxəssislərlə birgə qəzalı binalara baxış keçirilib. Ekspert qrupunda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, memar və tikinti mütəxəssisləri yer alıb. Məlumata görə, yaxın 2-3 gün ərzində Bakının Nərimanov rayonu ərazisində iki binanın sökülməsi barədə qərar açıqlanacaq.

Binalar 1956-cı ildə Bakı Şin zavodunun yataqxanası kimi tikilib. O zaman həmin zavodun işçilərinə verilib, amma sonradan başqa ev ala bilmədikləri üçün orada yaşamalı olublar.

Yataqxana yaşayan sakinlərə binaların sökülməsi zaman iki variant təklif olunacaq. Onlar ya 1500 AZN kompensasiya alacaqlar, ya da sökülən yataqxananın yerində tikiləcək hündürmərtəbəli binadan mənzil əldə edəcəklər.

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.

Bakı şəhərinin Baş planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb. İndiyə qədər ötən vaxt ərzində paytaxt əhalisi 3 dəfəyə qədər artıb. Zamanında müəyyən normativlərlə qorunan binalararası məsafələr, yaşıllıqlar, parklar və sair ərazilər bu gün çoxmənzilli yeni yaşayış binaları, müxtəlif obyektlərlə əvəzlənib. Bu zaman tikinti norma və prinsipləri tamamilə pozulub. O səbəbdən artıq bir neçə ildir ki, Bakı şəhərinin Baş planının hazırlanması üzərində iş gedir. Hazırda paytaxt ərazisində 11 minə yaxın çoxmənzilli bina istismar müddətini başa vurub. Onlar 60-70-ci illərdə inşa olunub. 100-dən artıq çoxmənzilli bina isə tamamilə qəzalı vəziyyətdədir ki, bunların da böyük əksəriyyəti “Xruşşovka” adlanan binalardır.

Bəs sovet hakimiyyəti dövründə uzunmüddətli yaşayışa hesablanmayan və bir neçə ildir istismar müddəti bitmiş binalar nə vaxt söküləcək?

Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev “Yeni Müsavat”a danışıb:

“Ümumiyyətlə, paytaxt Bakı və ətrafında ümumi olaraq 11 min istismar müddəti bitmiş köhnə, çoxmənzilli yaşayış binaları var, hansı ki, onlar iki, üç, dörd və beşmərtəbəli binalardır. Fövqəladə Hallar Nazirliyinin apardığı monitorinq nəticəsində onlardan 100-ə yaxını qəzalı bina kimi qeydə alınıb. Əlbəttə ki, nazirlik ümumi olaraq istismar müddəti bitmiş binaların monitorinqi aparsa, qəzalı binaların sayı nisbətən çox olar. Lakin bu o demək deyil ki, bir binanın istismar müddəti bitibsə, mütləq qəzalıdır, mütləq sökülməlidir. Digər, xüsusən də Mərkəzi Avropa ölkələrə baxsaq görərik ki, paytaxt şəhərlərdə 17-18-ci əsrlərdə tikilmiş binalar var ki, orada hazırda da insanlar yaşayır. Həmin binalar həm tarixi abidə kimi qorunur, həm də lazım gələndə təmir-bərpa işləri aparılır.

Bu gün Bakının mərkəzində də çox qədim binalar var. Məsələn, İçərişəhərdə yaşı yüzə söykənən 11 yaşayış binası var. Həmin binalara vaxtında diqqət edilsə, lazım gələndə təmir bərpa işləri aparılsa, istismar müddəti uzanar”.

Ekspert köhnə binaların əsas problemlərindən söz açıb: “Köhnə binaların əsas problemi ondan ibarətdir ki, əvvəllər bu sahəyə mənzil istismar idarələri baxırdı, lakin sonra həmin binalar tamamilə sahibsiz, baxımsız vəziyyətdə qaldı. Doğrudur, ildə bir dəfə cüzi miqdarda da olsa kommunal pullar yığılır, lakin bu pul binaların baxımlılığına yetmir. Həmin pullar sadəcə bina ətrafın təmizliyi üçün xərclənir.

O ki, qaldı söküntülərə, Bakının Baş planına, 2020-ci ildən başlayaraq, bu günə qədər Bakı və Abşeron ərazisində ümumilikdə 2 minə yaxın çoxmənzilli, yeni yaşayış binası tikilib. Xatırladım ki, əvvəllər yeni binaların tikilməsinə yerli rayon icra hakimiyyətləri baxırdı,  yəni onlar yeni tikintilərlə bağlı sərəncam vermək iqtidarında idilər, lakin 2018-ci ildən etibarən bu səlahiyyət  Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Məqsəd ondan ibarət idi ki, binaların tikintisi pərakəndə şəkildə aparılmasın. Zamanında pərakəndə şəkildə o qədər binaların tikintisinə icazə verilib ki, indi Baş Planın gerçəkləşməsi mövcud vəziyyətlə çox çətindir. Bunun üçün gərək şəhər sökülsün, milyardlarla pul xərclənsin. Ola bilsin ki, 2030-2040-cı illər üçün hansısa addımlar atılsın, amma mövcud vəziyyətdə nəsə etmək çətindir.  Düşünürəm ki, istismar müddəti bitmiş binalar mütləq şəkildə sökülməlidir. Çünki hər hansı xırda zəlzələ və yaxud qəza baş verərsə, həmin binalarda insan tələfatı qaçılmaz olar. Yəni, binaların uçma təhlükəsi böyük ola bilər. Binaların da qəzalı olmasına gətirib çıxaran bir sıra səbəblər var. Belə ki, həm binalar uzun müddət baxımsız qalıb. Həm də diqqət etsək görərik ki, yol kənarında olanların hər birinin birinci mərtəbəsi sökülərək, qeyri-yaşayış obyektinə çevrilib. Həmçinin binaların zirzəmiləri qazıldı, ora da qeyri-yaşayış obyektləri oldu, qapı-pəncərələri açıldı. Bu isə binaların ümumi təməlinə böyük zərbə vurdu. Digər tərəfdən, binalara edilən əlavələr onları deformasiya uğradıb, hesaba alınmış tarazlığı tamamilə pozub. Bu tip məsələlər binaları qəzalı vəziyyətə gətirib çıxarıb.

Daha bir məsələ, tutaq ki, hansısa binaların zirzəmiləri qeyri-yaşayış obyektinə çevrilməsə də, zirzəmilər çirkab suları ilə dolub. Həmin çirkab suları isə binanı bərbad vəziyyətə salıb. Təsəvvür edin, bina su içərisində qalıb, onun sementinin, daşının, qumunun yuyulması keyfiyyətdən düşməsinə gətirib çıxarıb. Əlbəttə ki, zamanında bu binalara diqqət olsaydı, sürətli şəkildə istismar müddəti bitməzdi, qəzalı vəziyyətə düşməzdi. Bəzən görürük ki, binaların fasadını boyayır, dam  örtüyünü dəyişirlər. Bu, binanın yenilənməsi deyil. Yenilənmə bünövrədən başlamalı, kommunikasiya xətləri və sairə dəyişdirilməlidir ki, istismar müddəti uzadıla bilsin.

Daha bir məsələ, qeyd etdiyim kimi, zamanında rayon icra hakimiyyətləri tikintilərlə bağlı sərəncam veriblər, nəticədə elə yerlərdə çoxmərtəbəli binalar tikiblər ki, onların ən yaxın məsafəsində qəzalı vəziyyətdə olan binaları söküb, yeni bina tikməyə imkan yoxdur. Yəni, binaları o qədər yaxın tikiblər ki, binalar arası məsafə qaydaları tamamilə pozulub və yenisini tikmək mümkün deyil.  Binaların sökülüb-tikilməsinə özəl sektor, MTK-lar, tikinti şirkətləri baxır. Bu həm də o deməkdir ki, özəl sektor dövlətin üzərinə düşən yükü öz üzərinə götürüb – sökür, tikir, pul da qazanır, insanları evlə də təmin edir. Amma bu prosesin davamlı şəkildə irəli getməsi üçün hesab edirəm tikinti şirkətlərinə müəyyən güzəştlər olmalıdır ki, onlar öz işlərini davamlı görə bilsinlər”.

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı