Oxçuçayın Ermənistan tərəfindən çirkləndiirlməsi Avropa mətbuatında - FOTOLAR

01 dekabr, 2022 09:41

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi  ilə , «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi(EMİB)  tərəfindən həyata keçirilən  “Oxçuçayın  Ermənistan tərəfindən çirkləndiirlməsi ilə bağlı Avropa  ictimaiyyətinin məlumatlandırılması”  layihəsinin icrası başa çatıb.

EMİB-dən verilən məlumatda bildirilib ki, 2 ay müddətində icra olunan layihənin əsas məqsədi  Azərbaycanın transsərhəd çayı olan Oxçuçayın  Ermənistan tərəfindən çirkləndiirlməsi, ölkəmizə qarşı aparılan ekoloji terror  barədə Avropa  ictimaiyyətini məlumatlandırmaq olub.

Layihənin icrası məqsədilə erməni icmalarının  daha aktiv fəaliyyət göstərdiyi Avropa  ölkələrində- Fransa, İtaliya, Bolqarıstan, Yunanıstan,  Rumıniya, Latviya, Monteneqro, İsveçrə və s. ölkələrin  aparıcı KİV-lərində  Ermənistan tərəfindən  Oxçuçayda törədilən ekoloji terror barədə  məqalələr yerləşdirilib. Özünü “demokratik” dövlət adlandıran Ermənistan hakimiyyətinin iç üzünü Avropa ictimaiyyətinə göstərməyi çalışılıb.

Və buna qismən nail olunub. Belə ki, layihə çərçivəsində  İtaliyada  3, Monteneqroda 3, Fransada 1, Rumıniyada 3, Yunanıstanda 1, Bolqarıstanda 1, İsveçrədə 1, Ukraynada 1, Latviyada 1, İsraildə 1, İsveçdə 1 mətbu orqanı olmaqla  olmaqla,   ümumilikdə 17  KİV-də  Ermənistan tərəfindən Oxçuçayda törədilən ekoloji terror barədə yerli və  ingilis dillərində hazırlanmış yazılar dərc edilib.

Məqalələrdə qeyd edilib ki, Araz çayının qolu olan Oxçuçay çayı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Zəngilan rayonu ərazisində yerləşdiyindən 1993-cü ildən sonra bu çayda monitorinqlər aparmaq imkansız olub. Yalnız 27 il sonra, 2020-ci ildə,  Vətən müharibəsində Azərbaycan torpaqları Ermənistanın hərbi birləşmələrinin işğalından azad edildikdən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) mütəxəssisləri tərəfindən çayda monitorinqlər aparmaq mümkün olub və bu zaman dəhşətli faktları üzə çıxıb. Bəlli olub ki, transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalıb və sanki bu çay Ermənistanda sənaye tullantılarının kollektoru rolunu oynayıb və bu proses bu gün də davam etməkdədir. Belə ki, qonşu ölkənin cənub bölgəsində yerləşən Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların Oxçuçaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Bu baxımdan Azərbaycan Oxçuçayın çirkləndirilməsi ilə bağlı həyəcan təbili çalmaqdadır.

Azərbaycan tərəfi çaydakı ekoloji fəlakətlə bağlı beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etmək üçün xarici ölkələrin nüfuzlu laboratorilarına müraciət etməli olub.

Çayın suyu və dib çöküntüləri nümunəsinin təhlilləri ETSN-nin sifarişi əsasında Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunmuş və sertifikatlaşdırılmış SGS laboratoriyasında aparılıb. Su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların, xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom, nikel və digərlərinin yüksək miqdarda olduğunu aşkar edib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan dəfələrlə artıq olduğu müəyyən edilərək, çayın çirklənmə səviyyəsinin kritik olduğu aşkar edilib.

Araz çayından, eləcə də onun birləşdiyi Kür çayından Azərbaycanda kənd təsərrüfatı torpaqlarının suvarılmasında geniş istifadə olunur. Həmçinin, Kür çayının suyundan nəinki ətraf bölgələrin, hətta paytaxt Bakının bir çox ərazilərinin içməli su ilə təmin edilməsində istifadə edilir. Bu isə insan sağlamlığı üçün son dərəcə təhlükəlidir.Belə  sudan istifadə həzm pozuntuları, böyrəklərdə və sümük toxumasında destruktiv proseslərdan tutmuş, orqanizmin ürək-damar, əsəb və və qan dövranı sistemlərinin xəstəlikləri kimi çox zərərli fəsadlara səbəb ola bilər.

Başqa sözlə,  Ermənistanın Azərbaycana qarşı bu gün də belə davam etdirdiyi ekoloji terror  nəinki ölkənin flora və faunaya, eyni zamanda ölkənin genefonduna ciddi təsir edə biləcək təhlükə mənbəyi olaraq qalmaqdadır. Digər tərəfdən, Kür çayı Xəzər dənizini qidalandıran əsas çaylardan biridir. Oxçuçayın  ağır metallarla çirkləndirilməsi Xəzər dənizin florasına da birbaşa təsir göstərir.

Digər tərəfdən isə Araz çayı, eyni zamanda, İranla Azərbaycan arasında transsərhəd çayıdır.Bu çayın suyundan İranın şimal əyalətlərində də həm içməli su mənbəyi, həm də kənd təsərrüfatı məqsədləri üçün geniş istifadə edilir.Bu baxımdam Ermənistanın Öxçuçayda törətdiyi ekoloji terrordan həm də  İran tərəfi əziyyət çəkir.

Məqalələrdə qeyd edilib ki, Ermənistan indiyədək transsərhəd suların mühafizəsinə dair Helsinki Konvensiyasına qoşulmayıb.30 ildir özünü müstəqil dövlət elan etməsinə baxmayaraq  Ermənistanın hələ də Helsinki Konvensiyasına qoşulmaması bu ölkənin gələcəkdə də bölgədə ekoloji terroru davam etdirmək kimi çirkin niyyətini bir daha ortaya qoyur.​​​​​​​

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"