"Dedim ki, ayın 5-də əgər sözümüz keçməsə, biz Laçın dəhlizinə giririk"

11 yanvar, 2023 09:53

“Laçın şəhərinin azad olunması hesab edirəm ki, bir çox səbəblərə görə tarixi hadisədir. Birincisi, bizim tarixi diyarımızdır və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan ilk işğal edilmiş rayon idi”.

Azsiyaset.com xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib ki, faktiki olaraq Laçın rayonunun işğalından sonra Ermənistanla ovaxtkı Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı və bizim gələcək məğlubiyyətimizin məhz, təməli o vaxt qoyulmuşdu:

“Digər tərəfdən, biz bilirdik ki, Laçından Xankəndiyə gedən yol Laçın şəhərinin mərkəzindən keçir. Noyabrın 9-da Rusiya Prezidenti ilə aparılan son söhbətlər əsnasında mən xüsusilə Laçın şəhərinin taleyini müəyyən edən bəndin o Bəyanata salınmasına israr edirdim. Ermənistan tərəfi, əlbəttə ki, bunun əleyhinə idi. Amma Ermənistan tərəfi o vaxt elə durumda deyildi ki, nəyisə diktə etsin. Ona görə mənim təkidimlə o bənd oraya salındı ki, 3 il ərzində yeni yolun razılaşdırılması prosesi gedəcək və ondan sonra nə olacaq, orada göstərilmirdi. Biz isə bu marşrutu Rusiya tərəfi ilə, Rusiyanın Müdafiə Nazirliyi ilə razılaşdırdıq və onu il yarım ərzində reallaşdırdıq. Biz müharibə başa çatandan sonra dərhal Rusiya Müdafiə Nazirliyi ilə danışıqlara başladıq, mən xüsusi heyət göndərmişdim və bir neçə variant müzakirə olundu. Bəzi variantlar əlverişsiz idi və ən məqbul variant seçilmişdi. Biz dərhal işə başladıq. İşlər başa çatanda mən bəyan etdim ki, artıq yol hazırdır, buyurun gedin o tərəfə. Ancaq yenə də Ermənistanın qeyri-ciddi yanaşması ilə üzləşməli olduq. Çünki Ermənistan da öz ərazisində yolun bir hissəsini inşa etməli idi. Sadəcə olaraq, hesab edirdilər ki, bu, heç vaxt olmayacaq, Laçın onların əlində qalacaq və sülhməramlılar da demək olar ki, orada yerləşmişdilər”. 

Prezident qeyd edib ki, o biri şəhərlərdən fərqli olaraq, Laçında müəyyən dərəcədə salamat binalar qalmışdı:

“Amma mən bəyan etdim, dedim ki, biz ayın 2-də yolu tamamlamışıq, ayın 5-də əgər bizim sözümüz keçməsə, biz Laçın dəhlizinə giririk heç kimdən soruşmadan, heç nəyə baxmadan. Ondan sonra hay-haray başladı, zənglər və sifarişlər, xahişlər və sair.

O vaxt orada Qarabağ erməniləri arasında bəziləri xahiş etmişdi ki, bizə avqustun 25-nə qədər vaxt verin, biz söz veririk ki, evləri heç kim yandırmayacaq, söz veririk ki, oradan çıxacağıq, həm Laçından, həm Zabuxdan, həm Susdan. Dedim yaxşı, mən sizə inanıram, mənim də sözümə inanırlar. İndi əgər, necə deyərlər, öz sözlərinə naxələf çıxsalar, biz istənilən vaxt gəlib orada durmağa hazırıq. Belə də oldu, avqustun 25-də Laçın və iki kənd boşaldıldı. Avqustun 26-da biz Laçına girdik və o unudulmaz anları, unudulmaz hissləri bir daha yaşadım. Bu, doğurdan da həm çox emosional bir gün idi, həm də qürurverici bir gün idi. Yəni, natamam qalmış işləri biz gərək başa çatdıraq. Bizim əvəzimizə kim bunu edəcək? Biz etməliyik bunu. Natamam qalmış işlər hələ var, onları da biz tədricən yoluna qoyuruq”.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR